B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə70/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   66   67   68   69   70   71   72   73   ...   131

 

206 


komponentlərinə  isə  qaçış  texnikasının  aşılanması,  təkan  nöqtəsinin, 

təkan  ayağının  dəqiqləşdirilməsi,  uçuş  və  yerə  düşmə  fazalarının 

düzgün yerinə yetirilməsi texnikasının mənimsədilməsi və s. pedaqoji 

metodik məsələlər daxildir. 



İkinci  metodda  hərəkət  texnikasının  hissə-hissə  öyrədilməsi 

fonunda  bütövlükdə  (tamlıqla)  təkrar  edilməsi  yolu  ilə  hərəkətin 

öyrədilməsidir.  Həmin  metoddan  istifadə  zamanı  əsas  diqqət  hissə-

hissə  öyrədilən  hərəkət  elementləri  arasında  uyğunluq-koordinasiya 

yaratmağa  yönəldilməlidir.  Əgər  hissələr  arasında  uyğunsuzluq 

müşahidə  olunursa,  bu  vaxt  onun  səbəbi  öyrənilməli  və  aradan 

qaldırılması  məqsədilə  əlavə  xüsusi  hərəkətlər  seçilməli  və  həmin 

prosesdə istifadə edilməlidir.  

Məşğul  olanlar  atletikanın  hər  hansı  növü  üzrə  hərəkət 

texnikasına  yiyələndikdən  sonra  onların  idman  nəticəsinin 

yüksəldilməsinə  də  çalışmalıdır.  Konkret  desək,  hərəkət  texnikasının 

bütövlükdə  təkmilləşdirilməsi  və  məktəblərin  fiziki  hazırlığının 

artırılması  yolu  ilə  idman  sahəsində  müvafiq  nailiyyətləri  qazanmaq 

lazımdır.  Burada  əzələ  qüvvəsini  artıran,  hərəkət  texnikasını 

bütövlükdə  öyrənməyi  təkmilləşdirən  fiziki  tərbiyə  elementlərindən, 

texniki  təlim  vasitələrindən  istifadə  olunmalıdır.  Hərəkət  texnikasının 

mənimsədilməsi  ilə  əlaqədar  texniki  vasitələrdən  istifadə  edərkən 

duyma, hissetmə qabiliyyətini nəzərə almaq vacibdir. İbtidai siniflərdə 

səs  və  ekran  vasitələrinə  və  onların  düzgün  tətbiqinə  nail  olmalıdır. 

Texniki  təlim  vasitələri  və  əyani  vəsaitlər  hərəkət  texnikası  üzrə 

qruplaşdırılmış  siniflərin  hazırlıq  səviyyəsinə  uyğun  olaraq  tətbiq 

olunmalıdır.  Texniki  vasitələrdən  istifadə  olunarkən  hərəkət  texnikası 

bütövlükdə,  sonra  isə  hissə-hissə  və  ya  əksinə  nümayiş  etdirilə  bilər. 

Bu  zaman  sözün  əyaniliklə  və  ya  əyaniliyin  sözlə  qarşılıqlı  əlaqəsini 

düzgün təşkil etmək xüsusən vacibdir. 

    Müşahidələrdən  aydın  olur  ki,  atletika  üzrə  yeni  hərəkət 

texnikası  öyrədilərkən  aşağıdakı  pedaqoji-metodiki  amllərə  əməl  

olunması  təlim  işinin  müsbət  nəticələnməsinə  kömək  edir.  Bura 

hərəkət  texnikasının  bütövlükdə  və  hissə-hissə-hissə  öyrədilməsində 

izahetmə,  hərəkət  texnikasının  bütövlükdə  və  ya  hissə-hissə 

öyrədilməsinin  bilavasitə  müəllimin  rəhbərliyi  altında  aparılması, 

hərəkət texnikasının təkrar edilməsi dövründə qüsurlu yerinə yetirilən 

hərəkətlərin daha çox təkrarlanması, hərəkətlərin fərdi və qrup şəklində 

yerinə yetirilməsi, hərəkəti düzgün yerinə yetirən uşaqların              onu 




 

207 


nümayiş  etdirməsi,  ev  tapşırıqları  verilərkən  şagirdlərin  fərdi 

xüsusiyyətlərinin nəzərə alınması və s. daxildir.  

 

Atletika bölməsi 

 

Atletika  idmanın,  fiziki  tərbiyənin  mühüm  tərkib  hissəsi  kimi 



şəxsiyyətin hərtərəfli inkişafına müsbət təsir göstərməklə, ümumtəhsil 

məktəbi  şagirdlərinin  zehni,  əmək,  ideya-siyasi  mənəvi  və  estetik 

tərbiyəsində də böyük rol oynayır. 

Fiziki  tərbiyə  şagirdlərinin  təlim-tərbiyə  proseinin  əsas  tərkib 

hissəsi  kimi  onun  proqram  və  normativ  əsasıdır.  Bir  çox  atletika 

hərəkətləri  isə  VMH  kompleksinin  özəyidir.  Buna  görə  də  məktəbin 

kompleks  bədən  tərbiyəsi  proqramlarında  da  atletika  hərəkət 

elementlərinin öyrədilməsinə xüsusi diqqət yetirilir. Bu bədən tərbiyəsi 

müəllim-məşqçilərdən tədris işinin düzgün təşkil etməyi, yaradıcılıq və 

fəallıq  göstərməyi  ciddi  surətdə  tələb  edir.  Atletika  üzrəi  dman 

bölmələri də tədris prosesinin başlıca tərkib hissəsi olub onun optimal 

planlaşdırılması,  bu  zaman  şagirdlərin  fiziki  hazırlığının  və  fiziki 

inkişafının,  yaş  xüsusiyyətlərinin,  şəraitin  nəzərə  alınması  xüsusən 

vacibdir.  Burada  atletika  hərəkət  elementlərinin  metodik  ardıcıllıqla 

mənimsədilməsi  işinin  müvəffəqiyyətlə  nəticələnməsində  zəruri 

əhəmiyyət kəsb edir. Əlbəttə, bu zaman hər bir müəllim fiziki tərbiyə 

nəzəriyyəsi və praktikasını dərindən bilməli, pedaqogika, psixologiya, 

fiziologiya  və  s.  elmlər  sahəsindəki  yenilikləri  müntəzəm  olaraq 

izləməli  ixtisasını  artırmalıdır.  Bütün  göstərilənlər  atletika 

məşğələlərinin  qarşısında  duran  vəzifələrin  həllində  vacib  pedaqoji 

zəmin yaradır. 

 

 



 

 

 



 

Bölmə məşğələlərinin planlaşdırılması 

 

 



Atletika  sahəsindəki  məşğələlərin  düzgün  planlaşdırılması  üçün 

hər şeydən əvvəl, onun müasir məktəbin bədən tərbiyəsi proqramındakı 




 

208 


mövqeyi,  tutduğu  yer  dəqiq  şəkildə  müəyyənləşdirilməlidir.  İlk 

növbədə  illik  tədris  materiallarını  yarım  illərə  bölməli,  bu  sahədəki 

əsas  və  əlavə  tədris-metodik  materiallar  toplamalı,  planlaşdırmada 

nəzərə alınmalıdır. 

Planlaşdırmada  ixtisas  müəllimləri  atletika  üzrə  məşğələləri 

planlaşdırarkən hər bir rübün, ayın, həftənin və bölmə gününün başlıca 

vəzifələrini  və  bu  vəzifələrin  yerinə  yetirilməsi  üçün  konkret 

hərəkətləri,  həmçinin  köməkçi  hərəkətləri  müəyyən  etməlidir.  Başqa 

sözlə  desək,  ayrı-ayrı  məşğələlər  əsas  hərəkətlərin  öyrədilməsi 

əsasında  qurulmalıdır.  Həmin  baxımdan  birinci  növbədə bu  vəzifələri 

və onların yerini konkretləşdirmək lazımdır. 

Qaçış  yüngül  atletikanın  əsas  kompleks  hərəkətlərindən  biridir. 

Qaçışının  öyrədilməsi  texnikası  digər  hərəkətlərlə  sıx  əlaqədardır. 

Məsələn, qaçaraq uzununa və hündürlüyə tullanmalar, maneələrin dəf 

edilməsi,  şüvüllə  tullanma  və  s.  Buna  görə  də  əvvəlcə  qaçışın  özü 

öyrədilməli,  sonra  isə  onunla  əlaqədar  müxtəlif  növ  fiziki  hərəkət 

elementləri icra olunmalıdır. Qaçış texnikasının mənimsədilməsinə 10-

12  məşğələ  həsr  etmək  məqsədəuyğundur.  Bundan  sonra  isə  hər 

məşğələ üçün başlıca vəzifələrin yerinə yetirilməsi diqqət mərkəzində 

olmalıdır. 

     Qabaqcıl  müəllim-məşqçilərin  təcrübəsi  göstərir  ki,  ilk 

məşğələlərdə  qaçışın  mühüm  spesifik  xüsusiyyətlərini  şagirdlərə 

öyrədilməli  hərəkət  texnikası  üzrə  buraxılan  nöqsanlar    fərdi  surətdə 

şagirdlərin  nəzərinə  çatdırılmalı  və  onun  aradan  qaldırılması  yolları 

müəyyənləşdirilməlidir.  1.  düzünə  qaçış,  qaçış  yollarında  dönmələr 

(qaçış  üzrə).  3.  hündür  startdan    qaçışın  texnikası,  4.  sürətlə  startdan 

çıxmaq,  5.  alçaq  start.      6.  dönmələrdən  sonra  düz  qaçış  yollarında 

düzgün  qaçmaq  texnikası.  7.  ayrı-ayrı  məsafələr  üzrə  sürətli  qaçış 

texnikası. 8. alçaq startlardan dönmələr üzrə düzgün qaçış texnikası 9. 

nəhayət,  qaçış  texnikasının  bütövlükdə  və  ayrı-ayrı  elementləri  üzrə 

öyrədilməsi texnikası və s. 

    Qaçış texnikası təxminən 3 mərhələdə öyrədilir.  

    Giriş  mərhələdə  hərəkət  haqqında  şagirdlərə  müəyyən 

təsəvvür yaradılmalı və hərəkət texnikası «kobud» formada öyrədilir. 

   İkinci  mərhələdə  hərəkət  texnikasının  düzgün  yerinə 

yetirilməsinə və hissə-hissə öyrədilməsinə səy göstərilir. 

    Üçüncü mərhələdə isə öyrədilmiş hərəkət texnikası daha dərin 

surətdə öyrədilir və təkmilləşdirilir, vərdiş halına salınır. 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə