B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə54/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   50   51   52   53   54   55   56   57   ...   131

 

160 


1.A.İsmayılov.  Günüuzadılmış  qruplarda  tərbiyəçi  işinin 

məzmunu. Bakı, «Maarif» nəşriyyatı, 1975-ci il. 

2.T.Abasov.  İdman  və  mütəhərrik  oyunlar.  Bakı,  «Maarif» 

nəşriyyatı, 1987-ci  il. 

3.B.Quliyev. Tələbələrin orta məktəbin I-VIII siniflərində bədən 

tərbiyəsi  və  kütləvi  idman  işlərinin  təşkilinə  hazırlanması  məsələləri. 

Bakı, 1994-cü il. 

4.H.Ağayev, Ş.Hüseynov. Azərbaycan uşaq mütəhərrik oyunları. 

Bakı, «Maarif» nəşriyyatı, 1989-cu il. 

5.B.Dosenko.  Uşaqlarla  məktəbdənkənar  iş.Bakı,  «Maarif» 

nəşriyyatı, 1973-cü il. 

 

VI  F Ə S İ L.  



Fiziki tərbiyə-sağlamlıq və kütləvi idmanın 

 təşkili və keçirilməsi   

 

  

 

Tədris  gün  rejimində  keçirilən  bədən  tərbiyəsi  tədbirləri 



aşağıdakılardan  ibarətdir:  1.Dərsəqədər  səhər  gigiyenik  gimnastikası: 

2.Bədən  tərbiyəsi  dəqiqələri:  3.Dərsarası  fasilələrdə  təşkil  olunan 

bədən tərbiyəsi tədbirləri. 

Fiziki hərəkət məşğələlərinin həmin formalarda təşkili uşaqların 

fiziki 

inkişafına, 



fiziki 

hazırlığına 

və 

sağlamlığının 



möhkəmləndirilməsinə  müsbət  təsir  göstərməklə  tədrisin  keyfiyyətini 

artırır,  nizam-intizamı  möhkəmləndirir,  mütəşəkkilliyi,  kollektivçilik 

ruhunu və əhval-ruhiyyəsini yüksəldir.  

Gün  rejimi  tədbirləri  ümumməktəb  və  hər  bir  sinfin  tədris 

işlərinə,  sinifdənxaric  və  məktəbdənkənar  tədbirlərinə  uyğun  bir 

şəkildə  düşünülmüş,  qabaqcadan  müəyyənləşdirilmiş vaxtda,  müvafiq 

vaxt  ərzində    həyata  keçirilməli,  hər  gün  eyni  vaxtda  başlanmalı  və 

yekunlaşdırılmalıdır. 

 

 

 



6.1.Tədris günü rejimində fiziki tərbiyə-sağlamlıq tədbirləri 

 

1.1.İbtidai təhsil pilləsində fiziki tərbiyə-sağlamlıq işləri 

 

Səhər gigiyenik gimnastikasının əhəmiyyəti 


 

161 


 

Ümumtəhsil məktəbləri şagirdləri ilə aparılan bədən tərbiyəsi və 

kütləvi  idman  işlərinə  səhər  gimnastikası  və  məşğələyəqədər 

gimnastika  əsas  yerlərdən  birini  tutur.  Səhər  gimnastikası  şəxsiyyətin 

hərtərəfli və ahəngdar inkişafında böyük əhəmiyyətə malikdir. 

Klassiklər şagirdlərin fiziki tərbiyəsinə, müxtəlif növ gimnastika 

hərəkətlərinə xüsusi əhəmiyyət verir və onları hər vasitə ilə müntəzəm 

surətdə  həyata  keçirməyi  tövsiyə  edirlər.  Vaxtilə  bu  münasibətlə 

deyilmişdir:  «…  Bütün  siniflərin  şagirdlərinə  əzaları  öz  elastiklik  və 

çevikliyini  itirməmişkən,  sərbəst  gimnastikanı  və  gimnastika 

alətlərində  edilən  hərəkətləri  müntəzəm  və  əsaslı  surətdə  öyrənmək 

daha yaxşı deyilmi?». 

Təsadüfi  deyildir  ki,  görkəmli  alim  və  mütəxəssislər  12  bədən 

tərbiyəsi  hərəkətlərini  və  müntəzəm  surətdə  səhər  gimnastikasını 

yerinə yetirməyi zəruri hesab edir və gənc nəslin harmonik inkişafında, 

cansağlığının 

möhkəmləndirilməsində, 

qarşıya 


çıxan 

bütün 


çətinliklərin aradan qaldırılmasında mühüm vasitə sayırdı. 

Səhər gimnastika şagirdlərin yuxu zamanı orqanizmdə yaranmış 

passiv vəziyyəti tədricən aradan qaldırır və onları tədris gün rejimində 

görüləcək tədbirlərə – fiziki və  zehni əməyə hazırlayır. 

Böyük rus fizioloqu, akademik İ.P.Pavlov səhər gimnastikasının 

fizioloji əhəmiyyətini çox düzgün olaraq izah etmişdir. İ.P.Pavlov yuxu 

haqqında  öz  təlimində  qeyd  etmişdir  ki,  baş-beyin  fəaliyyətində  iki 

proses  oyanma  və  tormozlanma  cərəyan  edir.  Onlar  bir-birilə  daima 

əlaqədar  olaraq beyin  nahiyyəsinin  müxtəlif  sahələrinə  yayıla  bilirlər. 

Yuxu  beynin  ayrı-ayrı  fəaliyyət  sahələrinə,  yarımkürələrinə,  beynə 

yayılmış tormozlanmadır. Daha sonra o, müəyyənləşdirilmişdir ki, bu 

tormozlanma  müxtəlif  beyin  nahiyyəsi  sinir  hüceyrələrinin  yorulması 

və onların, xüsusi hərəkət, görmə, eşitmə və dəri qıcıqlarını qəbul edən 

zonaların oyanma qabiliyyətinin aşağı düşməsi ilə sıx bağlıdır. 

     Təcrübə göstərdi ki, uşaqlar səhər yuxudan durarkən özlərini   

əzgin  hiss  edir,  onlarda  ruh  düşkünlüyü əmələ gəlir, demək olar ki, 

fəaliyyətsizlik hiss olunur. Gün rejimində qarşıya qoyulmuş vəzifələri 

lazımi  səviyyədə  icra etmək  imkanında  olmurlar. Xüsusən şagirdlərin 

əzələ  iş  qüvvəsi  aşağı  düşür,  ürək  fəaliyyəti  zəifləyir,  onlarda  baş 

ağrıları,  huşsuzluq  meydana  çıxır.  Bütün  bu  mənfi  halları  aradan 

qaldırmaqla səhər gimnastikası çox böyük əhəmiyyətə malikdir. Səhər 

gimnastikasının adi hərəkətləri nəbz vurğularını 50-60% sürətləndirir, 




 

162 


maksimum  təzyiqi  5-20    millimetr  çoxaldır,  udulan  oksigenin 

miqdarını  10-30%  artırır,  mədə-bağırsaq  və  sinir  sisteminin  işi 

yaxşılaşır, insanın bədən quruluşu – qaməti gözəlləşir. 

Müşahidələr göstərir ki, bəzi məktəblərdə səhər gimnastikasının 

və 

dərsəqədər 



gimnastikanın 

əsil 


mahiyyəti 

lazımınca 

qiymətləndirilmir.  O,  günün  tələbləri  baxımından  lazımi  səviyyədə 

təşkil  olunmur.  Bunun  bir  səbəbi  ibtidai  sinif  və  ixtisaslı  bədən 

tərbiyəsi  müəllimlərimizin  səhər  gimnastikasına  lazımi  əhəmiyyət 

verməməsidirsə, digər səbəbi isə həmin işə məktəb rəhbərlərinin, xalq 

təhsil  işçilərinin  zəif  nəzarət  etməsində,  xüsusən  müəllimlərin  onun 

səmərəli təşkilindən çətinlik çəkməsindədir.Tədris metodik ədəbiyyata, 

həmçinin  qabaqcıl  iş  təcrübəsinə  istinad  edilib  səhər  gimnastikası  və 

dərsəqədər  gimnastikanın  səmərəli  təşkili  və  keçirilmə  yollarının 

öyrənib ümumiləşdirdik.  

 

 



Dərsəqədər səhər gimnastikası 

 

 Dərsəqədər  səhər  gimnastikası  müntəzəm  olaraq  tədris 

fənlərindən əvvəl həyata keçirilir. Səhər gimnastikası orqanizmin daha 

tez tədris fəaliyyətinə hazırlayır, sinir sisteminin funksiyasının normal 

yerinə yetirilməsinə zəmin yaradır. O, 6-8 hərəkətdən ibarət olub, 10-

12  dəqiqə  müddətində  4-6  dəfə  təkrar  edilməklə  icra  olunur. 

Dərsəqədər səhər gimnastikası kompleks hərəkətləri əsasən qol, ayaq, 

gövdə  üçün  hərəkətlərdən  ibarət  olur.  Həmin  gimnastika  hərəkətləri 

daha  çox  əzələ  qruplarına  təsir  göstərməli  və  I-IV  sinif  şagirdlərinin 

fiziki hazırlığına, inkişafına və sağlamlığına uyğun olmalıdır. 

  Dərsəəqədər  səhər  gimnastikası  kompleks  hərəkətlərini 

seçərkən  bədən  tərbiyəsi  proqramından  baş,  gövdə  və  qollar  üçün 

verilmiş  əsas  hərəkətlərdən  istifadə  etmək  faydalıdır.  Xüsusən  qollar 

yuxarı,    irəli,  yanlara,  əllər  boyun  arxasında,  başda,  baş  üzərində 

olmaqla  hərəkətlər  icra  olunmalıdır.  Həmçinin  əllər  müxtəlif 

vəziyyətlərdə  barmaq  və  biləklər  üçün  hərəkətlər,  ayaqların  bükülüb-

açılması ilə hərəkətlərdən də istifadə etmək olar. Bundan əlavə, dairəvi 

hərəkətləri,  əyilmələri,  dönmələr,  əl,  qıç,  gövdə  və  başın  bir-birilə 

uyğunlaşması ilə hərəkətlərin əlaqədar şəkildə yerinə yetirilməsi zəruri 

və daha əlverişlidir. 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə