B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə45/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   41   42   43   44   45   46   47   48   ...   131

 

133 


3.  Bu  qaydaları  pozan  komandaya  cərimə  xalı  verilir.  4.  Bayrağı  kim 

yerə salarsa, özü onu qaldırıb oyunu davam etməlidir.  



 

 

Cərgələrdə top ötürmək 

(Ümumi inkişaf hərəkətləri üçün oyun) 

 

Oyuna  hazırlıq:    Oyunçular  iki  bərabər  komandalara  ayrılırlar. 

Komandalar  üz-üzə  cərgə  ilə  dayanırlar.  Hər  komandanın  birinci 

oyunçusuna bir top verilir.  

Oyunun  gedişi:  Müəllimin  «Diqqət»  və  «Başla»  komandası  ilə 

birinci  oyunçular  topu  yanında  dayanmış  yoldaşına,  o  isə  digər 

yoldaşına və i.a.  ötürürlər. Top cərgənin axırında dayanmış oyunçuya 

çatan kimi o, cərgənin əvvəlinə qaçır və topu əvvəlki qaydada yandakı 

yoldaşına  ötürür.  Topu  birinci  olaraq  ötürmüş  oyunçu  axırıncı 

oyunçuya çevrilib topla birlikdə yenidən cərgənin əvvəlinə keçir, əlini 

yuxarıya  qaldırana  qədər  oyun  davam  edir.  Bunu  birinci  edən 

komandaya bir qələbə xalı verilir. Sonra oyun yenidən başlanır. Axırda 

hansı komandanın qələbə xalı çox, cərimə xalı az olarsa, qalib gəlir. 

Metodik  göstərişlər:  1.  Oyunu  həm  örtülü  şəraitdə,  həm  də 

meydançada  aparmaq  olar.  2.  Top  əvəzinə  şagirdələr  doldurulmuş 

toplar  verilməsi  daha  səmərəlidir.  3.  Topu  ancaq  yaxında  dayanmış 

yoldaşa ötürmək olar. Topu bir neçə nəfəri arada qoyub ötürməyə icazə 

verilməməlidir. 4. Bu qaydanı pozan komandaya cərimə xalı verilir. 5. 

Topu  yerə  salmış  oyunçu  özü  onu  qaldırmalı  və  oyunu  davam 

etdirməlidir. 

 

 

Dırmanmaqla estafet 

 

Oyuna  hazırlıq:  Gimnastika  divarından  8-10  m  aralıda  bir  start 

xətti  çəkilir.  Start  xətti  ilə  gimnastika  tiri  qoyulur.  Gimnastika  divarı 

yanında  içəri  doldurulmuş  iki  kisə  qoyulur.  Gimnastika  divarında 

aşağıdan ikinci pilləyə iki lent asılır (bir-birindən aralı). Oyunçular iki 

komandaya  ayrılaraq  yan  tərəflərdə  cərgə  ilə  dayanırlar.    Hər 

komandadan bir nəfər oyunçu start xəttinə çıxır (Başdan növbə ilə).  



Oyunun  gedişi:  Müəllimin  göstərişi  ilə  start  xəttində  dayanan 

oyunçular  tirə  tərəf  qaçırlar.  Onun  üzərindən  aşırlar  və  kisələrə  çatıb 




 

134 


onları götürürlər, kisələri başlarına qoyub gimnastika divarının üçüncü 

pilləsinə  çıxırlar,  lentin  üzərindən  keçib  yenə  də  düşürlər.  Oyunçular 

geriyə  qayıdıb  kisələri  öz  yerinə,  sonra  tirin  üzərindən  yenə  də  aşıb 

start  xəttinə  qoyurlar.  Bunu  hansı  komandanın  oyunçusu  daha  tez 

edirsə,  həmin  komandaya  bir  qələbə  xalı  verilir.  Sonra  növbəti 

oyunçular  start  xəttinə  çıxırlar  və  beləliklə,  oyun  davam  edir.  Axırda 

daha  çox  xalı  olan  komanda  qalib  gəlir.  Oyunda  səhvə  yol  verən 

komandaya cərimə xalı verilir və bu xallar axırda nəzərə alınır. 

 

 

Milli xalq oyunları 



 

Mən çobanam 

 

Oyunçular  sıraya  düzülüb  bir-birinin  kəmərlərindən  tuturlar. 

Aparıcı  –  «çoban»,  oyunçulardan  biri  isə  «qurd»  olur.  «Qurd»  1-2 

addım irəlidə dayanıb, üzü dəstəyə tərəf çevirir: 

              Oyunçu «qurd» deyir: 

              - Mən «qurdam» - alaram 

              «Çoban» cavab verir: 

              - Mən «çobanam» - vermərəm. 

Bundan  sonra  qurd  çobanı  aldatmağa,  sıradakılardan  birinə 

toxunmağa  çalışır.  «Çoban»  və  bir-birinin  kəmərindən  tutmuş 

oyunçular özlərini müdafiə edirlər. 

 «Qurd»un əli dəymiş oyunçu sıradan çıxır. 

 «Qurd»un  toxunduğu  oyunçuların  sayı  «çobanın»  qoruduğu 

oyunçuların  sayından  çox  olarsa,  «qurd»  -  «çoban»  və  oyunçulardan 

biri «qurd» olur. Oyunçuya ayaqla toxunmaq olmaz. «Çoban» «qurd»a 

toxunduqda oyun dayandırılır. Yeni «çoban» və yeni «qurd» seçilir. 

 

 

Dəsmalaldı qaç 



 

Uşaqlar  dairəvi  şəkildə  yerə  oturub,  ortada  dayanan  başçıya 

baxırlar. Bir uşaq dairə boyunca qaçır, dəsmalını oyunçulardan birinin 

arxasında yerə qoyur. Başçı uşaqlardan soruşur: 

 - Dəsmal kimin arxasındadır? 



 

135 


Uşaq dəsmalın arxasında olduğunu bilməsə, onu ortaya salır, bir-

birinin  üstünə  itələyirlər.  Döyülən  uşaq  başqa  birisinin  üstünə  yıxıla 

bilsə özünü azad eləyir, üstünə yıxıldığı oyunçunu onun yerinə ortaya 

çəkir,  onu  bir-birlərinin  üstünə  itələyirlər.  Özünü  möhkəm  müdafiə 

edib, ortaya çıxmayan uşaq qalib gəlir. 

 

Şaxta və günəş 

 

Bu  oyun  əsasən  qızlar  üçündür.  Qızlar  iki  dəstəyə  ayrılırlar: 

Meydançanın  əks  tərəflərində  cərgə  ilə  üz-üzə  düzülürlər.  Dəstəbaşçı 

seçilir. Əllərində qırmızı yaylıq tutmuş dəstə «Günəş», ağ yaylıq tutan 

dəstə isə «Şaxta» adlanır. 

Müəllim dəstə başçılarını meydanın ortasına çağırır. Ağ yaylıqlı 

dəstənin başçısı o birinə deyir: 

              «Şaxtayam, yüküm ağır, 

              Nəfəsimdən qar yağır. 

              Mən gələndə dəryalar

              Qorxudan buz bağlayır». 

              Qırmızı dəstənin başçısı cavab verir: 

              «Şaxta baba, nahaq sən 

              Qüvvətliyəm deyirsən. 

              Mən buluddan çıxanda 

              Mum kimi əriyirsən». 

Müəllimin  işarəsi  ilə  dəstə  başçıları  yaylıqları  oyunçulardan 

yığırlar.  Dəstəni  sıraya  düzüb  cəld  müəllimin  yanına  yüyürür  və 

yaylıqları ona verirlər. Oyunu tez qurtaran dəstə qalib hesab olunur. 

 

Artırma 

 

Uşaqlar  iki  dəstəyə  ayrılırlar.  Çöp  atırlar.  Çöp  hansı  dəstəyə 

düşsə, o dəstənin uşaqları düz xətt boyunca düzülüb aşağı əyilir. O biri 

uşaqlar bir-bir onların üstündən atılır, axıra çatan uşaq yerə əyilir. Bu 

minvalla  sıra  əvvəldən  artır,  axırdan  azalır.  Məsələn:  uşaqların  hər 

dəstəsində  10  uşaq  olarsa, onu  da  aşağı  əyilir.  İkinci dəstənin  üzvləri 

bir-bir  onların  üstündən  hoppanıb  özü  onların  sırasında  aşağı  əyilir. 

Hamı  atılıb  qurtarandan  sonra  aşağıya  əyilmiş  yeni  bir  dəstə  yaranır. 

Birinci  dəstənin  uşaqları  bir-bir  ayağa  qalxıb  aşağı  əyilən  uşaqların 

üstündən hoppanırlar. Bu minvalla oyun davam edir. 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə