B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə51/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   47   48   49   50   51   52   53   54   ...   131

 

151 


böyük  və  orta  dairələrin  arasında  o  biri  komandanın  dörd  oyunçusu 

yerləşir.  Bunlar  oyun  zamanı  topu  tutanlar,  ələkeçirənlərdir.  Qalan 

oyunçular  (hücumçular)  meydançada  sərbəst,  istədikləri  yerdə 

dayanırlar. 

Müəllim  topu  meydançanın  mərkəzində,  müxtəlif  komandaların 

iki  oyunçusu  arasanda  yuxarı  atır.  Həmin  oyunçuların  hər  biri  topu 

vurub  qaytarmaqla  yaxud  tutaraq  öz  oyunçularına    atmağa  cəhd  edir. 

Topu  ələ  keçirənlər  ötürmə  yolu  ilə  onu  öz  kapitanlarına 

yaxınlaşdırmağa  və  topu  ona  elə  atmağa  çalışırlar  ki,  o,  topu  havada 

tuta  bilsin.  Topun  kapitana  ötürülməsi  onunla  çətinləşir  ki,  onun 

ətrafında  rəqib  komandanın  topun  tutulmasına  maneəçilik  törətməyə 

çalışan  toptutanları  dayanmışlar.  Toptutanlar  topu  vurub  qaytarır, 

yaxud  tutub  öz  hücumçularına  atırlar,  onlar  da  öz  növbəsində  onu  öz 

kapitanlarına ötürməyə cəhd edirlər. Kapitan onu tutan komandaya iki 

xal  verilir.  Bundan  sonra  oyun  yenə  mərkəzdən  başlanır.  Çox  xal 

qazanmış komanda qalib gəlir. 



  Qaydalar. I. Topu əl ilə tutmağa və atmağa habelə başla vurub 

qaytarmağa  icazə  verilir.  2.  Topla  iki  addımdan  artıq  qaçmaq 

qadağandır.  3.  Kobud  itələməyə  yol  verilmir.  4.  Topu  əldən  dartıb 

almağa  yaxud  vurub  çalmağa  icazə  verilmir.  5.  Oynayanların  xətti 

keçib  dairəyə  daxil  olmağa  ixtiyarı  yoxdur.  6.  Meydançadan  çıxmış 

topu meydança xəttinin top çıxan yerindən daxil etməlidir. 



    Qeyd.  Komandalar  birinin  2,3  və  5  oyunçusu  tərəfindən 

qaydaların pozulmasına görə, o biri komanda 5 metrdən öz kapitanına 

topatma  ixtiyarı  qazanır.  Həmin  topu  qaydanı  pozan  komandanın 

yalnız  toptutanı  vurub  qaytara  bilər.  Qalan  oyunçular    cərimə    topu  

xəttindən    dalda    dayanırlar.  Kapitanın  5    metrlik    cərimə    topunu  

havada  tutmasına  görə  komandaya bir xal verilir, bundan sonra oyun 

meydançanın  mərkəzindən  başlanır.    Əgər    kapitanın    topu    tuta  

bilməsə    oyun    davam    edir.  Elə  ki,  komandalardan  birinin  kapitanı 

topu  havada  tutdu  oyunçular    (kapitan,    toptutanlar,  hücumçular) 

rollarını dəyişirlər. 

       VI  sinfi  bitirən  şagirdlərin  qarşısında  qoyulan  əsas  tələblər: 

şagirdlər  VI  sinifdə  öyrəndikləri  oyunları  qaydalarını  bilməli  və  ona 

əməl etməlidirlər: oyunlarda xarakterinə və quruluşuna görə bir-birinə 

yaxın,  tədris  dövründə  öyrənmiş  hərəki  fəaliyyətlərin  tətbiq  edilməsi 

məqsədəuyğundur,  oyunun  məqsəd  və  vəzifələrinə  müvafiq  olaraq 

lazım  gəldikdə  fəal  surətdə  fiziki  keyfiyyətlər  nümayiş  etdirmək. 




 

152 


Komanda  da,  qrupda    əlbir    fəaliyyət    göstərməli,    yaradıcı    hərəkət   

fəaliyyəti  və  təşkilatçılıq  qabiliyyəti  göstərilməlidir.  Oyunda  kobud 

texniki  və  taktiki  səhvlərə  yol  verməməli,  mütəhərrik  oyunların 

hakimlik təcrübəsi ilə tanış olmalı, dərsdən sonrakı azad vaxtlarda bəzi 

mütəhərrik oyunları təşkil etmə anlayışına malik olmaq lazımdır. 

 

 



 

VII sinif 

 

Ümuminkişaf hərəkətlərinin elementlərilə  

oyunlar 

 

Sıralarda  dartınma.  İki  komanda  üz-üzə  cərgəyə  düzülürlər. 

Cərgələr  arasından  xətt  çəkilir.  Siqnal  verilən  kimi  qabaq-qabağa 

dayanıb əl-ələ tutan oyunçular bir-birini dartıb xəttdən çıxartmağa cəhd 

edirlər.  Müəllim  hər  cərgədən  dartınıb  çıxarılmış  oyunçuları  sayır. 

Oyunçuları daha çox rəqib dartıb xətdən çıxartmış komanda qalib gəlir. 



İtələyib dairədən çıxartma. Meydançada hərəsinin diametri 3m 

olan  5-6  dairə  çəkilir.  Kapitanlar  hər  dairəyə  bir  oyunçu  göndərirlər. 

Dairədə  olan  hər  iki  oyunçuya  bir  gimnastika  çubuğu  verilir.  Hər  iki 

oyunçu  çubuqdan  möhkəm  yapışaraq  onun  uclarını  sağ  dirsəkləri  ilə 

bədənlərinə  sıxırlar.  Hər  dairənin  yanında  hakim  dayanır.  Siqnal 

verilən  kimi  oyunçular  çubuqla  basıb  bir-birini  dairədən  çıxartmağa 

cəhd  edirlər.  İtələnib  dairədən  çıxarılmış  oyunçuya  yenidən  dairəyə 

qayıtmaq imkanı verilir. Bundan sonra oyun müəllimin siqnalına qədər 

davam edir. İtələnib dairədən çıxarılmış hər oyunçuya görə qalib gələn 

oyunçuya bir xal verilir, çox xal toplamış komanda qalib gəlir. 

 

 

 



 

Sürətli qaçışla oyunlar 

 

Böyük  dairəvi  estafet.  Tərəflərinin  uzunu  10-15m  olan 

dördbucağın  hər  gücünə  bir  bayraqcıq,  ortaya  isə  bir  böyük  bayraq 

qoyulur.  Sinif  dörd  komandaya  bölünür.  Hər  komanda  sıra  nömrəsini 

sayaraq özünün start xəttinin yaxınlığında sərbəst dayanırlar. 




 

153 


Birinci  nömrələr  əllərində  estafet  çlingi  tutaraq  start  xəttində 

dayanırlar.  Müəllimin  siqnalı  ilə  onlar  qaçıb  bayraqların  başından 

hərlənərək  öz  finiş  xəttinə  çatdıqda  estafet  çilingini  birinci  nömrələr 

qaçan kimi dərhal start xəttinə çıxan ikinci nömrələrə ötürürlər və i.a. 

Komandanın  axırıncı  oyunçusu  qaçış  yolu  ilə  dövrə  vuraraq  öz 

komandasının bayrağının başına dolanmalı, mərkəzdəki bayrağa çatan 

kimi  estafet  çilingi  ilə  üç  dəfə  bayrağın  ağacını  taqqıldatmalıdır. 

Axırıncı  oyunçuların  mərkəzdəki  bayrağa  çatmalarından  asılı  olaraq 

komandalar müvafiq (1, 2, 3 və 4-cü) yerləri tuturlar. 

Qaydalar.  I.  Estafeta  sağ  əldən  onu  qəbul  edənin  sol  əlinə 

ötürülür.  2.  Növbəti  oyunçu  yalnız  estafeti  aldıqda  qabağa  qaçır.  3. 

Bayraqların başına dolanmadan qaçıb yolu ixtisar etmək olmaz.  

Dairəvi  kross.  Oynayanlar  dörd  bərabər  komandaya  bölünürlər 

və onlara çıra nömrəsinə görə 1-dən 4-ə kimi ad verilir. Hamı mərkəz 

dairədən  (diametri  3m)  aralı,  müvafiq  şəkildə  uyğun  düzülürlər. 

Oynayanların  ayaqlarının  (pəncəsinin)  qarşısında  xətt  çəkilir.  Hər 

komandadan yana tərəf, 10m məsafədə bir kiçik bayraq sancılır. 

Siqnal  verilən  kimi  birinci  və  üçüncü  komandalar  yoldaşlarını 

itələmədən  qaçıb  iki  bayraqcığın  başına  dolanıb  öz  cərgələrinə 

qayıdırlar  və  yerində  addımlamaqla  düzlənirlər.  Öz  rəqiblərindən  tez 

cərgə xəttinə qayıdıb addımlamaqla düzlənə bilən komanda üç xal alır, 

uduzan komandaya bir xal verilir, heç-heçə olduqda hər komandaya iki 

xal verilir. Xallar təsis edildikdən sonra oyunun rəhbəri qaçıb gələnlərə 

«Durr! Azad!» komandası verir. 

Eyni qayda ilə ikinci və dördüncü komandalar birinci və üçüncü 

komandalara 

məxsus  bayraqcıqların  başına  dolanmadan  (öz 

bayraqlarının başına dolanırlar) qaçıb qayıdırlar. 

Sonra  komandalar  (birinci  komandadan  başqa,  çünki  o  öz 

xəttindən  keçmir)  yerlərini  dəyişirlər  (saat  əqrəbinin  hərəkətinin 

əksinə).  Bu  dəfə  üçüncü  komanda  dördüncü  ilə,  birinci  komanda  isə 

ikinci  ilə  qaçırlar.  İkinci  dəfə  yerləri  dəyişdikdən  sonra  (göstərilən 

qaydada) birinci qaydada dördüncü ilə, üçüncü isə ikinci komanda ilə 

qaçırlar. Çox xal qazanmış komanda qalib gəlir. 

 

 

Uzununa və hündürlüyə tullanmaqla 



 oyunlar 

 



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə