B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə42/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   38   39   40   41   42   43   44   45   ...   131

 

124 


Oyunçular  iki  dəstəyə  bölünüb,  meydançada  bir-birinə  qarşı 

sıraya düzülürlər. Dəstələrdən iki addım aralı bir-birinə paralel ağaclar 

basdırılır  və  onun  üstündən  şüvül  (planka)  qoyulur.  Tullanış  erindən 

10-15 m aralı qaçış xətti çəkilir. Püşk atılır. Dəstələr nömrələnir. Sonra 

hər dəstədən bir oyunçu qaçaraq ağacın üzərindən hoppanmağa çalışır. 

Əvvəl birinci, sonra isə ikinci dəstənin oyunçusu hoppanır. Oyunçular 

hamısı  ağacın  üstündən  hoppanmağa  çalışırlar.  Hoppana  bilməyən 

oyunçu  bir  xal  itirir.  Daha  çox  xal  toplayan  dəstə  qalib  gəlir. 

Hoppanarkən ağaca toxunmaq və qaçış xəttindən çıxmaq olmaz.  

 

 



Qurmadaş 

 

 

     Meydançanın  ortasında  böyük  bir  dairə  çəkilir.  Onun 

mərkəzində    toppuz    qoyulur.    Toppuzdan    20-25  m    aralı          mərə 

qurulur  –  xətt  çəkilir.  Oyunçular  iki  dəstəyə  bölünürlər  və  sıraya 

düzülürlər.  Püşk  atılır.  Birinci  dəstə  mərə  xəttində  sıraya  düzülür. 

Onlar növbə ilə top atır. Toppuzu vurub aşırmağa çalışırlar. Topu atan 

oyunçu keçib dəstənin sonunda dayanır. Toppuzu vurub – aşıran bir xal 

qazanır.  Çox  xal  toplayan  dəstə  qalib  hesab  olunur.  Oyunçu  topu 

atarkən  xətti  tapdalaya  bilməz.Toppuzu  vurub  aşıran  oyunçu  ikinci 

dəfə oyunu davam etdirə bilər. 

 

Düzgün atmaq 

 

Oyunçular iki dəstəyə ayrılır. Meydançada bir-birindən 15-20 m 

aralı  iki  xətt  çəkilir.  Hər  iki  dəstə  həmin  xətlər  boyu  qarşı-qarşıya 

düzülürlər.  Oyunçular  nömrələnirlər.Müəllim  1-2-3-4  və  s.  nömrələri 

çağırır.  Nömrəsi  çağırılan  oyunçular  topla  rəqiblərini  vurmağa 

çalışırlar. Rəqiblərindən biri topu tutsa bir xal qazanır. Beləliklə, hansı 

tərəf daha çox xal toplasa qalib gəlir. 

 

 

 

 

 

 



 

125 


 

 

 

 

 

 

 

 

 

 

 

 

III  S İ N İ F 

 

«Yoldaş komandir» 

 

(Ümumi inkişaf hərəkətləri üçün oyunlar

 

Oyuna  hazırlıq:  Oyunçular  bir  dəstəyə  düzülürlər.  Müəllim 

oyunun qaydaları ilə və əhəmiyyəti haqqında nəzəri məlumat verir. 



Oyunun  gedişi:  Müəllim  cərgənin  qarşısında  dayanıb  müxtəlif 

hərəkətlər  edir.  Oyunçular  o  hərəkətləri  edirlər  ki,  müəllim  həmin 

hərəkəti başlayarkən «Yoldaş komandir» sözü işlətmiş olsun. Əgər bu 

söz deyilməmişdirsə, icra olunmuş hərəkətləri şagirdlər etməməlidirlər. 

«Yoldaş  komandir»  sözü  demədən  kim  hərəkəti  icra  edirsə,  həmin 

oyunçular uduzmuş olurlar, cərgənin arxasına keçib, ikinci cərgə təşkil 

edirlər.  Oyun  müəyyən  vaxt  ərzində  (5-7  dəqiqə)  keçilir.  Birinci 

cərgədə axıra qalmış oyunçular qalib sayılırlar.  



Metodik  göstərişlər:  1.  Oyun  zamanı  qol-qıç  və  gövdə  əzələləri 

üçün müvafiq hərəkətlərin icrası nəticəsində şagirdlərin orqanizmi əsas 

işə  hazırlanmış  olsun.  2.  Bu  cür  oyunlar  dərsə  hazırlıq  hissəsində 

verilməlidir. Bu oyundan sonra hazırlıq hərəkətlərinin icrasına ehtiyac 

yoxdur. 

 

 



Topun dairə boyunca ötürülməsi 

 


 

126 


 Oyuna  hazırlıq:  Oyunçular  dairə  boyunca  düzülürlər.  Qolları 

yana qaldırıb qollararası seyrəltməklə bir addım geriyə atılırlar. Sonra 

bir-iki  saymaqla  iki  komandaya  ayrılırlar.  Hər  komandadan  bir  nəfər 

kapitan seçilir. Kapitanlar dairənin qarşı tərəflərində üz-üzə dayanırlar. 

Hər kapitana bir voleybol topu verilir.  

 Oyunun  gedişi:  Müəllim  komandası  ilə  kapitanlar  topu  sağ 

tərəfdə dayanmış yaxın komanda yoldaşlarına ötürürlər. Onlar da topu 

tutub  növbəti  yoldaşa  atırlar.  Bu  qayda  ilə  top  bir  də  kapitana  gəlib 

çıxını qədər dairə boyunca ötürürlər. Kapitan topu alan kimi onu yuxarı 

qaldırır.  Bunu  hansı  komanda  daha  tez  edirsə,  həmin  komandaya  bir 

xal verilir. Oyun yenidən başlayır. Oyun 2-3 dəfə təkrar edilir. Axırda 

hansı  komandanın  xalı  çox  olarsa,  həmin  komanda  udmuş  hesab 

olunur. 



Metodik göstərişlər: 1. Uşaqlara doldurulmuş toplar verilsə daha 

yaxşı olar. 2. Sinifdə uşaqların sayı çox olduqda  da iki dairə təşkil edib 

oyunu keçirmək olar. 

 

 



 

Gecə və gündüz 

 

(Sürətlə qaçmaq üçün oyun) 

 

Oyuna  hazırlıq:  Meydançanın  ortasında  bir  xətt  çəkilir  və  iki 

hissəyə  ayrılır.  Hər  hissənin  axırında  «şəhərcik»  cızılır.  Orta  xətdən 

«şəhərciyə»  qədər  15-30  m  məsafə  olmalıdır.  Oyunçular  iki 

komandaya  ayrılırlar.  Komanda  orta  xəttin  hər  iki  tərəfində  bir 

addımlıq  məsafədə  durub,  arxalarını  orta  xəttə  tərəf  çevirirlər. 

«Şəhərciklər»  hər  komandanın  qabaq  tərəfində  olur.  Püşk  üzrə 

komandalardan biri «Gündüz», o biri isə «Gecə» olur.  

Oyunun 

gedişi:  Müəllim  orta  xəttin  yanında  durub 

gözlənilmədən  komandalardan  birinin  adını  deyir.  Adı  çəkilən 

komandanın  oyunçuları  öz  «şəhərciklərinə»  tərəf  qaçır  və  tez  onun 

içərisinə  doluşmağa  çalışırlar.  Digər  komandanın  oyunçuları  isə  tez 

dönüb  qaçanları  qovur  və  onlara  toxunmağa  çalışırlar.  Tutulmuş 

oyunçular sayılır, qeydə alındıqdan sonra bütün oyunçular öz yerlərinə 

qayıdırlar,  oyun  yenidən  başlayır.  Oyun  çağırışların  miqdarı  hər 



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə