B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə46/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   42   43   44   45   46   47   48   49   ...   131

 

136 


 

 

Tez tərpən 

 

Oyunçular  iki  dəstəyə  bölünürlər.  Dəstələr  sıraya  düzülür,  hər 

dəstənin  bir  oyunçusu  qaçış  xəttində  hazır  vəziyyətdə  durur.  Bir  düz 

xətt boyu diametri 20 sm olan 12-15 dairə çəkilir. 

Müəllimin  işarəsi  ilə  hər  iki  dəstənin  oyunçuları  bir  ayaq  üstə 

dairələrlə  hoppana-hoppana  əvvəlcə  bir  tərəfə  qaçır  və  sonra  həmin 

qayda  ilə  geri  qayıdıb  əlini  onu  gözləyən  oyunçunun  əlinə  vurub 

arxaya  keçir.  Növbədə  duran  oyunçu  isə  oyunu  davam  etdirir.  Oyunu 

birinci başa çatdıran dəstə qələbə qazanır. 

Ayaqları dəyişməyə icazə verilir. 

Oyunçunun əli dəyməmiş xətdən kənara çıxmağa  icazə verilmir. 

Oyunçular dairədən-dairəyə bir ayağı üstə atılmalıdırlar. 

 

 

 



 

 

 



Üzəngi 

 

Oyunçular  iki  bərabər  dəstəyə  bölünür  və  15-20  m  üz-üzə 

dururlar.  Hər  bir  oyunçu  özü  üçün  diametri  20-25  sm  olan  bir  dairə 

çəkir və  onun içərisində durur. 

Dairələr bir-birindən  50-80 sm aralı olmalıdır. 

 Hər dəstə özünə başçı seçir. Dəstəbaşıları oyuna başlamaq üçün 

püşk atırlar. 

Əvvəlcə  başçı  topla  qarşı  dəstənin  oyunçularından  birini 

vurmağa çalışır. Qarşı dəstənin oyunçuları isə topu tutmağa və onunla 

əks dəstənin oyunçularından birini vurmağa çalışırlar. 

Top  oyunçuya  dəydikdə  başçı  «Dayan»-  deyə  işarə  verir.  Sonra 

həmin  uşağı  oyundan  çıxarırlar.  Oyun  tərəflərdən  biri  təklənənə  kimi 

davam edir. Son oyunçunu da vuran dəstə qalib gəlir. 

Oyunçu ayağını dairədən kənara qoya bilməz. 

Topla vurulan oyunçu bir əlini yuxarıya qaldırmalıdır. 

 



 

137 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



IV  S İ N İ F 

 

(Ümuminkişaf hərəkətlərinin elementləri  ilə oyunlar) 

 

Çəkib xətdən çıxarma 

 

Oynayanlar  iki  komandaya  bölünüb  aradan  çəkilmiş  xətt 

boyunca  üz-üzə  dayanırlar.  Boy  və  çəkidə  təxminən  bərabər  çəkilmiş 

olan  oyunçular  qarşı-qarşıya  dururlar.  Hər  komandanın  arxasında  4-5 

m aralıda xalları hesablamaq üçün ayrılmış oyunçular dayanırlar. 

Oyun  siqnal  üzrə  başlayır.  Hər  komanda  çalışır  ki,  o  biri  

komandanın  daha  çox  oyunçusunu  dartıb  xətdən  çıxartsın.  Xətdən 

çıxarılmış  oyunçu  əlinin  içi  ilə  onu  çıxardan  komandanın  xalları 

hesablayan  oyunçusuna  toxunmalıdır,  məhz  bundan  sonra  o,  xətdən  o 

tərəfə  keçib  öz  komandasında  oynamaq  hüququ  qazanır.  Hər  çəkilib-

çıxarılmış oyunçu, onu çıxaran komandaya bir xal verir. Oyun ərzində 

daha çox xal toplamış komanda qalib gəlir.  



Qaydalar:  1.  İstənilən  oyunçunu  əlindən  tutub  dartmaq  olar.  2. 

Oyunçu  tək-tək,  iki-iki  və  eyni  zamanda  bir  neçə  oyunçunu  dartıb 

çıxartmağa  icazə  verilmir.  3.  Oyunçu  hər  iki  ayağı  ilə  xətti  keçdikdə 



 

138 


dartılıb çıxarılmış sayılır. 4. Paltardan tutub çəkməyə, qıçdan tutmağa 

icazə verilir. 

 

Xoruz döyüşü 

 

   Oyunçular  boy  sırasında  bir  cərgəyə  düzülürlər.  Cərgənin  

qarşısında    diametri  3-4  m  olan  üç  dairə  çəkilir.  Növbə  ilə  cərgədən 

(sağ  cinahdan  başlayaraq)  altı  oyunçu  çıxır.  Hər  dairəyə  iki  oyunçu 

daxil  olub  dayanır.  Müəllimin  «Hazırlaş»,  «Başla»  komandasından 

sonra hər iki nəfər öz dairəsində oyuna başlayır. «Xoruzların» hər biri, 

əlləri  belində,  bir  ayaq  üstündə  tullanıb-düşərək  çiyni  ilə  rəqibi 

dairədən  çıxartmağa,  yaxud  iki  ayağı  üzərində  dayanmağa  məcbur 

etməyə çalışır. Kim buna nail olursa, qalib gəlir. Oyunu bu və ya digər 

nəticə ilə başa vuran hər Qoşa oyunçular cərgə ilə öz yerlərinə gedirlər. 

Bundan sonra növbəti oyunçular çağrılır və hamı oyunda iştirak edənə 

kimi  oyun  davam  edir.  Qaydalar:  1.  Üstündə  tullanılan  ayağı  hər  6 

tullanmadan  bir  dəyişmək  olar.  2.  Qəsdən  kobud  səhvlər  etmək 

qadağandır. 



 

 

Qaçışla  oyunlar 

 

Düz xətt üzrə qaçmaqla estafet 

 

Üç  komanda  cərgəyə  düzülüb  «P»  şəklində  dayanırlar.  İki 

komandanın  arasında  dayanan  komandanın  qarşısında  ümumi  start 

xətti çəkilir. Qabaqda 15-20 m o tərəfdə sıra ilə bir-birindən 1,5 m aralı 

üç  şəhərcik  çilingi  qoyulur.  Hər  komandanın  birinci  nömrələri  qaçışa 

başlama  xəttinin  arxasında  dayanırlar.  Müəllimin  «Marş»  komandası 

üzrə  onlar  irəli  qaçır  və  hər  komandanın  növbəti  oyunçusu  startda 

onların yerini tutur. Startdan çıxıb qaçanlar öz şəhərciklərinə çatıb sağ 

tərəfdən  onların  başına  dolanırlar,  geriyə  qayıdaraq  hər  biri  sağ  əlini 

(əlin  içini)  öz  komandasının  növbəti  oyunçusunun  sağ  əlinin  içinə 

vururlar  və  cərgələrdə  öz  yerlərini  tuturlar.  Növbəti  oyunçular  da  öz 

növbəsində irəli qaçıb birinci nömrələrin etdiklərini təkrar edirlər və s. 

Oyun 2-3 dəfə təkrar olunur. Qaçıb-qayıtmanı tez başa vuran komanda 

qalib gəlir. 

 



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə