B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə68/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   64   65   66   67   68   69   70   71   ...   131

 

201 


proqram materialları tutmalıdır. Həftədə iki dəfə olmaqla 40-60 dəqiqə 

müddətində  keçirilməlidir.  Burada  umumrəhbərlik  bədən  tərbiyəsi 

müəllimlərinə  həvalə  olunmuş  olsa  da,  idmançı  fəallar,  yuxarı  sinif 

şagirdləri, ictimaiyyətçilər yaxından kömək göstərməlidirlər. 

   İdman  bölmələri  bir  tərəfdən  şagirdlərin  idman  göstəricisini 

artırırsa,  digər  tərəfdən  də  onların  hərtərəfli  və  harmonik  inkişafına 

müsbət  təsir  göstərir.  İdmanın  ayrı-ayrı  növləri  üzrə  (voleybol, 

basketbol,  əl  topu,  atletika,  VMH  kompleksi,    stolüstü  tennis, 

badminton,  şahmat,  şaşki  və  s.)  təşkil  olunan  idman  bölmələri  əvvəla 

könüllülük  prinsipinə  əsaslanır,  ikincisi  məktəbin  bazasına  uyğun 

olaraq  həyata  keçirilir.  Lakin  bölmə  məşğələlərinin  işində  fəallar, 

yuxarı sinif şagirdləri bilavasitə iştirak edirlər. 

Ümumiyyətlə, məşğələlərin daha da səmərəliliyi üçün şagirdlərin 

yaş qrupu üzrə bölüşdürülməsi məsləhət görülür:  

1.Kiçik yaş qrupu (11-12, 13-14);   

2.Orta yaş qrupu (15-16 yaş);  

3. yuxarı yaş qrupu (17-18 yaş). 

 

 



Atletika növlərinin öyrədilməsinin bəzi pedaqoji metodiki 

məsələləri 

 

Atletika  məktəb  bədən  tərbiyəsi  proqramlarında  özünəməxsus 



yer  tutmaqla  ümumtəhsil  məktəblərinin  bütün  siniflərində  tədris 

olunur.  Yeriş,  qaçış,  tullanmalar  və  atmalar  təbii  hərəkət  vərdişləri 

aşıladığına insan üçün çox xarakterik olduğuna və emosionallığına və 

sairəyə  görə  fiziki  tərbiyə  vasitələri  içərisində  əhəmiyyətli  yerlərdən 

birini  tutur.  Atletika  məşğələlərinin  düzgün  təşkili  məktəbyaşlı 

uşaqların  sağlamlığını  möhkəmləndirir,  orqanizmin  fiziki  cəhətdən 

harmonik  inkişafına  kömək  edir.  Bundan  əlavə,  hərəki  keyfiyyətləri 

qüvvə, surət, cəldlik, güc və s. inkişaf etdirir, iradəni və dözümlülüyü 

artırır,  intizam,  fəallıq  tərbiyə  edir.  Xüsusilə  uşaq  və  yeniyetmələrdə 

təşkilatçılıq  qabiliyyətini  formalaşdırır.  Səhiyyə-mədəni  və  digər 

gigiyenik  vərdişlər  aşılayır.  Atletika  hərəkətlərinin  tətbiqi  eyni 

zamanda  anatomik  fiziologi  baxımdan  da  əhəmiyyətlidir.  O,  ürək-

damar  və  əsəb  sistemini  möhkəmləndirir,  tənəffüs  orqanlarının 

funksiyasını  yaxşılaşdırır,  maddələr  mübadiləsini  gücləndirir,  bədən 

qamətinin formalaşmasına yardım göstərir.  



 

202 


Atletika-idman  məşgələlərinin  səmərəli  təşkili  və  keçirilməsinə 

bir  də  ona  görə  ciddi  səy  göstərmək  vacibdir  ki,  o  həm  də  uşaq  və 

yeniyetmələri,  gəncləri  əməyə  və  müdafiəyə  bədən  tərbiyəsi 

kompleksinin norma və tələblərini yerinə yetirməyə hazırlayır. Çünki, 

bədən  tərbiyəsi  kompleksinin  əsas  hərəkət  növləri  atletika  hərəkət 

elementlərindən  ibarət  olub,  bu  hərəkət  növləri  üzrə  texnikaya 

yiyələnmə  əməliyyatı  da  məhz  atletika  dərslərində  aparılır.  Yuxarıda 

qeyd etdiyimiz  kimi, atletika-dərs məşğələlərində əsas təbii hərəkətlər 

üzrə  şagirdlərə  bilik  oyrədilir,  bacarıq  və  vərdişlər  aşılanır.  Bu 

səbəbdən  də,  atletikanın  müəyyən  bir  növü  (yeriş,  hoppanma  qaçış, 

tullanmalar  və  s.)  yalnız  hər  hansı  bir  sinifdə  öyrədilməklə 

məhdudlaşdırılmır, o, eyni zamanda bu və ya digər siniflərdə müxtəlif 

aspeklərdə  tədris  olunur,  təkrarlanır.  Məktəb  təcrübəsindən  aydın 

olunur  ki,  bəzən  işin  quruluşunun  mahiyyətinə  lazımi  fikir  verilmir. 

Atletikanın  hər  hansı  bir  növünün  öyrədilməsinə  müxtəlif  siniflərdə 

eyni  münasibətlə  yanaşılır.  Məzmun,  həcm  nəzərə  alınmır.  Buna  görə 

də  şagirdlərin  dərsə  marağı  və  həvəsi  azalır,  hərəkətləri  şüurlu  və 

yüksək  fəallıq  şəraitində  icra  etmirlər.  Nəticədə  dərsə  davamiyyət 

azalır, şagirdlərin fiziki hazırlıq göstəriciləri gündəlik tələbatdan aşağı 

olur.  Onlar  tələbləri  və  normativləri  verə  bilmirlər.  Bunun  üçün  nə 

etmək  lazımdır?  Hər  şeydən  əvvəl,  ayrı-ayrı  siniflər  üzrə  qarşıya 

qoyulmuş  məqsəd  və  vəzifələri dərindən öyrənməli və bunlara uyğun 

hər bir qruplarda məqsədə müvafiq və zəruri atletika növləri tətbiq və 

tədris etməlidir. Burada da hərəkət texnikasına yiyələnmək həlledici rol 

oynayır. Atletika əgər hərəkət texnikasına düzgün yiyələnmədikdə isə 

hər bir uşagın hərəki və fiziki imkanlarını da aşkara çıxarmaq mümkün 

deyildir. 

     Heç  də  sirr  deyildir  ki,  məktəblərimizdə  kütləvilik  tələb 

olunduğu  bir  vaxtda,  bəzi  rayon  və  şəhər  məktəblərində,  idman 

nəticələrinə  güclü  meyl  göstərilir.  Bu  o  deməkdir  ki,  bəzi  bədən 

tərbiyəsi  müəllimləri  dərs  prosesində  guya  idman  yarışlarına 

hazırlaşdıqları  üçün  idmançı  uşaqlar  nəyin  bahasına  olursa-olsun 

müstəqil məşğul olmağa icazə verir. Onlar istədikləri kimi oynayır və 

sərbəst hərəkət edirlər. Haqlı olaraq qeyd edə bilərik ki, burada istər-

istəməz  müəllimin  nəzarəti  zəifləyir.  Bu  bir  çox  cəhətdən  zərərlidir: 

əvvəla,  şagirdlər  həmin  dərsin  qarşısında  duran  məqsəd  və  vəzifələri 

icra  etməkdən  kənarda  qalır,  ikincisi,  bədən  tərbiyəsində  kütləvilik 

lazımi  səviyyədə  yerinə  yetirilmir,  üçüncüsü,  uşaq  və  yeniyetmələr 



 

203 


müxtəlif  növ  hərəkət  texnikasını  mənimsəyə  bilmir  və  onların  fiziki 

imkanları nəzərə alınmır, qabiliyyətləri inkişaf etmir, formalaşmır. 

Atletika məşğələlərində «texnikaya yiyələnmə» və sair hallarına 

da  rast  gəlmək  olur.  Burada  müəllimin  başlıca  istiqaməti  nəyin 

bahasına  olursa  olsun  yalnız  şagirdlərin  hərəkət  texnikasına 

yiyələnməsini təmin etməkdən ibarətdir. Düzdür, hərəkət növləri üzrə 

texnikaya yiyələnmək tədris prosesinin ən vacib amillərindəndir. Lakin 

hərəkət  texnikasını  öyrətməklə  bərabər,  şagirdlərin  fiziki  hazırlığının 

artırılmasına da diqqət yetirmək zəruridir.  

Tədris prosesində paralelsizlik şagirdlərin idman nəticəsinə nail 

olmaq  funksiyasının  məhdudlaşdırılması  ilə  yanaşı,  həm  də  hərtərəfli 

hazırlığa sədd çəkilməsi deməkdir. 

Təəssüflər  olsun  ki,  bəzi  kütləvi  məktəblərdə  atletika 

məşğələlərində  rekordçuluğa  yüksək  idman  nailiyyətləri  qazanmaq 

bəzən əsas məqsəd kimi qarşıya qoyulur. Əslində isə təlim tərbiyə işi 

şagirdlərin  sağlamlığına,  fiziki  inkişafına,  fiziki  hazırlığının 

yüksəldilməsinə 

və 


cəmiyyət 

üçün 


tərbiyələndirilməsinə 

istiqamətləndirilməlidir.  

Qeyd 

etməliyik  ki  atletika  üzrə  hərəkət  texnikasının 



öyrədilməsində  məktəb  pillələri  nəzərə  alınmalıdır.  Yəni  ibtidai  sinif 

şagirdləri  ilə  aparılan  hərəkət  texnikasına  yiyələnmə  işi  böyük  yaşlı 

məktəblilərinkindən  xeyli  fərqlənməlidir.  Bunu  əsasən,  yeriş,  qaçış, 

atmalar  və  s.  hərəkət  elementlərinə  aid  etmək  olar.  Həmin  öyrənmə 

prosesində kəskin fərq başlıca olaraq hərəkatın sürət və amplitudası ilə 

əlaqədar olması mühüm şərtdir. 

Müşahidələrdən aydın olur ki, bəzi müəllimlər   ibtidai siniflərdə 

hər  hansı  bir  atletika  üzrə  hərəkət  elementlərini  öyrədərkən,  hərəkəti 

öyrənmə  texnikasını  sadələşdirməyə  çalışırlar.      Bu,  o  deməkdir  ki, 

hərəkətlərin  öyrədilməsi  texnikası  kiçik  məktəbyaşlı  uşaqlar  üçün 

sadələşdirilmiş  şəkildə,  yuxarı  siniflərdə  isə  həmin  texnika  şagirdlərə 

bütövlükdə (tamlıqla) öyrədilməlidir. Fikrimizcə, hərəkət  texnikasının 

sadələşdirilmiş  formada  öyrədilməsi  pedaqoji  baxımdan  düzgün 

deyildir. Bu hərəkət texnikasının təhrif olunaraq öyrədilməsi deməkdir. 

Çünki, yuxarıda qeyd etdiyimiz kimi, atletika hərəkət elementləri təbii 

hərəkətlərdir, o, gündəlik həyat üçün vacib hərəkətlərdir (yeriş, qaçış, 

maneələrin  dəf  edilməsi,  tullanmalar,  atmalar  və  s.).  Buna  görə  də 

həmin  hərəkətlərin  düzgün  yerinə  yetirilməsinə  yiyələnmək  nəinki 

məktəb  yaşlarından,  hətta  məktəbəqədər  yaş  dövründən  başlamaq 



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə