B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə53/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   49   50   51   52   53   54   55   56   ...   131

 

157 


cərgəyə  çatıb  birinci  nömrələrin  boş  yerlərini  tuturlar.  Sonrakı 

çağırışda sıra ilə ikinci və i.a. nömrələr start götürürlər. Müəllim orta 

xəttin yanında dayanıb qaçıb-qayıtmaların nəticələrini hesaba alır. 

       Qeyd. Nömrələri növbə ilə deyil, ordan-burdan da çağırmaq 

olar,  startlar  müxtəlif  vəziyyətlərdən  (alçaq  start,  oturaraq,  uzanaraq, 

arxası  qaçış  istiqamətinə  dayanmadan  və  s.  satartlar)  yerinə  yetirilə 

bilər.  Müəyyən  olunmuş  start  vəziyyətini  qaçışdan  qabaq  hər  iki 

cərgənin bütün oyunçuları alırlar. 

Qəflətən  dayanmaqla  və  siqnal  üzrə  qaçışı  davam  etdirməklə 

estafetlə  yanaşı  düz  xətt  üzrə  qaçmaqlada  estafet  keçirilir.  Lakin 

qaçanlar  müəllimin  birinci  siqnalı  (fitvermə,  əlçalma)  verilən  kimi 

dərhal sol dirsəyə istinad durub qabağa qaçmağı davam etdirməlidirlər. 

        Maneələrlə  lapta.  I.  Sahəsi  30x40m  olan  meydançada  iki 

komanda  oynayır.  Meydançanın  qısa  tərəflərinin  birindən  3m  aralı 

«şəhər»in sərhəddini məhdudlaşdıran xətt çəkilir.  

Meydançanın üçbucağı xatırladan künclərində diametri 1m olan 

üç  dairə  cızılır.  Birinci  və  ikinci  dairələrin  arasında  «xəndək»  işarə 

olunur ki, (zolağın eni 1,5m), onun da üstündən hoppanmaq lazımdır; 

ikinci  və  üçüncü  dairələrin  arasında  hündürlüyü  60-70sm  (lapta 

komandası mütəhərrik oyunlarında topu vurub oyuna daxil etmək üçün 

ağacdır, buna baxmayaraq həmin oynanılan oyunlara həmin ağacın adı 

əlavə olunur. Məsələn: dairəvi lapta və s.) olan başıaşağı qaçış maneəsi 

yaxud  «hasar»  çəkilir  ki,  onları  da  hoppanaraq  dəf  etmək  lazımdır; 

Üçüncü dairədən «şəhərə» qədər gedən yolda altından sürünüb keçmək 

üçün 40-50sm hündürlükdə dayaqlardan ip çəkilir.  

        Oyundan  qabaq  komandalardan  birinin  oyunçuları  (top 

atanlar)  püşkün  nəticəsinə  görə  təkcərgə  düzülürlər.  İkinci  komanda 

meydançada yerləşir. Hakim siqnal verən kimi topu alan oyunçu topu 

lapta  (ağac)  ilə  meydançaya  vurur  və  özü  birinci  dairəyə  qaçır. 

Meydançadakı  oyunçular  topu  tutur,  saxlayırlar  və  rəqib  oyunçular 

qaçıb  dairəyə  çatana  qədər  topla  onları  vurmağa  çalışırlar.  Elə  ki, 

dəymədi  top  şəhər  xəttinin  arxasına  qaytarılır  və  onu  topatanlar 

komandasının növbəti oyunçusu götürür. 

Əgər  meydançadakı  oyunçulardan  biri  qaçışan  oyunçulardan 

birini  vura  bilsə,  onda,  meydançadakıların  (oyunçular)  hamısı  şəhər 

xəttinin  arxasına  qaçırlar.  Lakin  qaçan  oyunçu  topu  tutub  hələ  qaçıb 

şəhər  xəttinin  dalında  gizlənə  bilməyən  meydança  oyunçularından 

hansına istəsə vura bilər. Əgər bu baş tutsa, meydançadakı oyunçular 




 

158 


topu,  şəhər  xəttinin  arxasına  qayıtmağa  cəhd  edən  oyunçuya  (qaçana) 

vurmaqla uduzduqlarının bir daha əvəzini çıxa bilərlər. Beləliklə, topla 

qaçıb-keçəni vurma zamanı oyunçular arasında atışma baş verir. 

Birinci  oyunçu  qaçıb  birinci  dairəyə  müvəffəqiyyətlə  keçdikdə 

top  şəhər  xəttinin  arxasına  qaytarılır,  topatanların  növbəti  oyunçusu 

onu  meydançaya  atıb,  özü  birinci  dairəyə  qaçır.  Elə  bu  vaxt  birinci 

dairədə  dayanan  oyunçu  xəndəyin  üstündən  atlayaraq  ikinci  dairəyə 

yollanır.  

Meydança komandasının oyunçuları topu qaçıb keçən oyunçuya 

vurmağa  çalışırlar.  Toplar  müvəffəqiyyətlə  qaçıb  keçdikdə  top  şəhər 

xəttinin  arxasına  qaytarılır  və  oradan  yenə  ağacla  vurulur.  Bu  dəfə 

ikinci  dairədə  dayanan  oyunçu  maneənin  üstündən  tullanaraq  üçüncü 

dairəyə  qaçır.  Birinci  dairədə  dayanan  xəndəyin  üstündən  addayaraq 

ikinci dairəyə qaçır.  

Növbəti  oyunçu  şəhərdən  çıxıb  birinci  dairəyə  qaçır.  Növbəti 

qaçıb-keçmə zamanı üçüncü dairədən çıxıb qaçan topatan ciyənin ipin 

altından  sürünüb  keçərək  şəhər  xəttinin  arxasına  qayıdıb  cərgənin 

solunda – axırda dayanır. 

     Üç  dairəyə  dolanıb  şəhər  xəttinin  arxasına  qayıtmış  hər 

oyunçu  öz  komandasına  bir  xal  qazanır.  Oyun  15-20  dəqiqə  davam 

edir. Oyun müddətində çox xal qazanan komanda qalib gəlir. 

     Qaydalar.  I.  Topu  xəttin  arxasından  atdıqdan  sonra  növbəti 

oyunçu  birinci  dairəyə  qaçmalıdır.  2.  Meydança  komandasının 

oyunçuları  növbəti  dəfə  atmaq  üçün  topu  topatanlar  komandasına 

qaytaran  zaman  dairələrdəki  oyunçuların  qaçıb  o  biri  dairələrə 

keçməyə  ixtiyarı  yoxdur.  3.  Topun  dairələrdəki  oyunçülara  dəyməsi 

yalnız  komandalar  arasında  topla  atışma  başlanması  zamanı  sayılır. 

Əgər meydança komandası şəhər xəttinin arxasına qaçıb gedirsə onda, 

onun oyunçuları topatanlar komandası ilə rollarını dəyişirlər. 

VIII  sinfi  bitirən  şagirdlər  qarşısında  qoyulan  əsas  tələblər: 

şagirdlər  VIII  sinifdə  öyrəndikləri  oyunların  qaydalarını  bilməli  və 

onlara  əməl  etməlidirlər:  oyunlarda  öyrənilmiş  hərəkət  səyləri  tətbiq 

etmək  məqsədəuyğundur,  vacib  olduqda  oyun  tapşırıqlarına  müvafiq 

fəal  fiziki  keyfiyyətlər  göstərmək  lazımdır;  komandada  oyunçularla 

yekdil  fəaliyyət  göstərilməlidir;  kobud  texniki  və  taktiki  səhvlərə  yol 

verilməməlidir, ƏMH kompluksi normalarına yiyələnmədə mütəhərrik 

oyunların  əhəmiyyəti  haqqında  anlayışa  malik  olmalı;  tanış  oyunlara 

hakimlik etməyi bacarmalıdır. 



 

159 


IX-XI siniflər üçün tövsiyələr. 

Tam  orta  təhsil  pilləsi  üçün  mütəhərrik  oyunların  verilməsini 

zəruri  hesab  etmədik.  Buna  səbəb  həmin  pillədə  şagirdlərin  digər 

pillələrdə  mütəhərrik  oyunlar  üzrə  mənimsədikləri  bilik  və 

bacarıqlardan istifadə edərək onu bir qədər də çətinləşdirməklə istifadə 

etməsini  faydalı  hesab  edirik.  Çünki,  bu  zaman  müvafiq  məntiqi 

təfəkkür əməliyyatlarının yerinə yetirilməsinə şərait yaranır. Şagirdlər 

müəyyən  resurslara  müraciət  etməklə,  düşünür,  fiziki  inkişafa, 

hazırlığa və marağa münasib oyunlar seçib həvəslə oynayırlar. Bunlar 

məlumatlanma,  əlaqələndirmə,  izah  etmə,  təhliletmə  və  oyunları 

dəyərləndirmə  ilə  nəticələnir.  Oyun  seçib  tətbiq  etmə  isə  bilmə, 

anlama,  dərketmə,  müqayisə,  kimi  fiziki fəallıqla  müşahidə  olunur  ki, 

bu da idrak fəaliyyətinin yüksəlməsinə səbəb olur. 

 

 



 

 

Üçüncü bölmə 



 

Fiziki tərbiyə-sağlamlıq və kütləvi idman  

 

VI FƏSİL 

 

Fiziki tərbiyə-sağlamlıq və kütləvi idmanın 

 təşkili və keçirilməsi   

 

 

                                               P L A N : 

 

1. Tədris günü rejimində fiziki tərbiyə-sağlamlıq tədbirləri. 

2.Sinifdənxaric  və  məktəbdənxaric  bədən  tərbiyəsi-idman 

sağlamlıq məşğələləri. 

3.  Ümumməktəb  bədən  tərbiyəsi-sağlamlıq  və  kütləvi  idman 

işləri. 


 

                                              



ƏDƏBİYYAT 

 


Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə