B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə49/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   45   46   47   48   49   50   51   52   ...   131

 

145 


doldurulmuş  top  tutaraq  (qaçmırlar)  skamyaların  reykaların  üstü  ilə 

büdrəməməyə  çalışaraq  sürətlə  keçərək,  öz  çilinglərinin  yanından 

keçib tez geri qayıdırlar, topu öz komandalarının növbəti oyunçularına 

ötürürlər, özləri isə cərgədə yerlərini tuturlar. Reykanın üstü ilə yerimə 

zamanı  hər  bir  büdrəyib  yerə  düşməyə  görə  müvafiq  komandanın 

oyunçusuna bir cərimə xalı verilir. Estafeti başqalarından tez qurtaran 

və az cərimə xalı olan komanda qalib gəlir. 

 

 



Qaçış və tullanmalarla oyunlar 

 

Dairəvi  estafet.  Oynayanlar  sag  (sol)  böyürü  ilə  dairənin 

mərkəzinə  dolub,  bir  növ  yelpincsayağı  cərgəyə  səpələnməklə  1arım 

dairə şəklində dayanırlar. Hər bir cərgə ayrılıqda komandadır. Dairənin 

mərkəzindən  o  yana  olmaqla  axırıncı  dayananların  hərəsi  əlində  bir 

estafet  ağacı  tutur.  Müəllimin  siqnalı  ilə  həmin  oyunçular  qaçırlar, 

başqa tərəfdən öz komandalarına qayıdaraq estafeti növbəti oyunçunun 

sağ  əlinə  ötürürlər,  özləri  isə  cərgənin  o  biri  başında  dayanırlar. 

Estafeti  alanlar  eyni  qayda  ilə  qaçırlar.  Elə  ki,  estafet  axırıncı 

oyunçudan  birinciyə  ötürüldü  komanda  qaçıb-qayıtmanı  qurtarır. 

İstiqamətçi  oyunçu  estafeti  qəbul  edib  «Oldu!»  deyərək  onu  yuxarı 

qaldırır. Qaçıb-qayıtmanı başqalarından tez başa vuran komanda qalib 

gəlir.  

Qaydalar.  I.  Növbəti  oyunçu  estafeti  alıb  qaçana  kimi  onun 

bütün  cərgəsi  dairənin  ortasında  qaçana  yer  vermək  üçün  bir  addım 

kənara (geriyə) çəkilir. 2. Dairənin ətrafında dolanarkən komandalarda 

axırda dayananlara toxunmaq, yolu qısaldaraq qaçmaq olmaz. 



Maneələr  zolağında  estafet.  Oyun  xətt  üzrə  qaçmaqla  estafet 

oyununda  olduğu  kimi  keçirilir,  lakin  qaçanların  yoluna  köndələn, 

60sm hündürlükdə dirəklərdən ip çəkilir, ipdən o tərəfdə eni 2m 10sm 

olan  zolaq  işarə  edilir.  Oyunçular  növbə  ilə  ipin  və  zolağın  üstündən 

tullanırlar. 

 

 



Basketbola hazırlıq oyunları 

 

Atışma. Meydança köndələn vəziyyətdə xətlə iki bərabər hissəyə 

bölünür.  Meydançanın  hər  qısa  tərəfindən  2-2,5m  məsafədə  daha  bir 



 

146 


xətt çəkilir. Beləliklə, meydança dörd zolaqdan ibarət olur ki, bunların 

ikisi  enli  (şəhərlər)  və  ikisi  dar  (əsirlər  üçün  yer)  zolaqlardır. 

Oyunçularının  sayına  görə  iki  bərabər  komandanın  hər  biri  sərbəst 

halda öz «şəhərində» yerləşir. Oyunun rəhbəri meydançanın mərkəzinə 

çıxıb  voleybol  topunu  yuxarı  atır.  Oyunçular,  öz  şəhərlərindən 

çıxmadan topa malik olmağa çalışırlar və komandalar arasında atışma 

başlanır.  Hər  komandanın  oyunçuları  topu  rəqib  komandanın 

oyunçularına  atırlar  ki,  onları  vurub  şəhərdən  çıxartsınlar  və  «əsir» 

alsınlar.  Hər  bir  oyunçu  top  ona  toxunduqdan  sonra  əsirə  çevrilir, 

bundan sonra o, o biri komandanın şəhərinin arxasında yerləşən zolağa 

keçir. Əsir onu zolağına uçub gələn topu götürə bilər (yaxud tuta bilər) 

və  onu  özgə  komandanın  oyunçusuna  ata  bilər.  Əsirləri  azad  eləmək 

olar. Bundan ötrü topu hər hansı əsirə atmaq lazımdır ki, o, onu göydə 

tuta  bilsin.  Əgər  əsir  topu  tuta  bilsə  onda,  onu  əlində  tutub  maneəsiz 

olaraq  öz  şəhərinə  keçir.  Oradan  o,  topu  rəqibə,  yaxud  yoldaşının 

əsirlikdən qurtarmaq üçün ona ata bilər. Hər iki komanda topu əsirlərin 

tutmasına  mane  olur  və  çalışırlar  ki,  ya  topu  havada  tutsunlar,  ya  da 

onu  saxlasınlar.  Oynu  müəyyən  olunmuş  vaxt  ərzində  davam  edir. 

Bütün oyunçuları yaxud rəqib komandanın daha çox oyunçusunu əsir 

almış komanda qalib gəlir. 



Qaydalar.  I.  Əsirlər  üçün  çəkilmiş  xətdən  (zolaq)  o  tərəfə 

keçməyə  (əsirliyə  getməkdən  və  əsirlikdən  qayıtmaqdan  başqa), 

zolaqda  olan  topu  götürməyə,  topla  qaçmağa,  qəsdən  qüvvətlə  top 

vurmağa, topu iştirakçılara buddan yuxarı vurmağa, uçan topu əl-bilək 

nahiyyəsiylə  (əlini  içinin  bilək  hissəsi)  vurub-qaytarmağa  icazə 

verilmir.  2.  Qayda  pozularsa  o  biri  komanda  əsir  düşmüş 

oyunçularından hansını istəsə geriyə öz şəhərinə gətirə bilər (yaxud top 

dəymiş  oyunçusunu  əsir  verməyə  bilər).  3.  Əgər  oyunçu  ona  atılmış, 

yaxud  əsirə  atılmış  topu  tutarsa  o  top  rəqibə  dəymiş  sayılmır;  əgər 

oyunçu topu tutmağa cəhd göstərərkən onu əlindən buraxarsa top ona 

dəymiş sayılır və oyunçu əsirliyə gedir. 

 

 



 

 

 



Əl topuna hazırlıq oyunları 

 



 

147 


Topu  aparıcıya  vermə.  Oyunçulardan  biri  aparıcı  olur.  Oyun 

başlananda  o,  meydançanın  mərkəzində  olur.  Qalan  oyunçular 

meydançada  sərbəst  halda  olurlar  və  qaça-qaça  basketbol  topunu  bir-

birinə  atırlar.  Aparıcı  topu  ələ  keçirməyə  çalışır.  O  yerdə  ki,  o,  topu 

tutur, ordan da onu istədiyi oyunçuya atır. Elə ki, dəydi, həmin oyunçu 

aparıcı,  əvvəlki  aparıcı  isə  başqa  oyunçularla  bərabər  oyunda  iştirak 

edir. Aparıcı rolunda az olan oyunçular qalib gəlirlər.  

Qaydalar. I. Aparıcının atdığı top dəyən oyunçu əlini qaldırır və 

bərkdən «Mən aparıcıyam!» deyir. 2. Aparıcıya dəyib qayıdan (əlindən 

çıxan)  topu  hər  hansı  oyunçunun  yerdən  götürməyə  və  tutmağa  və 

oyunu davam etdirməyə ixtiyarı var. 



Top uğrunda mübarizə. Şagirdlər bərabər sayda iki komandaya 

bölünür və sərbəst olaraq oyun yerində yerləşirlər. Oyunçulardan birinə 

top  verilir.  Siqnal  verilən  kimi  oyunçular  çalışırlar  ki,  tez,  öz 

oyunçuları arasında 5-10 ötürmə icra etsinlər, buna görə komanda bir 

xal  qazanır.  Ötürmələrin  hesabını  müəllim  aparır.  Oyun  10  dəqiqə 

davam edir. Çox xal toplayan komanda qalib gəlir. 



Qeyd.  Oyunçular  qollarına  öz  komandalarının  rəngində  seçilmə 

sarğısı (parça) bağlamalıdırlar. 

V  sinfi  bitirən  şagirdlərin  qarşısında  qoyulan  əsas  tələblər: 

Şagirdlər  V  sinifdə  öyrəndikləri  oyunların  qaydalarını  bilməli  və  ona 

əməl  etməlidirlər,  hərəki  xarakterinə  və  quruluşuna  görə  bir-birinə 

yaxın  olan  oyunlarda  öyrənilmiş  hərəkət  fəaliyyəti  tətbiq  etmək 

məqsədəuyğundur,  oyunun  vəzifələrinə  müvafiq  olaraq  fəal,  həm  də 

lazım gəldikdə fiziki keyfiyyətlər təşəbbüsü göstərilməlidir, qruppada, 

komandada  oyunçularla  yekdil  və  qarşılıqlı  fəaliyyət  göstərmək 

lazımdır,  hərəkət  fəallığı  və  təşkilatçılıq  qabiliyyəti  göstərərək 

oynamaq,  oyunda  kobud  texniki  və  taktiki  səhvlərə  yol  verməmək. 

Komandalı  oyunlarda  taktiki  fəaliyyətin  rolu  və  oyunda  komandanın 

təşkili haqqında anlayışa malik olmalı. 

VI Sinif 

 

 

Ümuminkişaf hərəkətlərinin elementlərilə oyunlar 

 

 



Kvadratla mübarizə. Meydançada 3 kvadrat çəkilir: 3x3m, 2x2  

və    1x1m.  Birinci  kvadrata  dörd  oyunçu  çağırırlır.  Siqnal  üzrə  onlar 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə