B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə44/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   40   41   42   43   44   45   46   47   ...   131

 

130 


«Ovçular»  komandasının  oyunçuları  dairə  boyunca  düzlənirlər. 

«Ördəklər» komandası isə dairənin içərisində sərbəst gəzişir.  



Oyunun  gedişi:  Müəllimin  işarəsi  ilə  «ovçular»  topu  bir-

birlərinə  atıb-tuturlar  və  orada  fürsət  düşdükdə  topla  «ördəklərdən» 

vurmağa çalışır. Vurulmuş «ördəklər» oyundan çıxarılırlar. «Ovçular» 

bütün  «ördəkləri»  vurub  qurtardıqdan  sonra  komandalar  adlarını  və 

yerlərini  dəyişməklə  oyunu  davam  etdirirlər.  Oyunun  qalibi  vaxtla 

müəyyən  edilir.  Hansı  komanda  «ördəkləri»  daha  az  vaxt  ərzində 

vurub dairədən çıxarsa, həmin komanda qalib gəlir.  

Metodik  göstərişlər:  1.  Dərsin  sıxlığına,  oyunun  maraqlılığına 

nail olmaq üçün oyunu iki dairə üzrə keçirmək mümkündür. 2. Vaxtın 

hesaba  alınmasında  yaxşı  olar  ki,  saniyə  ölçəndən  istifadə  edilsin.  3. 

Oyundan 


vurulub-çıxarılan 

oyunçulara 

müəyyən 

tapşırıqlar 

verilməlidir ki, onlar boş dayanmasınlar. 

 

 

 

 

Topu vur 

 

(Hədəfə cisim atmaq üçün oyun) 

 

Oyuna  hazırlıq:  Oyunçular  iki  komandaya  ayrılır  və  üz-üzə 

olmaqla  iki  cərgəyə  düzlənirlər.  Cərgələrin  arasında  8-10  m  məsafə 

olur. Meydançanın (zalın) ortasında 1 metr eni olan koridor nişanlanır 

və  buraya  4  voleybol  topu  qoyulur.  Komandalardan  birinin  hər 

oyunçusuna bir kiçik top verilir.  

Oyunun  gedişi:  Müəllimin  işarəsi  ilə  əllərində  kiçik  top  olan 

oyunçular  voleybol  topunu  vurub  koridorun  «rəqib»  komandaya 

məxsus  hissəsinə  çıxarmağa  çalışırlar.  «Rəqib»  komandaya    tərəf 

çıxarılmış  hər  top  üçün  komandaya  qələbə  xalı  verilir.  Sonra  atılmış 

topları digər komandanın oyunçuları yığırlar və bu dəfə onlar voleybol 

toplarını  vurmağa  başlayırlar.  Oyun  2-4  dəfə  keçirilir.  Axırda  hansı 

komandanın xalı çox olsa, o komanda qalib gəlir.  

Metodik göstərişlər: 1. Oyunda hər şagirdə bir kiçik top vermək 

üçün müəllim əvvəlcədən hazırlıq görməlidir. Bunun üçün uşaqlara bir 

neçə gün əvvəldən tapşırılır ki, keçədən kiçik toplar tikib hazırlasınlar. 



 

131 


2.  Oyun  üçün  lazım  olan  voleybol  topları  və  meydança  xətləri  də 

vaxtında hazırlanmalıdır. 



 

Alpinistlər 

(Dırmanmaq üçün oyun) 

 

Oyuna  hazırlıq:  Meydançanın  kənar  xətti  boyunca  müxtəlif 

maneələr  qoyulur.  Şagirdlər  3-4  komandaya  ayrılır  və  hər  komanda 

özünə bir kapitan seçir. 

Oyunun  gedişi:  Müəllimin  göstərişi  ilə  komandalar  (kapitan 

qabaqda olur) sıra ilə maneələr olan xətt boyunca hərəkət edirlər. Onlar 

bir  ucu  gimnastika  divarına  qoyulmuş  skamya  ilə  yuxarıya  qalxırlar, 

tirin üzərindən aşır, yaxud altından sürünüb keçir, daşların (yerdə təsvir 

edilmiş)  üzəri  ilə  addımlayırlar.  Onlar  «dağ  çayından»  keçir, 

gimnastika  skamyasını  (xəndəyin  üzərində  olan  körpünü  xatırladan) 

üzərindən  addımlayırlar  və  s.  Komandalar  növbə  ilə  hərəkət  edir, 

müəllim  nəticələri  qeydə  alır.Maneələrdən  düzgün  keçə  bilməyən 

komandalara  cərimə  xalı  verilir.  Axırda  öz  cərimə  xalı  olan  komanda 

qalib gəlir.  



Metodik  göstərişlər:  1.  Bu  oyunu  idman  meydançasında 

keçirmək  olar.  Meydançada  keçirildikdə  maneələrin  üzərindən 

keçmək,  dırmanmaq,  aşmaq  və  s.  kimi  maneələr  düzəldilə  bilər.  2. 

Oyunu  idarə  etmək  üçün  müəllim  köməkçi-şagiirdlər  də  ayırmalıdır 

(Hər  bir  oyunçunun  hərəkətinə  nəzarət  etmək,  cərimə  xallarını 

müəyyənləşdirmək və s. məsələlər üçün). 

 

 

İp üzərindən hündürlüyə tullanmaq və qaçaraq zolaq 



üzərindən uzunluğa tullanmaqla  

estafet 

 

(Hündürlüyə və uzunluğa tullanmaq üçün oyun) 

 

Oyuna  hazırlıq:  Oyunçular  2-4  bərabər  komandalara  ayrılır  və 

meydançanın  baş  tərəfindən  çəkilmiş  start  xəttinin  arxasında  sıra  ilə 

dayanırlar.  Start  xəttindən  6-10  m  qabaqda  başqa  xətt  çəkilir  və  bu 

xəttin üzərində hər komanda üçün iki nəfər 60-80 sm hündürlükdə ip 




 

132 


tuturlar.  İpdən  7-12  m  qabaqda  isə  hər  komanda  üçün  1,5  m  eni  olan 

bir sahə nişanlanır (Uzunluğa tullanmaq üçün).  



Oyunun  gedişi:  Müəllimin  «marş»  komandası  ilə  hər  sıradan 

birinci  oyunçular  ipə  qədər  qaçır,  ipin  üzərindən  tullanır,  uzunluğa 

tullanma  sahəsinə  (zolağına)  çatıb  təkanla  onun  üzərindən  tullanıb 

geriyə  qayıdırlar  və  növbədə  dayanmış  yoldaşlarının  əlinə  toxunub 

sıranın  arxasına  keçirlər.  Növbəti  oyunçular  da  oyunu  bu  cür  davam 

etdirirlər. Növbə yenidən gəlib birinci qaçanlara çatdıqda onlar əllərini 

(dəsmalı)  yuxarı  qaldırmaqla  qurtardıqlarını  bildirirlər.  Bunu  birinci 

etmiş komandaya qələbə xalı verilir və oyun yenidən başlanır. Axırda 

daha çox qələbə xalı olan komanda qalib gəlir.  

Metodik  göstərişlər:  1.  Uzunluğa  tullanmaq  üçün  sahə  (zolaq) 

qismən yumşaq olmalıdır. 2. İpin üzərindən tullanarkən ona toxunmuş 

uzunluq  sahəsini  tapdalamış  oyunçulara  görə  komandaya  cərimə  xalı 

verili rvə axırda nəzərə alınır. 



 

 

Qaçışla estafet 

(Qaçış üçün oyun) 

 

Oyuna  hazırlıq:  Oyunçular  2-4  komandalara  ayrılır  və 

meydançanın bir  başında çəkilmiş ümumi start xəttinin arxasında sıra 

ilə dayanırlar. Hər komanda özünə bir kapitan seçir. Kapitanlar sıranın 

əvvəlində dayanırlar. Meydançanın digər başında (20-40 m aralıda) hər 

komanda üçün bir dayaq qoyulur. Kapitanların əllərində bayraq və ya 

estafet ağacı olur.  



Oyunun  gedişi:  Müəllimin  «Diqqət»,  «Marş»  komandası  ilə 

kapitanlar    öz  dayaqlarına  doğru  qaçırlar  və  onun  ətrafında  dolanıb 

geriyə  qayıdırlar,  bayrağı  irəlidə  dayanmış  növbəti  yoldaşlarına 

ötürürlər.  Bayrağı  almış  oyunçular  həmiin  qayda  ilə  irəliyə  qaçırlar, 

bayrağı vermiş oyunçular isə keçib sıranın arxasında dururlar. Bayraq 

yenidən  kapitana  çatana  kimi  o  oyunun  qurtarmasını  bildirmək  üçün 

onu  yuxarıya  qaldırır.  Bunu  daha  tez  edən  komandaya  qələbə  xalı 

verilir.  Sonra  isə  oyun  yeniədən  davam  edir.  Axırda  qələbə  xalı  çox, 

cərimə xalı isə az olan komanda qalib gəlir. 

Metodik  göstərişlər: 1.  Oyunu  2-3  dəfə  təkrar  keçirmək  olar.  2. 

Oyun  başlanan  kimi  «Marş»  komandası  almadan  kapttanlara  qaçmaq 

və yoldaş gələnə qədər start xəttindən qabağa çıxmağa icazə verilmir. 



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə