B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə40/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   36   37   38   39   40   41   42   43   ...   131

 

118 


bildirir.  Bunu  hansı  komanda  tez  etsə,  həmiin  komandaya  bir  qələbə 

xalı verilir. 

Sonra aparıcılar başqa oyunçularla əvəz edilir və  oyun yenə də 

davam etdirilir. Axırda daha çox xal toplamış komanda qalib gəlir. 

 Metodik  göstərişlər:  I.  Yaxşı  olar  ki,  oyunçulara  voleybol, 

basketbol  topları  əvəzinə  doldurulmuş  toplar  verilsin.  2.  Oyunu  3-5 

dəfə təkrar etmək olar. 3. Bütün komandalara düzgün nəzarət etməkdən 

ötrü  müəllim  özünə  münasib  yer  seçməli  və  köməkçi  şagirdlərdən 

istifadə  etməlidir.  4.  Oyunçulara  top  ötürüldükdən  sonra  onlar 

əvvəlcədən  şərtlənmiş  kimi  bir  sıra  idman  hərəkətləri  edib  sonra 

aparıcıya qaytarsalar daha səmərəli olar. 

 

 



Fiqurlar 

 

     Oyuna  hazırlıq:  Oyunçular  dairə  boyunca  düzülüb  əl-ələ 

tuturlar.  Bir  nəfər  aparıcı  təyin  edilir.  Aparıcı  dairənin  içərisində 

dayanır. 

   Oyunun  gedişi:  Müəllimin  komandası  ilə  oyunçular  dairə 

boyunca  hərəkət  etməyə  başlayır.  Onlar  sağa,  sola  addımlayır, 

addımların sürətini artırıb-azaldırlar, yavaş addım, tez-tez addım, qaçış, 

aşağı  oturmaqla  yeriş  (qaz  yerişi)  və  s.  hərəkətlər  edirlər  (Müəllim 

sayır  və  hansı  hərəkətləri  etmək  lazım  olduğunu  işarə  ilə  bildirir). 

Müəllimin  komandası  ilə  bütün oyunçular dayanırlar və  bədənlərinin, 

qollarının,  qıçlarının  vəziyyəti  ilə  hər  hansı  bir  fiqur  (idman  növləri 

üzrə: boksçunun duruşu, qaçan adamın vəziyyəti, qapıçının duruşu və 

s.)  göstərirlər.  Bu  vaxt  aparıcı  gəzişir  və  alınmış  vəziyyətlərə 

(fiqurlara)  baxır,  hansı  oyunçunun  «fiquru»  (yaratdığı  vəziyyət) 

aparıcının  daha  çox  xoşuna  gəlirsə,  o,  həmin  oyunçuya  yaxınlaşır  və 

adını çəkir. Onlar yerlərini dəyişirlər. Oyun müəyyən vaxt (8-10 dəq.) 

ərzində keçirilir. Ən yaxşı fiqur yaratmış oyunçular qalib gəlirlər. 

Metodik göstərişlər: Oyun zamanı şagirdlərin nə kimi «fiqurlar» 

yaratmalı  olmaları  müəllim  tərəfindən  əvvəlcə  təsvir  edilməli  və 

göstərilməlidir. 

 

 



Qozalar, palıdlar, qozlar 

 


 

119 


Oyuna hazırlıq: Şagirdlər cərgəyə düzülüb 1-2-3 sayırlar. Birlər 

birinci, ikilər – ikinci, üçlər isə üçüncü dairəyə düzülürlər. Oyunçulara 

şərti  olaraq  adlar  qoyulur.  Bir  nömrəli  oyunçular  «Qozalar»,  iki 

nömrəlilər  «Palıdlar»,  üç  nömrəlilər  isə  «Qozlar  olurlar.  Üç  nəfər 

aparıcı təyin edilir. Onlar istədikləri yerdə.  

Oyunun  gedişi:  Müəllim  şərti  adları  («qozalar»,  «palıdlar») 

növbə  ilə  çağırırlar.  Çağırılmış  oyunçular  başqa  dairəyə  qaçıb  yerini 

dəyişdirməyə  çalışır.  Aparıcılar  isə  bu  zaman  qaçıb,  boş  yerlərdən 

birini tuturlar. Kim dairə tuta bilmirsə, aparıcı sayılır. Dairələrdə özünə 

yer tutmuş aparıcıya həmin yerdən çıxmış oyunçunun şərti adı verilir. 

Boşalmış  yer  o  zaman  tutulur  ki,  oyunçuya  dairəyə  daxil  olub,  əl-ələ 

tutmuş  olsun.  Oyunda  aparıcı  rolunda  heç  oynamamış  (yaxud 

başqalarına nisbətən az oynamış) oyunçular qalib sayılırlar. Bu zaman 

birinci dəfə təyin edilmiş aparıcıların ilk oyunları nəzərə alınmır. 

Metodik göstərişlər: I.  Oyunun səmərəsini və marağını artırmaq 

üçün ayrı-ayrı dairələr (hər üç nəfər) bir-birindən mümkün qədər aralı 

dayanmalıdır.  2.  Dairədə  özünə  yer  tutmuş  oyunçunu  güclə  itələyib 

çıxartmağa icazə verilmir. 

 

 

İtiayaqlılar komandası 



 

Oyuna  hazırlıq:  Meydançanın  bir  tərəfində  start  xətti  çəkilir. 

Oyunçular  üç  komandaya  ayrılırlar:  biri  start  xəttinin  arasında,  biri 

sağında, o biri isə solunda cərgəyə düzülürlər. Start xəttindən 15-20 m 

qabaqda  hər  komanda  üçün  bir  dairə  çəkilir  və  içərisinə  toppuz 

(qumbara) qoyulur.  

Hər  komandadan  bir  nəfər  (cərgədə  birinci  dayananlar)  start 

xəttinə hazır dayanırlar.  

Oyunun  gedişi:  Müəllimin  «Marş»  komandası  ilə  oyunçular  öz 

dairələrinə  doğru  qaçırlar  və  dairədəki  toppuzu  götürüb  üç  dəfə  yerə 

vurduqdan  sonra  yenə  öz  yerinə  qoyub  start  xəttinə  qaçırlar.  Bunu 

hansı oyunçu daha tez eləsə öz komandasına xal qazanmış olur. Sonra 

həmin  qaçan  oyunçular  cərgələrdə  öz  yerlərinə  keçirlər,  növbəti 

oyunçular isə start xəttinə gəlir və beləliklə də oyun davam edir. Bütün 

oyunçular qaçandan sonra daha çox xal toplamış komanda qalib gəlir. 

Metodik göstərişlər: I. Dərsin sıxlığını artırmaq üçün hər dəfə üç 

nəfər  deyil, oyunu 4-5 nəfərin qaçması ilə keçirmək olar. 2. Şagirdləri 




 

120 


2  qrupa  ayırıb,  ayrı-ayrı  start  xətləri  üzrə  oyunu  keçirtmək 

mümkündür.  



 

Ağ ayılar 

 

Oyuna  hazırlıq:  Meydançada  oyun  keçiriləcək  sahə  xətlərlə 

cızılır.  Meydançanın  bir  küncündə  üçbucaq  şəklində  bir  sahə 

nişanlanır. Bura «ağ ayıların mağarası» hesab olunur. İki nəfər aparıcı 

(«ağ  ayılar»)  ayrılır.    «Ağ  ayılar»  mağarada  dayanırlar.  Qalan 

oyunçular «ayı balaları» sərbəst halda meydançaya yığışırlar.  

Oyunun  gedişi:  Müəllimin  işarəsi  ilə  «ağ  ayılar»  mağaradan 

çıxırlar və əl-ələ tutaraq «ayı balalarını» tutmağa çalışırlar. Onlar «ayı 

balasına» çatdıqda onu araya alırlar və boş əllərini elə tuturlar ki, «ayı 

balası» qolları arasında qalsın.   Sonra onlar tutduqları «ayı balalarını» 

mağaraya  aparırlar.  Tutulmuş  oyunçu  mağarada  qalır,  «ağ  ayılar» 

başqasını  tutmağa  gedirlər.  Mağarada  iki  nəfər  tutulmuş  «ayı  balası» 

olduqda  onlar  da  «ağ  ayılar»  kimi  əl-ələ  tutub  «ayı  balalarından» 

tutmağa  başlayırlar.  Oyun  iki  nəfər  tutulmamış  oyunçu  qalana  qədər 

davam  edir.  Bu  iki  nəfər  oyunun  qalibi  sayılır,  onlar  oyunu  yenidən 

başlamaq  üçün  «ağ  ayılar»  hesab  olunurlar.  «Ayı  balalarına» 

aparıcıların  qolları  arasından  dartınıb  çıxmağa  və  mağaradan  çıxıb 

qaçmağa  icazə  verilmir.  «Ağ  ayılara»  isə  oyunçunun  əlindən  və 

paltarından tutmağa icazə verilmir.   

Metodik  göstərişlər:  I.  Lazımi  xətlər  meydançada  əvvəlcədən 

çəkilib hazırlanmalıdır. 2. Şagirdlərdə yorğunluq hiss edildikdə onlara 

dincəlmək üçün fasilə verilməlidir. 

 

 

Boş yer 

 

     Oyuna  hazırlıq:  Oyunçular  böyük  bir  dairə  boyunca 

düzülürlər  və  əllərini  arxada  bellərinə  qoyurlar.  Bir  nəfər  aparıcı 

ayrılır. Aparıcı dairənin xaricində (oyunçuların arxasında) olur.  

    Oyunun  gedişi:  Müəllimin  işarəsi  ilə  aparıcı  oyunçuların 

arxasında, dairə boyunca hərlənir. O, istədiyi vaxt oyunçulardan birinin 

əlinə toxunur və özü qaçmağa başlayır. Toxunulmuş oyunçu, yerindən 

çıxır,  dairənin  xarici  ilə  ancaq  aparıcının  əks  istiqamətinə  qaçır  və 

çalışır ki, ondan tez gəlib yer tutsun. Aparıcı isə boş yerə tez çatmaq və 



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə