B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə58/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   54   55   56   57   58   59   60   61   ...   131

 

172 


fəallaşdırsın,  qan  və  limfa  dövranını  gücləndirə  bilsin,  şagirdlərin 

partada  uzunmüddət  düzgün  əyləşməsinə  imkan  yaratsın.  Bədən 

tərbiyəsi  dəqiqələrində  böyük  amplitudalı  hərəkətləri  də  icra  etmək 

olar.  Belə  hərəkətlər  əsasən  ana  dili;  riyaziyyat  fənlərində  tətbiq 

olunmalıdır. Çünki bu fənlərin tədrisi dövründə şagirdlər uzun müddət 

statik  vəziyyətdə  olurlar.  Həmin  hərəkətləri  də  parta  arxasında  və 

partaların arasında duraraq icra etmək olar. Bu vəziyyətlərdə qol, ayaq 

və  gövdə  üçün  hərəkətləri  icra  etmək  əlverişlidir.  Oxu,  təbiətşünaslıq 

dərslərində  isə  şagirdlər  o  qədər  də  gərgin  vəziyyətdə  olmurlar.  Bu 

zaman arxa parta arxasında oturmaqla və ayaqüstə qalxmaqla əlaqədar 

fiziki  hərəkətlər  yerinə  yetirilməlidir.  Yoxlama  yazı  işlərində 

hərəkətlərin parta arxasında oturmaqla icra olunması məsləhətdir. 

Bədən  tərbiyəsi  dəqiqələrini  nəğmə,  təsviri  incəsənət,  əmək 

dərslərində icra etmək lazımdır. O, 3 – 4 hərəkət birləşməsindən ibarət 

olub,  2  –  3  dəqiqə  müdddətində  keçirilməli,  4  –  6  dəfə 

təkrarlanmalıdır. 

I  hərəkət  kompleksi  dartınma  xarakterli  olmaqla  bərabər, 

gövdəni düzləndirməli, müxtəlif çıxış vəziyyətlərindən başlanılmalı, əl 

hərəkətlərinin köməyi ilə oynaqlar hərəkətə gətirilməli; 

II  kompleks–gövdənin  yanlara,  qabağa,  arxaya  əyilməsinə  onun 

müxtəlif  tərəflərə  dairəvi  hərəkətilə  sağdan  sola,  soldan  sağa 

istiqamətləndirilməli; 

 III  kompleks ayaq əzələlərinin əzələ qüvvəsini artırmalı, bunun 

üçün də qıçların növbə ilə bükülüb-açılması, yanlara – irəli və arxaya 

aparılması (diz bükülməsi şərti ilə) hərəkətləri icra edilməli; IV hərəkət 

sadə və sakitləşdirici və bədəni yumşaldıcı təsir göstərməlidir. 

         Bədən  tərbiyəsi  dəqiqələrinin  musiqinin  müşayiəti  ilə 

dəqiq, çevik, düzgün və cəldliklə yerinə yetirilməsi hərəkətlərin icrası 

üçün  daha  faydalı  olardı.  Hərəkətin  gözəl,  musiqinin  müşayiəti  ilə 

icrası  tənəffüslə  uzlaşdırılaraq  yerinə  yetirilməsi  çox  böyük  təlim-

tərbiyəvi əhəmiyyət kəsb edir. 

 

 

Böyük tənəffüslərdə fiziki hərəkətlər 

                               və mütəhərrik oyunlar 

 

Bədən  tərbiyəsi  fasiləsi  tədris  gün  rejimində  özünəməxsus  yer 

tutur.  Bədən  tərbiyəsi  fasiləsinin  təmiz  və  açıq  havada  keçirilməsi 



 

173 


ibtidai  sinif  şagirdləri  üçün  daha  xarakterikdir.  O,  hər  şeydən  əvvəl, 

mərkəzi  sinir  sisteminin  funksional  fəaliyyətinə  müsbət  təsir  göstərir, 

bu  da  əqli  iş  qabiliyyətinin  artmasına,  sinir  sistemində  gedən 

proseslərin mütəhərrikliyinin yüksədilməsinə səbəb olur. 

Bədən  tərbiyəsi  fasiləsinin  –  qısa  müddətli  fəal  istirahəti  bütün 

fasilələrdə, xüsusən böyük tənəffüsdə təşkil etmək olar. Fəal istirahəti 

səmərəli  təşkil  etmək  üçün  ilk  növbədə  onun  planı  tutulmalıdır.  İşin 

məzmunu  qabaqcadan  müəyyənləşdirilməlidir.  Bədən  tərbiyəsi 

fasiləsinin  müvəffəqiyyətlə  nəticələnməsi  üçün  hava  şəraitinin  və 

məktəbyanı meydançaların, qurğuların, avadanlıq və ləvazimatların da 

nəzərə  alınması  həlledici  əhəmiyyətə  malikdir.  Açıq  havada  oyunlar 

10-12 


o

-dən  aşağı  temperaturda  olmamaq  şərti  ilə  keçirilməsi 

məsləhətdir. 

     Açıq  havada  oyunların  məcburi  deyil,  könüllülük  əsasında 

keçirmək  daha  məqsədəuyğundur.  Burada  şagirdlər  2-1,  3-1  və  s. 

müstəqil  oyunlar  keçirir  və  iplə  hoppanmaları,  müxtəlif  növ  sadə 

qaçışları yerinə yetirirlər. 

     Fəal  istirahət  məqsədilə  aparılan  bədən  tərbiyəsi  fasiləsinin   

səmərəli təşkilində məktəbyanı meydançanın səliqə-səhmanlı   olması,  

şagirdlərin    sayına    uyğun    sadə  avadanlıq  və  ləvazimatla  təmin 

edilməsi xüsusən vacibdir. Həmin məqsədlə də sinif növbətçisi fasiləyə 

kimi  lazım  olan  avadanlıq  və  ləvazimatları  meydançaya  (koridora) 

aparır və səhmana salır. Fasilə qurtardıqdan sonra isə yenə də istifadə 

olunan  idman  əşyaları  yığışdırılır  və  əşyalar  saxlanılan  otağa  aparılır. 

İdman  əşyaları  götürüləndə  sayılmalı  və  yerinə  qaytarılıb  təhvil 

verilməlidir.  2-3  dəqiqə  dərsə  qalmış  oyun  və  əyləncələri  qurtarmaq 

lazımdır.  Bu  vaxt  şagirdlər  sakit  halda  öz  siniflərinə  gedib  növbəti 

məşğələyə  hazırlaşa  bilərlər.Təəssüf  ki,  bəzi  fasilələr  səmərəli  təşkil 

olunmur.  Bəzən  görürsən  ki,  fəal  istirahətdən  ötrü  meydançada 

aparılmaq üçün ləvazimat yoxdur, bəzən də idman əşyaları şagirdlərin 

sayına  uyğun  gəlmir,  bəzən  də  əşyalar  yararsız  və  işlənməsi  qeyri-

mümkün olur. 

Əlverişli  olmayan  havada  isə  bədən  tərbiyəsi  fasiləsini  geniş 

otaqda,  koridorda  və  başqa  yerlərdə  də  təşkil  etmək  olar.  Bu  zaman 

daha  kütləvi  və  daha  sadə  oyunlardan,  rəqs  hərəkətlərindən  istifadə 

etmək  faydalıdır.  Otaq  və koridorlarda  da  keçirilən  oyun  və  rəqslərin 

səmərəli təşkilinə ciddi səy göstərilməli və yaxşı hazırlanmalıdır. Belə 

fasilənin  keçirilməsinə  sinif  müəllimi  ilə  birlikdə,  növbətçi  müəllim, 




 

174 


dəstə  rəhbərləri,  bədən  tərbiyəsi  müəllimləri,  yuxarı  sinfin  fəal  və 

təşkilatçı  idmançıları,  habelə  sinfin  öz  ictimaiyyətçiləri  yaxından  və 

var qüvvəsi ilə kömək göstərməlidir. 

   Məktəb  direktoru,  tərbiyə  işləri  üzrə  direktor  müavini  bədən 

tərbiyəsi  fasiləsinin  müntəzəm,  məzmunlu  və  maraqlı  təşkilinə, 

həmçinin  nəzarət  etməlidir,  bu  sahədəki  mövcud  qüsurların  aradan 

qaldırılmasına  kömək  göstərməli,  mübariz  tədbirlər  planı  hazırlayıb 

həyata keçirməlidirlər. Xüsusilə belə bir faydalı işə baş bədən tərbiyəsi 

müəllimi daha məsuliyyətlə yanaşmalı, digər fənn müəllimləri isə fəal 

surətdə  cəlb  edilməlidirlər.  Pedaqoji  şurada,  ictimai  təşkilatların 

iclasında  bədən  tərbiyəsi  fasiləsinin  səmərəli  təşkil  edilməsi  ilə 

əlaqədar xüsusi məsələlər qoyulmalı və məktəbdə həmin işin vəziyyəti 

müzakirə olunmalıdır. 

   İbtidai  siniflərdə  bədən  tərbiyəsi  fasiləsi  dövründə  aşağıdakı  

fiziki hərəkətlərdən istifadə olunur: ayağın, gövdənin, qolların müxtəlif 

vəziyyətlərində adi yeriş, yavaş, sürətlə, pəncələr üzərində və s. yerinə 

yetirilə  bilər;  siqnal  üzrə  verilən  tapşırıqların  sakit  və  sürətli  qaçışla 

icra  etmək,  qaçışın  yerişlə  növbələşməsi,  mürəkkəb  olmayan 

maneələrin qət edilməsi ilə qaçış, bir və ya iki ayaq üzərində, ayaqların 

növbələşməsi ilə yerində irəliləmək, hoppanmalar və s. böyük və kiçik 

topların  atılıb-tutulması,  ikilikdə  topun  bir-birinə  atılması,  müxtəlif 

məqsədlə  topun  uzağa  atılması  və  s.  dırmanma,  dırmanıb  aşmaq, 

sürünmək,  halqalardan  sürüşüb  keçmək  və  s.  oyun  formasında 

sallanma,  dayaq  saxlamaq  və  s.  müxtəlif  maneələrin  dəf  edilməsi, 

əşyalarla hərəkətlər, halqa, ağac, müxtəlif uzunluqda iplərlə hərəkətlər, 

əşyasız 


başın, 

gövdənin, 

əlin 

və 


ayaqların 

hərəkətləri, 

ümuminkişafetdirici  hərəkətlər  və  qaçışla  cisim  atmalar,  maneələrin 

keçilməsi, müqavimət və estafetlə əlaqədar mütəhərrik oyunlar. 

Fasilələrdə idman əyləncələrindən, xüsusən voleybol, basketbol, 

futbol oyun elementlərindən və s. istifadə etmək olar. Yuxarıda adları 

çəkilən  fiziki  hərəkət  elementləri  nəinki  ibtidai  sinif  şagirdlərinin 

yaşına  uyğundur,  hətta  bədən  tərbiyəsi  tədris  proqram  materialının 

yerinə  yetirilməsinə  yaxından  kömək  edir.  Şagirdlərə  hərəkət 

vərdişlərinin  aşılanmasını  sürətləndirilir,  hərəkət  təcrübəsini  artırır  və 

dayaq hərəkət aparatını təkmilləşdirir. 

 Böyük 


tənəffüslərdə  mütəhərrik  oyunların  və  idman 

əyləncələrinin  təşkili  və  keçirilməsi üzrə Qaradağ rayonundakı 228 

saylı  məktəbdə  bədən  tərbiyəsi  və  idman  kollektivinin  zəngin  və 



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə