B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə59/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   55   56   57   58   59   60   61   62   ...   131

 

175 


maraqlı  iş  təcrübəsi  vardır.  İndi  həmin  təcrübəyə  istinad  edək:  bu 

məktəbin  baş  bədən  tərbiyəsi  müəllimi,  Böyük  Vətən  müharibəsinin 

iştirakçısı,  onun  qanlı-qadalı  günlərinin  acı  yadigarı  olan  5  düşmən 

gülləsini  bədənində  gəzdirən  5  ordenli  maarif  əlaçısı  Paşa 

Sadıqbəyovdur. Paşa hava şəraitindən asılı olmayaraq bədən tərbiyəsi 

fasiləsinin  könüllülük  və  müstəqillik  əsasında  keçirilməsinə  artıq  nail 

olmuşdu. Bütün hazırlıq tərtibi işlər planlaşdırılır və sinif müəllimləri 

və  ictimaiyyətçi  fəal  idmançıların  köməyi  ilə  həyata  keçirilir.  O, 

fasilənin  tam  məculiyyətlə,  məzmunlu  təşkilini  xüsusi  diqqət 

mərkəzində  saxlayır.  O,  bədən  tərbiyəsi  fasilələrini  tək-tək  hallarda 

gimnastika  zalında  və  xüsusi  düzəldilmiş  koridorlarda  təşkil  edir. 

Lakin  otaq  və  koridorlarda  keçirilən  oyun  və  əyləncələr  açıq  havada 

təşkil  edilən  tədbirlərdən  az  effektli  olur.  Ümumiyyətlə,  şəraitə 

uyğunlaşdırılmış  rəqslər,  əyləncələr  və  oyunlar  bədən  tərbiyəsi 

fasilələrində mühüm yer tutur. Soyuq havada növbətçilərin işi daha çox 

olur.  Onlar  məktəblilərin  isti  geyimdə  açıq  havada  gəzintiəyə 

çıxmasına nəzarət edir. 

Müşahidələr göstərir ki, məktəbin digər bədən tərbiyəsi tədbirləri 

kimi fasilələrdə də böyük təşkilatçılıq işi tələb olunur. Elə buna görə də 

dərs  ilinin  əvvəlində  sinif  müəllimləri  ilə  təlimat  keçir,  ictimai 

təlimatçıların  dəqiq  siyahısını  tərtib  edir  (IX-X  siniflərdən).  Adları 

siyahıya daxil edilmişlər, fəallar iclasında bədən tərbiyəsi üzrə ictimai 

təlimatçılar  kimi  təsdiq    olunurlar.  Yəni  ibtidai  siniflərdə  bədən 

tərbiyəsi  təlimatçısı  olmaq  onlara  ictimai  bir  vəzifə  kimi  tapşırılır. 

Bundan  sonra  onlarla  seminar  və  söhbətlər  təşkil  olunur.  Bədən 

tərbiyəsi  fasiləsinin  və  digər  tədbirlərin  əhəmiyyəti  izah  olunur,  bu 

sahədə  işin  məzmunu  və  necə  təşkil  olunub  keçirilməsi  onların 

nəzərinə çatdırılır.   

Yuxarı  siniflərdə  olan  təlimatçı  fəallar  təhkim  olunduğu  ibtidai 

siniflərdə  təbliğatı  və  təşkilati  işlər  aparır,  sinif  müəllimi  ilə  birlikdə 

fəal uşaqları seçir və onların vəzifəsini müəyyənləşdirirlər. Bununla da 

həmin  üçlük  fəaliyyətə  başlayır.  Məktəbdə  inventar  saxlanılan  otaq 

ayrılmış  və  bədən  tərbiyəsində  istifadə  ediləcək  avadanlıq  və 

ləvazimatları orada saxlayırlar və yeri gəldikcə götürüb istifadə edirlər. 

Bu  avadanlıqların  əksəriyyəti  məktəbin  əmək  təlimi  emalatxanasında 

məktəbli  şagirdlərin,  habelə  valideynlərin  yaxından  köməyi  ilə 

hazırlanır.  Bununla  yanaşı,  şagirdlərə  məktəbə  top,  ip;  gimnastika 

halqaları və ağacları gətirməyə icazə verilir. Bəzən də siniflər öz idman 




 

176 


əşyaları  ilə  birlikdə  məktəbyanı  meydançaya  çıxırlar.  Fikrimizcə, 

həmin əşyaların növbətçilər vasitəsilə idman əşyaları saxlanılan otağa 

təhvil verilməsi, sonra isə lazımı vaxtda istifadə edilməsi yaxşı olardı. 

Dərsin  sonunda    ləvazimatların  uşaqlara  paylanması  məsləhətdir. 

Bunun çox böyük təlim-tərbiyəvi əhəmiyyəti vardır. Həmin  məktəbdə 

şagirdlər  tennis  topundan,  halqalardan,  raketlərdən,  gimnastika 

ağaclarından,  kublardan,  iplərdən  istifadə  edirlər.  Az  tapılan  idman 

əşyaları  isə  (məsələn,  doldurulmuş  toplar)  məktəb  əldə  etməli  və 

təlimatçılar  vasitəsilə  fasilə  dövründə  istifadə  etmək  üçün  şagirdlərə 

verilməlidir. 

Məktəbin kompleks idman meydançası vardır. İdmanın ayrı-ayrı 

növləri  üzrə  basketbol,  voleybol  meydançaları,  yüngül  atletika 

bölmələri,  gimnastika  şəhərciyi,  müxtəlif  növ  maneələr,  müvazinət 

tirləri,  turnik,  nərdivanlar,  yellənmə  üçün  halqalar,  uzununa  və 

hündürlüyə  tullanmaq  üçün  çalalar  düzəldilmişdir.  Şagirdlər  fasilə 

zamanı  orada  sərbəst  və  təlimatçının  rəhbərliyi  altında  oynayır,  rəqs, 

müxtəlif idman əyləncələri keçirirlər. Hər bir meydançanın bölməsində 

təlimatçılar növbətçilik edirlər. 

Tənəffüs  dövründə  kütləvi  şəkildə  yüngül  atletika  qaçışları 

yerinə yetirilir ki, bu da şagirdlərin çox böyük marağına səbəb olur. 



 

 

Günüuzadılmış qruplarda idman «saatı» 

 

 

Şagirdlərin ictimai tərbiyəsini  genişləndirmək,  onların  hərtərəfli 

inkişafı  üçün  daha  əlverişli  şərait  yaratmaq  və  uşaqların  tərbiyəsində 

ailəyə  yardım  göstərmək  məqsədilə,  tədris-maddi  baza  olduqda 

günüuzadılmış ümumtəhsil məktəbləri və ya günüuzadılmış qruplar və 

siniflər    yaradılır.    Ölkəmizdə  həmin  iş  böyüməkdə  olan  gənc  nəslin 

təliminə,  tərbiyələndirilməsinə  yönəldilmişdir.  Tula  şəhərində 

günüuzadılmış məktəblərin daha da iinkişaf etdirilməsinə həsr edilmiş 

elmi-praktik konfransda bu məktəb və qrupların məktəblilərin təliminə, 

tərbiyəsinə çox böyük kömək  göstərdiyi məruzə və çıxışlarda, özü də 

çox  böyük  ruh  yüksəkliyi  ilə  qeyd  edilmişdir.  Keçmiş  SSRİ  Maarif 

Nazirliyi  və  SSRİ  Pedaqoji  Elmlər  Akademiyası  tərəfindən  təşkil 

olunmuş həmin konfransın materiallarından məlum olur ki, şagirdlərin 

günüuzadılmış  məktəblərə,  qruplara  cəlb  edilməsi  ümumməktəb  üzrə 




 

177 


şagird  kontingentin  sabit  qalmasına  müsbət  təsir  göstərmişdir  (Bax: 

«Azərbaycan müəllimi» qəzeti, 1973, 28 fevral). 

Günüuzadılmış  qruplarda  və  məktəbdə  məşğələlərin  düzgün  və 

səmərəli  təşkili  şagirdlərin  bilik,  bacarıq  və  vərdişlərinin  daha  da 

inkişaf  etdirilməsində,  idrak  fəallığının  artırılmasında,  ictimai-faydalı 

əməyə  alışdırılmasında  çox  böyük  əhəmiyyətə  malikdir.  Belə 

məktəblərdə  məşğələlərin  rəngarəng  olması,  şagirdlərin  yaşına, 

psixoloji  xüsusiyyətlərinə  müvafiqliyi  tərbiyəvi  əhəmiyyət  kəsb 

etməklə yanaşı, eyni zamanda valideynlərin ailədə işini yüngülləşdirir, 

səmərəli  istirahətini  təmin  edir.  Bütün  bunlar  isə  istehsalatda  çalışan 

ailə  üzvlərinin  əmək  məhsuldarlığını  yüksəldir,  işlədiyi  müəssisə  və 

idarədə fəallığını artırır. 

Günüuzadılmış  məktəb  və  qruplar  şagirdləri  ictimai-faydalı 

əməyə,  dərnək  və  bölmələrə  cəlb  etməklə,  onların  mədəni istirahətini 

təmin  edir,  hərtərəfli  və  fiziki  cəhətdən  ahəngdar  inkişaf  etmələrinə 

şərait yaradır, sağlamlıqlarını möhkəmləndirir. 

Müşahidələr  göstərir  ki,  respublikamızın  kənd  rayonlarında  və 

Bakı  şəhərinin  günüuzadılmış  məktəblərində,  qrup  və  siniflərində 

şagirdlərin  fiziki  tərbiyəsi  sahəsində  xeyli  iş  görülmüşdür.  Lakin 

əksəriyyət məktəblərdə fiziki tərbiyə və idman üzrə aparılan iş o qədər 

də  diqqəti  özünə  cəlb  etmir,  zəif  təşkil  olunur,  hələ  də  bir  sıra  gənc 

tərbiyəçilər  qruplarda  yazılı  və  şifahi  ev  tapşırıqlarını,  texniki 

yaradıcılıq  işlərini  müvafiq  təşkil  etsələr  də,  istirahət  saatını  günün 

tələbləri  səviyyəsinə  hələ  də  çatdıra  bilməmişlər.  Bu  sahədə  çoxlu 

səhvlərə  yol  verirlər.  Bir  qrup  tərbiyəçilər  idman  saatını  sinifdə 

oturmaqla,  bir  qrup  tərbiyəçilər  isə  şagirdləri  məktəbyanı  sahəyə 

çıxartmaqla kifayətlənirlər. Yadda saxlamaq lazımdır ki, təbii hərəkət 

vərdişlərinin  formalaşması  hərəkət  sürətinin,  gücün,  cəldliyin    və 

davamlığın  inkişafı  ilə  sıx  əlaqədar  olub,  yalnız  və  yalnız  səmərəli 

təşkil olunmuş fiziki tərbiyə prosesində yaranır. 

Unutmaq  lazım  deyildir  ki,  günüuzadılmış  məktəblər,  qruplar 

üçün  ayrılmış  idman  saatı  müxtəlif  mütəhərrik  və  idman  oyunları, 

ekskursiya, qısa müddətli turist yürüşləri ilə zəngin olmalıdır. 

Qrup  tərbiyəsiçi  məşğələlərin  təşkili  və  keçirilməsində  bədən 

tərbiyəsi  müəlliminin  köməyindən  və  göstərişindən  həmişə  istifadə 

etməlidir.  

Gün  rejimində  fiziki  hərəkətlərdən  və  oyunlardan  ibarət 

məşğələlər  məzmununa,  həm  də  quruluşuna  görə  bədən  tərbiyəsi 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə