B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə57/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   53   54   55   56   57   58   59   60   ...   131

 

169 


Bədii gimnastika üzrə o qədər avadanlıq və ləvazimata ehtiyac 

yoxdur.  İlk  məşğələlər  ümuminkişafetdirici  hərəkətlər,  sonra  isə 

lentlər, iplərlə bağlıdır. O 1 saat ərzində keçirilməli, hər qrupda 15 – 20 

şagird olmalıdır.  

İlk  məşğələlərdə  şagirdlərin  nəyə  qabil  olmalarını  aşkara 

çıxartmalı  və  növbəti  məşğələləri  həmin  göstəricilər  (fiziki  hazırlıq, 

sürət, qüvvə, cəldlik və s.) əsasında qurmalıdır. Çalışmaq lazımdır ki, 

fiziki  cəhətdən  eyni  hazırlıqlı  qızlar  eyni  qrupda  cəmləşdirilsin. 

Qızların  çevikliyini  «körpü»  hərəkətləri,  bu  və  ya  digər  maneələr 

üzərindən hoppanmalar yolu ilə aşkara çıxarmaq olar. 

Bədii 

gimnastika 



məşğələlərinin 

müntəzəm 

həyata 

keçirilməsində  valideynlərin  rolu  çox  böyükdür.  Ona  görə  də  qruplar 



komplektləşdirilən  zaman  valideynlər  məktəbə  dəvət  olunmalı, 

gimnastikanın  qızlar  üçün  vacibliyindən  danışmalı,  onları  məşğələnin 

cədvəli  ilə  tanış  etməli,  idman  formasının,  iplərin  və  topların  əldə 

edilməsi yollarını izah etməlidir. İclasda həkimin çıxışını təşkil etməli, 

o, 

qızların  inkişafında  bədii  gimnastikanın  əhəmiyyətindən 



danışmalıdır. 

İlk  mərhələdə  ümuminkişafetdirici  hərəkətlər  elementlərinin, 

bədii  gimnastikanın  və  elementlərinin,  rəqs  addımları  və  akrobatika 

hərəkətlərinin öyrədilməsi məsləhət görülür. Ümumiyyətlə, əsas diqqət 

qamətin  düzgün  tərbiyəsinə,  ayaq  əzələlərinin  inkişafına,  düzgün 

yerişə,  hərəkətlərində  incə  və  çevik  olmağa  verilməlidir.Qeyd 

etməliyik  ki,  bədii  gimnastika  məşğələlərində  mütəhərrik  oyunlardan 

geniş  istifadə  etmək  lazımdır.  Hərəkətli  oyunlar  qızların  çevikliyini 

artırır.  Məşğələnin  əsas  hissəsində  əşyalı  və  əşyasız  oyunların 

təşkilinin  özü  də  öyrənilmiş  hərəkətlərin  vərdiş  halına  keçməsinə 

müsbət  təsir  göstərir.  Tamamlayıcı  hissədə  isə  əl  və  qolların  yumşaq 

hərəkətlərinə, sakit oyunlara, sakitləşdirici hərəkətlərə fikir verilir. 

Müqavimət hərəkətləri icra edilərkən hərəkətlər yoldaşın köməyi 

ilə  yavaş  tempdə  və  düzgün  olaraq  icra  olunmalıdır.  Bu  hərəkətlərin 

icrası  zamanı  şagirdlərə  nəzarəti  və  köməyi  bir  qədər  də  artırmaq 

lazımdır. 

Çevikliyin  inkişafı  üçün  hərəkətlər  isə  birdən-birə,  yavaş  və 

cəldliklə  yerinə  yetirilməlidir.  Bədii  gimnastika  üzrə  fiziki  yük 

hərəkətlərin  miqdarından  və  mürəkkəbliyindən,  temp  və  onun  yerinə 

yetirilmə  ritmindən  və  sayından  asılıdır.  Fiziki  yük  tədricən 

artırılmalıdır.  Fiziki  yük  qızlara  nisbətən  oğlanlarda  xeyli  ağır 



 

170 


olmalıdır. Qızlar üçün kompleks hərəkətlər seçərkən qarın əzələlərini, 

cəldliyi,  elastikliyi  inkişaf  etdirən  hərəkətlərə  xüsusi  diqqət  yetirmək  

vacibdir. 

               



Bədən tərbiyəsi dəqiqələri 

 

Məlumdur ki, gərgin təlim dövrü ibtidai siniflərdən başlayaraq I 

sinifdən  etibarən  şagirdlərin  ciddi  fəaliyyətə  başlaması  onların  daxili 

üzvlərinin,  xüsusən  sinir  sisteminin  gərginliyini  artırır.  Normal 

fəaliyyət üçün daha çox enerji sərf etmək tələb olunur. Konkret desək, 

I-IV  siniflərdə  4  və  ya  6  saat  dərs  ərzində  eyni  xarakterli  iş  (zehni) 

yerinə yetirilir. Bu isə bir tərəfdən kiçik məktəbyaşlı uşaqların təlimə 

marağını,  fikri  fəallığını  azaldırsa,  digər  tərəfdən  onların 

emosionallığına mənfi təsir göstərir.  

Baş beyin qabığında bir sıra mənfi hallar da baş verir ki, bütün 

bunlar  da  mərkəzi  sinir  sisteminin  funksional  imkanlarını,  iş 

qabiliyyətini  nisbətən  aşağı  salır.  Buna  görə  də,  ümumtəhsil 

məktəblərinin  ibtidai  siniflərindən  başlayaraq  şagirdlərlə  təlim 

dövründə  qısa  müddətli  bədən  tərbiyəsi  dəqiqəsi  həyata  keçirilir  və 

beləliklə, onların fəal istirahətini təmin edir. 

Alimlər  tədqiqat  nəticəsində  müəyyən  etmişlər  ki,  I-II  sinif 

şagirdlərinin  fəal  diqqəti  yalnız        cəmi  15-20  dəqiqəyə  qədər  olur. 

Buna görə də həmin sinifdə istirahət dəqiqəsi dərsin 15-20 dəqiqəsində 

təşkil olunmalıdır. II-IV siniflərdə isə hər bir dərsin 20-25 dəqiqəsində 

şagirdlərin  diqqəti  yayınır  və  tədrisə  lazımi  fikir  verməkdə  çətinlik 

çəkirlər.  

Həmin siniflərdə fəal istirahət dəqiqələri tədris prosesinin 20-25 

dəqiqəsində həyata keçirilir. 

   İbtidai sinif şagirdləri ilə fəal istirahətin keçirilməsi təkcə təlim 

prosesinə  fəallığı  artırmaq  məqsədilə  təşkil  edilmir,  o,  eyni  zamanda 

tədris  fəaliyyəti  dövründə  kiçikyaşlı  məktəblilərin  eşitmə,  görmə, 

duyğu üzvlərinə istirahət vermək üçün də təşkil edilir.  Çünki,  duyğu  

üzvləri    tədris  fəaliyyətində  çox  iş  görməklə,  başlıca  çətinlikləri  öz 

üzərinə  götürür.  Bundan  əlavə,  dərs  vaxtı  gövdə  əzələləri,  kürək 

əzələləri  statik  gərginlikdə  olur,    əl  əzələləri  isə  əla  işləyir.  Bədən 

tərbiyəsi  dəqiqəsi  hərəkətləri  isə  bu  əzələlərin  istirahətinə  şərait 

yaradır. 




 

171 


   Müşahidələr  göstərir  ki,  qısa  müddətli  bədən  tərbiyəsi 

dəqiqəsinin  keçirilməsi  vaxtını  müəllimin  müəyyənləşdirməsi  daha 

faydalıdır.  Ona  görə  ki,  istirahət  dəqiqəsinin  konkret  olaraq  təşkil 

edilməsinə  məhəl  qoymaq  o  qədər  də  məqsədəuyğun  deyildir.  O, 

əsasən  dərsin  mövzusunun  xarakterindən,  tədris  fəaliyyətindən,  tədris 

yükünün  həcmindən,  şagirdlərin  əhval-ruhiyyəsindən,  mövcud  dərsin 

həmin  dərsdən  sonra  keçirilməsindən,  əvvəlki  dərsdə  şagirdlərin 

tədrisə göstərdiyi münasibətdən və bir çox amillərdən mühüm dərəcədə 

asılıdır.  

Qısa müddətdə göstərilən dərsin birinci yarısında və yaxud ikinci 

yarısında, yaxud da həm dərsin I yarısında, həm də dərsin II yarısında 

da  təşkil  etmək  mümkündür.  Ümumiyyətlə,  bu  məsələləri  fənn 

müəllimi  özü  həll  etməlidir.  Keçirilən  bədən  tərbiyəsi  dəqiqəsi  isə 

məktəblilərin  zehni  gərginliyinin  aradan  qaldırılmasına,  bədəncə 

sağlam olmasına, diqqəti toplamasına xidmət etməlidir. 

Bədən tərbiyəsi  dəqiqəsinin  müəllimin  komandası  və  ya  siqnalı 

üzrə  keçirilməsinin  təlim-tərbiyəvi  əhəmiyyəti  böyükdür.  «Bədən 

tərbiyəsi dəqiqəsi başlandı»  komandası verilən kimi bütün şagirdlərin 

diqqəti  müəllimdə  olur.  Növbətçilər  pəncərənin  gözlüyünü  açırlar, 

hamı qalxır və partaların arasında onların hər biri üçün edilmiş nişanlar 

üzərində  dayanırlar.  Bəzi  hərəkətləri  isə  partada  oturmaqla  və  ayağa 

qalxmaqla da icra etmək olar. 

Bədən  tərbiyəsi  dəqiqəsinin  müəllimin  bilavasitə    iştirakı  ilə 

yerinə yetirilməsi daha əhəmiyyətlidir. Bu işi qabaqcadan hazırlanmış 

şagirdlərə də həvalə etmək mümkündür. 

Bədən  tərbiyəsi  dəqiqəsi  üçün  seçilən  komplekslər  sadə 

hərəkətlərdən,  xüsusən  3-4  gövdə,  qol,  qıç  və  ayaq  hərəkətlərindən 

ibarət  olur.  Bədən  tərbiyəsi  dəqiqəsi  kompleks  hərəkətləri  qaydaya 

görə 3 tip hərəkətdən təşkil olunmalıdır:  

I  tip  hərəkətlər  «dartınma»;  II  tip  hərəkətlər  ayaq  əzələlərinin 

inkişafından  ötrü;  III  tip  hərəkətlər  isə  gövdə  əzələlərinin  inkişafı  və 

qüvvəsinin  artırılmasına  yönəldilməlidir.  Uşaqlar  hərəkətləri  düzgün 

yerinə  yetirə  bilirlərsə,  onda  kompleksi  həftədə  2  dəfə  dəyişdirmək 

olar. Hərəkət birləşmələri bədən tərbiyəsi dəqiqələrində öyrədilməlidir. 

 

Ümumiyyətlə,  qısa  müddətli istirahət  üçün  kompleks  hərəkətlər 



tərtib  olunarkən  çalışmaq  lazımdır  ki,  onlar  daha  çox  əzələ  qrupuna 

təsir  edə  bilsin,  statik  gərginliyi  nisbətən  azaltsın,  tənəffüsü 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə