B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə43/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   39   40   41   42   43   44   45   46   ...   131

 

127 


komanda  üçün  eyni  olmaqla  4  dəfə  aparılır.  Axırda  daha  çox  oyunçu 

tutulmuş komanda qalib gəlir.  



Metodik  göstərişlər:  1.  Oyun  keçirilən  meydançada  qaçış 

istiqamətində  təhlükə  törədə  biləcək  alətlər,  cisimlər  olmamalıdır.  2. 

Şagirdlərə  qaçanı  möhkəm  vurmağa,  qaçanı  itələməyə,  «şəhərcik» 

xəttinin  içərisində  onlara  toxunmağa  icazə  verilməməlidir.  Bu 

qaydaları  pozan  komandaya  cərimə  xalı  verilməli  və  axırda  nəzərə 

alınmalıdır. 

 

 

Daban balığı və durna balığı 



(Sürətlə qaçmaq üçün oyun) 

 

Oyuna  hazırlıq:  Meydançanın  (idman  zalının)  hər  iki  başında 

«daban  balıqları»  üçün  «evlər»  tikilir.  Bütün  oyunçular  –  «daban 

balıqları»  bu  evlərdən  birində  yerləşirlər.  Bir  nəfər  aparıcı  –  «durna 

balığı» meydançanın mərkəzində dayanır.      



Oyunun  gedişi:  Müəllim  1-2-3-  sayır  və  «daban  balıqları»  bir 

evdən çıxıb o biri evə tərəf qaçırlar. «Durna balığı» isə qaçan «daban 

balıqlarından»  mümkün  qədər  çox  tutmağa  (toxunmağa)  çalışır. 

Tutulmuş  oyunçular  müəyyən  edilmiş  yerə  aparılır.  Oyun  yenidən 

başlanır.  Tutulmuşların  sayı  8-10  nəfər  olur  və  bu  zaman  onlar 

meydançanın  ortasında  gəlib  əl-ələ  tuturlar,  üzü  «daban  balıqlarına» 

tərəf dayanıb «tor» əmələ gətirməyə başlayırlar. İndi «daban balıqları» 

başqa  evə  qaçmaq  üçün  gərək  tordan  da  keçsinlər  (Əllərin  altından 

əyilib  keçməklə).  Tutulmuş  oyunçular  «tor»  düzəldənlərə  qoşulurlar. 

Tutulmuşların  sayı  çoxaldıqda  onlar  əl-ələ  tutub  «dairəvi  tor»  təşkil 

edirlər.  Tutulanların  sayı  daha  da  artarsa,  o  zaman  iki  «dairəvi  tor» 

(yaxud bir tor, iki tor, bir dairəvi tor və s. düzəldilir). Bu cür hallarda 

başqa  evə  tərəf  qaçan  «daban  balıqları»  dairənin  içərisinə  və  oradan 

xaricə  keçməklə  qaçmalıdırlar.  Oyun  tutulmamış  3-4  oyunçu  qalana 

qədər  davam  edir.Axıra  qədər  tutulmamış  oyunçular oyunun  qalibləri 

sayılırlar. 



 

 

 

 

 


 

128 


Uzağa atmaqla vaxt qazanmaq 

 

Oyuna  hazırlıq:  Sinif  şagirdləri  A  və  B  komandalarına  ayrılır 

(Sarılar  və  qırmızılar).  Hər  komandanın  atanları  və  qaçanları  olur. 

Meydançanın bir başında atma xətti çəkilir. Bundan iki addım qabaqda 

isə  start  xətti  nişanlanır.  Hər  komandadan  olan  «qaçanlar»  start 

xəttində  dayanırlar.  Qaçanların  arxasında  isə  rəqib  komandasının 

«atanları»  dayanırlar.  Atanların  hərəsinə  içərisi  qumla  doldurulmuş 

kisəciklər  verilir.  Kisənin  rəngi  rəqib  komandaya  məxsus  rəngdə 

(sarılara qırmızı, qırmızılara sarı kisə verilir) olur.  



Oyunun gedişi: Müəllimin işarəsi ilə bütün «atıcılar» əllərindəki 

kisəni «qaçanların» başları üzərindən gücləri çatan qədər uzağa atırlar 

(Hamı eyni vaxtda). «Qaçanlar» isə dərhal öz komandalarının rəngində 

olan kisələrdən birini götürüb cəld start xəttinə qayıdırlar. «Qaçanlar» 

start xəttinə daha tez qayıtmış komandaya bir qələbə xalı verilir. Sonra 

oyunçular  yerlərini  dəyişirlər  (və  vəzifələrini):  Atanlar  indi  «qaçan», 

qaçanlar  isə  «atan»  olurlar.  Beləliklə,  oyun  8  dəfə  təkrar  edilir.  Daha 

çox xal toplayan qalib gəlir. 



Metodik  göstərişlər:  1.  Oyuna  nəzarət  etmək  üçün  müəllim 

özünə  düzgün  yer  seçməlidir  ki,  start  xəttinə  hansı  komandanın  daha 

tez  gəldiyini  düzgün  müəyyənləşdirə  bilsin.  2.  Bu  iş  üçün  müəllim 

özünə  köməkçi-şagirdlər  də  ayıra  bilər.  3.  Lazım  olan  kisəciklər 

uşaqlar vasitəsilə əvvəlcədən hazırlanmalıdır. 

 

 



Mütəhərrik hədəf 

(Hədəfə cisim atmaq üçün oyun) 

 

  Oyuna  hazırlıq:  Şagirdlər  bir-birindən  2-3  m  aralı  olmaqla 

böyük  dairə  boyunca  düzlənirlər.  Oyunçuların  pəncələri  qabağında 

dairənin  xətti  çəkilir.  Dairənin  içərisində  bir  nəfər  aparıcı  dayanır. 

Oyunçulara voleybol topu verilir.  



Oyunun  gedişi:  Müəllimin  işarəsi  ilə  dairə  boyunca  düzlənmiş 

oyunçular  əllərindəki  topla  aparıcını  vurmağa  çalışırlar.  Aparıcı  isə  

dairənin içərisində o tərəf-bu tərəfə qaçmaqla özünü topdan yayındırır. 

Aparıcını topla vura bilən oyunçu dairəyə girib onu əvəz edir. Müəllim 

kimin  neçə  dəfə  aparıcı  olmasını  hesaba  alır.  Axırda  kim  daha  çox 

aparıcı rolunda oynamış olarsa, o da qalib sayılır. 




 

129 


Müəllimin  topları  dəstə  başçılarına  ötürüb  «başla»  komandası 

verir.  Hər  dəstənin  oyunçusu  topu  atıb  tuta-tuta  müəllimin  yanına 

yüyürür, qaçarkən topu yerə salmayan oyunçu I xal qazanır. Sonra hər 

oyunçu öz dəstəsinə qayıdıb topu növbədə duran yoldaşına ötürür, özü 

isə keçib sıranın sonunda durur.  

Metodik  göstərişlər:  Topu  hündürə  atıb-tutmaq  lazımdır.Topu 

müəllimə  atmaq  yox,  vermək  lazımdır.  Topu  itirən  oyunçu  sıradan 

çıxarılır. Qaçarkən bir-birini itələmək olmaz.  

 

Dırmanmaq 



 

Yer  və  avadanlıq:  Bu  oyun  idman  salonunda  və  ya  bağda 

oynanılır. Dırmanmaq üçün bir gimnastika dirəyi və ya kəndir (kanat) 

bir alma və ya kök lazımdır.  

Oyuna  hazırlıq:  Oyunda  iştirak  edənlərin  hamısı  dirəyin  və  ya 

kəndirin ətrafında diametri 2-3 m olan bir dairə təşkil edirlər. Dirək və 

ya  kəndir  3-4  m  hündürdən  asılır,  ondan  bir  metr  kənarda  isə  bir 

qarmaq asıb, ona alma və ya kök bağlayırlar. Fikir vermək lazımdır ki, 

alma və ya kök daim hərəkətdə olsun. 

Oyunun  təsviri:  Oyunçular  müəllimin  göstərişi  ilə  bir-bir  gəlib 

dizlərini  və  qarınlarını  toxundurmadan  kəndirə  və  ya  gimnastika 

dirəyinə dırmanmağa başlayırlar. Dırmanmanın axırında oyunçu əlinin 

köməyi olmadan 25 saniyə ərzində çalışır ki, yırğalanan almanı və ya 

kökü ağzı ilə tutsun.Oyunçu dırmanarkən dizi və ya qarnı ilə kəndirə 

və ya qarnı ilə kəndirə və ya dirəyə toxunmuş olarsa, habelə almanı və 

ya  kökü  tuta  bilməzsə,  aşağı  enməli,  meydançanın  ortasında  durub 

yoldaşlarının istədiyinə əməl etməlidir (oxumalı, oynamalı və s.). Oyun 

20-30 dəqiqə davam edir.  

Metodik  göstərişlər:  1.  Əgər  şagirdlərin  sayı  çox  olarsa,  oyunu 

iki  dairə  üzrə  keçirmək  olar.  2.  Oyun  üçün  müxtəlif  cür  toplardan 

istifadə etmək olar. 

 

 



Ovçular və ördəklər 

(Hədəfə cisim atmaq üçün oyun) 

 

Oyuna hazırlıq: Meydançada diametri 8-12 m. olan dairə çəkilir. 

Şagirdlər  «ovçular»  və  «ördəklər»  komanrdalarına  ayrılırlar. 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə