B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə47/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   43   44   45   46   47   48   49   50   ...   131

 

139 


 

Marşla qaçdı-tutdu 

 

  Meydançanın  qarşı  tərəfində,  xəttin  arxasında  iki  komanda 

cərgəyə  düzülür.  Komandanın  biri  cərgə  ilə  (sıravi  addımla)  o  biri 

komandaya tərəf gedir. Marşla gedənlər rəqib komandanın xəttinə 3-5 

m  qalanda  müəllim  qəflətən  siqnal  verir,  bu  zaman  hücum  edənlər 

qayıdıb, öz xəttinin arxasına qaçırlar, o biri komandanın oyunçuları isə 

qovub  əllərini  onlara  toxundururlar.  Müəllim  toxunulmuş  oyunçuları 

sayır.  Sonra  qovan  komanda  marşla  addımlayır,  əvvəlcə  hücum  edən 

komanda  onları  qovur.  Oyunu  4-8  dəfə  təkrar  etmək  olar.  Digər 

komandanın daha çox oyunçusunu tutmuş komanda qalib gəlir. 



Qaydalar:  1.  Toxunulmuş  oyunçular  toxunulduqları  yerdə 

dayanırlar. 2. Qaçanlara xəttin arxasında toxunmaq olmaz. 

                                

 

Bayraqlar uğrunda qaçış 

 

 

Oynayanlar bərabər sayda iki komandaya bölünürlər. Onların hər 

biri oyun meydançasının əks tərəflərində onun sərhədindən 1-2 m aralı 

çəkilmiş  xəttin  arxasında  dayanırlar.  Meydançanın  ortasında  həmin 

xətlərə paralel çəkilmiş eni 2-3  m ibarət zolaq əmələ gətirən daha iki 

xətt çəkilir. Həmin zolaqda şahmat qaydası ilə bayraqlar düzülür. 

 Hər komanda özünə kapitan seçir. Müəllimin siqnalı üzrə hər iki 

komandanın oyunçuları köndələn zolağa tərəf qaçaraq daha çox bayraq 

yığmağa  çalışırlar.  Sonra  hər  iki  komandanın  oyunçuları  yığdıqları 

bayraqlarla  birlikdə  geriyə,  öz  xətlərinə  qayıdıb  cərgəyə  düzülürlər. 

Kapitanlar  öz  oyunçularının  gətirdikləri  bayraqları  yığıb  sayırlar.  Hər 

bayrağa görə bir xal verilir. Daha çox bayraq gətirmiş komanda qalib 

gəlir. 

Qaydalar:  1.  Hər  oyunçu  istədiyi  qədər  bayraq  yığa  bilər.  2. 



Oyunda  yoldaşın  yerdən  çatdırdığı  bayrağı  onun  əlindən  almaq 

qadağandır.  Qaydaların  hər  dəfə  pozulmasına  görə  onu  pozan 

oyunçunun  komandasından  bir  xal  çıxılır.  3.  Bayraqlar  sayıldıqdan 

sonra  onları  orta  zolağa,  əvvəlki  yerinə  düzürlər.  4.  Komandaların 

kapitanları bütün oyunçularla bərabər hüquqda oynayırlar. 5. Bayraqlar 

olan mərkəz zolağa qaçmaq olmaz. 




 

140 


 

Qeyd:  Oyunçuların  arxasında  dayandığı  xətt  ilə  mərkəz  zolaq 

arasındakı  məsafə  30-40  metrə  qədər  ola  bilər.  30-40  m  məsafəyə 

qaçıb-qayıtmanı  3  dəfəyə  qədər  təkrar  etmək  olar.  Qaçıb-qayıtma 

məsafəsi  qısa  olan  meydançada  və  zalda  oyun  keçirərkən  qaçıb-

qayıtmanın  sayının  artırmaq  olar.  Hər  dəfə  qaçıb-qayıtdıqdan  sonra 

sıraya  düzülməyə,  bayraqların  sayılmasına  və  yenidən  öz  yerinə 

qoyulmasına  sərf  olunan  vaxt  eyni  zamanda  oyunçuların  istirahətinə 

zəmin  yaradır.  Qaçmaq  üçün  müxtəlif  çıxış  vəziyyətləri  (dizüstə 

dayanmadan,  uzanma  vəziyyətindən,  ayaqüstə  durmadan,  arxası 

mərkəz zolağa tərəf dayanmadan start və s.) müəyyən etmək olar. 



 

 

Qarşılıqlı estafet 

 

Şagirdlər  2-3-4-  komandaya  düzülürlər.  Sıranın  qarşısında 

dayanmış oyunçuların ayağının qabağından xətt çəkilir. Komandaların 

birinci  qaçan oyunçularının  hərəsinə  estafet  ağacı  verilir.  Estafet  30  x 

25  sm  lüləşəkilli,  hamarlanmış  və  ucları  yumrulaşdırılmış  ağacdır. 

Estafeti sağ əllə onun aşağı ucundan tuturlar (boş tərəfi yuxarı tutulur) , 

estafeti  qəbul  edənlər (əks  tərəfdəki  sırada  birinci  duranlar)  dirsəkdən 

azacıq bükülü, sağ qolunu (əlini) qaldırıb, bir qədər onu yana aparırlar. 

«Marş» komandası verilən kimi əlində estafet olan oyunçular qaçmağa 

başlayırlar. Qaçanlar qarşı tərəfdə dayanmış öz komandalarının başda 

dayananlarına  qaçıb  çatana  kimi  estafeti  onlara  ötürürlər  və  keçib 

arxada  dayanırlar.  Estafeti  qəbul  edənlər  öz  növbələrində  hərəsi  öz 

komandasının  o  tərəfdəki yarısına  tərəf  qaçıb  estafeti  ötürürlər,  sonra 

keçib arxada dayanırlar və i.a. Qaçışı tez qurtaran komanda qalib gəlir. 



   Qaydalar:  1.  Estafeti  qəbul  edən  ancaq  estafet  ona  verilən  

zaman   start   xəttini  keçir  (qaçmağa  başlayır).     2. Estafet sağ əldən 

solə  lə  ötürülür  (əks  tərəfdəki  sıraya  qarşı  sol  tərəfdən,  yəni  qəbul 

edənin  sağ  tərəfindən  qaçmaq  lazımdır).  3.  Estafeti    ötürərkən,    qolu  

dirsəkdən  bir  az  büküb yana aparmaq lazımdır, əks təqdirdə əzilmək 

olar,  yaxud  estafet  əldən  düşər.  4.  Növbəti  oyunçular  qaçarkən 

daldakılar onların yerini tuturlar, bütün komanda isə qaçışın başlanma 

yerinə doğru bir addım yaxınlaşırlar. 

 

 



 

141 


Hündürlüyə tullanmaqla oyunlar 

 

Addımlayıb – hoppanmaqla qarmaqatdı 

 

Oynayanlar  hərəsi  6-8  nəfər  olmaqla  qruplara  bölünürlər.  Hər 

qrupun  aparıcısı  ucunda  kisəcik  olan  ipi  elə  fırlayır  ki,  kisəcik  yerlə 

sürünür.  Qalan  oyunçular  isə  kisəciyin  sürüşdüyü  dairədən  iki  addım 

aralı  dayanırlar.  Kisəcik  yaxınlaşanda  oyunçu  qabağa  bir  addım  atır, 

ikinci addımdan yerdən təkan verərək addımlamaqla ipə bağlı kisəciyin 

üstündən tullanır, sonra dərhal geriyə, əvvəlki yerinə çəkilir. Kisəciyə 

toxunmuş oyunçu aparıcı olur. Hər oyunçu 6-8 dəfə hoppanana qədər 

ipi fırladır. Oyunçusu az aparıcı olan qrup qalib gəlir. 

Qaydalar: 1. İp kimə yaxınlaşırsa, o, mütləq tullanmalıdır. 2. Hər 

yeni aparıcı ipi başqa tərəfə fırlatmalıdır.  



 

 

 

İp ayaqların altında 

 

Oynayanlar 3 və ya 4 tək sıraya düzülürlər. Sıralarındakı məsafə 

azı 2 m olmalıdır. Sırada birinci dayanandan başqa bütün oyunçular öz 

ətraflarına  kiçik  dairə  çəkirlər.  Başda  dayanan  oyunçulara  qısa  iplər 

verilir.  

Siqnal  verilən  kimi  birinci  oyunçular  ipin  bir  ucunu  arxada 

dayanmış  ikinci  oyunçulara  verirlər  və  hər  ikisi  onu  bütün  sıranın 

ayaqları  altından  keçirirlər  (İp  demək  olar  ki,  yerə  toxunur),  sırada 

dayananlar  ipin  üstündən  tullanırlar.  Elə  ki,  sıranı  təşkil  edən  bütün 

oyunçular  tullandılar:  birinci  oyunçu  sıranın  axırında  qalır,  ikinci  isə 

qabağa  qaçır  və  ipin  ucunu  üçüncü  oyunçuya  verir  və  ip  yenə  də 

sıradakıların  ayağının  altından  keçirilir.  İndi  arxada  ikinci  oyunçu 

qalır, üçüncü qabağa qaçıb ipin bir ucunu dördüncüyə verir və i.a. 

Bütün  oyunçular  iplə  qaçıb  onu  sıranın  altından  keçirənə  qədər 

oyun davam edir. Elə ki, birinci oyunçu təzədən sıranın qabağında oldu 

və  ip  ona  ötürüldü  sıra  oyunu  qurtarır.  Oyunçuları  ipə  az  toxunan 

komanda qalib gəlir. 

Qaydalar: 1. İpin üstündən tullandıqdan sonra hər bir oyunçu bir 

dairə  irəli  keçir.  2.  İpi  sıradan  dayananların  ayağı  altından  keçirənlər 

mümkün  ola  bilən  hər  cür  əzilmələrin  və  yıxılmaların  qarşısını 



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə