B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə36/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   32   33   34   35   36   37   38   39   ...   131

 

106 


Oyunda  «Bayquş»  tərəfindən  heç  tutulmamış  uşaqlar  qalib 

gəlirlər. 



 

Topu qonşuna ötür 

 

Şagirdlər bir cərgədə düzülürlər. Müəllimin «Başla»  komandası 

ilə birinci oyunçular topu yaxında dayanmış qonşu oyunçuya, o da öz 

növbəsində qonşu oyunçuya verir və i.a. ötürməyə başlayırlar. 

Top  bu  qayda  ilə  axırıncı  oyunçuya  qədər  ötürülür  və  axırıncı 

oyunçular topu qəbul edən kimi tez yuxarıya qaldırırlar. Bunu birinci 

edən komandaya qələbə xalı verilr və oyun yenidən başlanır. Oyunu 3-

4 dəfə keçirmək olar. Axırda hansı komandanın qələbə xalı çox, cərimə 

xalı az olursa, həmin komanda qalib gəlir. 

Metodik  göstərişlər:  1.  Müəllim  hər  iki  cərgədə    topun  düzgün 

ötürülməsinə nəzarət etmək üçün münasib yer seçməlidir. 2. Qonşunu 

arada qoyub, topu başqasına ötürməyə, topu havadan atmağa, cərgədən 

çıxıb  topu  almağa  və  s.  icazə  verilməməlidir.  3.  Bu  qaydalar 

pozuzlduqda komandaya cərimə xalı verilir və bu xallar axırda nəzərə 

alınır.  4.  Topu  baş  üzərindən  ayaqlar  arasından  keçirməklə  ötürmək 

kimi  variantlardan  da  istifadə  edib  oyunu  keçirmək  olar.  5.  Oyunun 

əhəmiyyəti və qaydaları nəzəri məlumat kimi şagirdlərə çatdırmalıdır. 



                                  

Biz şən uşaqlarıq 

 

Oyuna  hazırlıq.  Meydançanın  hər  iki  başında  xətlər  çəkilir. 

Bunlar  start  xətti  hesab  olunur.  Oyunçular  hamısı  bir  tərəfdə  start 

xəttindən arxa cərgə də dayanırlar. 

              Müəllim  bir  nəfər  aparıcı  təyin  edir.  Aparıcı 

meydançanın ortasında dayanır. 

Oyunun gedişi: Müəllimin işarəsi ilə cərgədə dayanmış uşaqlar, 

aşağıdakı sözləri bir səslə deyirlər: 

                    Biz şən uşaqlarıq, 

                    Həm danışar, həm də qaçarıq. 

                    Biz sevirik cəldliyi

                    Hünərin var tut bizi. 

Uşaqlar  «tut  bizi»  sözünü  deyən  kimi,  meydançanın  digər 

tərəfindəki  start  xəttinin  arxasına  tərəf  qaçırlar.  Bu  zaman  aparıcı 

qaçanlardan  birini  tutmağa,  yaxud  əlləri  ilə  onlara  toxunmağa  çalışır. 



 

107 


Start  xəttinin  arxasına  keçmiş  oyunçulara  toxunmaq  olmaz.  Aparıcı 

start xəttinə qədər hansı oyunçuya toxunsa, o tərpənmədən öz yerində 

durur.  Müəllim  tutulanları  qeydə  aldıqdan  sonra  hamı  yeniədən 

cərgəyə düzülür və oyun təkrar olunur. Axırda heç tutulmamış, yaxud 

nisbətən az tutulmuş oyunçular qalib sayılırlar. 

Metodik göstərişlər: 1. Oyunu iki komanda arasında da keçirmək 

olar.  Bunun  üçün  tutulmuş  oyunçulara  görə  komandalara  cərimə  xalı 

verilir, axırda cərimə xalı az olan komanda qalib sayılır. 2. İştirakçılar 

çox olduqda iki nəfər aparıcı ayırmaq lazımdır. 



 

 

Öz bayrağına doğru 

 

Oyuna  hazırlıq.  Meydançanın  hər  iki  başında  eninə  xətlər 

çəkilir. Bir xəttin arxasında oyunçular dayanırlar, digər xəttin üzərində 

uşaqların  sayına  müvafiq  bayraqlar  (estafet  ağacları)  düzülür. 

Meydançanın ortasında 3-5 nəfər «gözətçi» dayanır. 



Oyunun  gedişi.  Müəllimin  işarəsi  ilə  oyunçular  meydançanın 

bayraqlar olan tərəfinə qaçaraq bayraqları dayandıqları yerə gətirməyə 

çalışırlar. «Gözətçilər» isə onlara mane olurlar, bayraq arxasınca qaçan 

oyunçuya  əlləri  ilə  toxunarlarsa,  həmin  oyunçular  yerlərindən 

tərpənməyərək  dayanırlar.  Başqa  oyunçular  vurulmuş  oyunçuya 

toxunmaqla onu xilas edə bilərlər. 

Vurulmuş  oyunçunun  əlində  bayraq  olarsa,  «Gözətçi»  bu  

bayrağı  alır  və  meydançanın  yan  tərəfində  kvadrat  şəklində  cızılmış 

sahəyə qoyur. 

Kvadrat  içərisinə  qoyulmuş  bayraqları  qorumaq  üçün  xüsusi 

gözətçi təyin edir (əvvəlki gözətçilərdən biri). Oyunçular bu bayraqları 

da qaçıra bilərlər. 

Bu oyunda gözətçilərlə oyunçular arasında mübarizə gedir. Əgər 

oyunçular  kvadratda  olan  1-4  bayraqlardan  başqa  bütün  qalan 

bayraqları öz sahələrinə gətirə bilsələr, qalib gəlirlər. 

Gözətçilər  isə  o  zaman  qalib  gəlmiş  sayılırlar  ki,    bayraqlardan 

5-ni ələ keçirmiş olsunlar (şərtə görə). 

 

 

 

İki şaxta 



 

108 


 

Oyuna  hazırlıq:  Meydançanın  müxtəlif  yerlərində  dördbucaq 

şəklində  iki  növ  «ev»  çəkilir.  Oyunçular  bu  «evlərə»  doluşub 

gözləyirlər.  Onların  içərisindən  iki  nəfər  «şaxta»  rolunu  oynayır.  Hər 

iki «şaxta» özlərinin arasındakı sahədə sərbəst dayanırlar.  



Oyunun  gedişi:  Müəllimin  işarəsi  ilə  iki  «şaxta»  aşağıdakı 

sözləri oxuyur: 

                    Biz iki cavan qardaşıq, 

                    Mən qırmızıburun şaxtayam. 

                    Mən göyburun şaxtayam. 

                    Hər kəs bizdən qorxmursa,  

                    Qoy bu evdən yola çıxsın. 

                    Uşaqlar bir səslə cavab verirlər: 

                    - Biz şaxtadan qorxmuruq. 

Bunu deyən kimi uşaqlar evdən çıxıb o biri «evə» tərəf qaçırlar. 

«Şaxtalar» onları tutmağa, yaxud əlləri ilə toxunmağa çalışırlar. Onlar 

qaçanlardan  kimə  toxunsalar,  həmin  oyunçu  tərpənmədən  yerində 

«donub»  qalır  (növbəti  qaçışa  qədər).  Qaçıb  qarşı  tərəfdəki  «evə» 

dolmuş  uşaqlara  toxunmaq  olmaz.  Sonra  yenə  də  mahnının  sözləri 

oxunur və uşaqlar cavab verirlər, bununla da oyun davam edir. Ancaq 

oyunda  bu  dəfə  meydançada  donub  qalmış  uşaqlar  da  qaçıb  özlərini 

xilas edə bilərlər. Oyun bir neçə dəfə təkrar edilir.  

Axırda iki «şaxta» tərəfindən heç tutulmayan, yaxud nisbətən az 

tutulan oyunçular qalib gəlirlər. 

 

 

Ləkə vurma 

 

     Oyuna  hazırlıq:  Oyunçular  sərbəst  şəkildə  meydançaya 

dağılışırlar. Bir nəfər aparıcı «Ləkə» təyin edilir. Aparıcı ortaya çıxıb 

bərkdən deyir: «Mən ləkəyəm». Uşaqlar onu tanıyırlar. 

Oyunun  gedişi:  Müəllimin  işarəsi  ilə  aparıcı  oyunçuları  qovur  

və  onlara  çatıb  əli  ilə  toxunmağa,  «ləkə  vurmağa»  çalışır.  Oyunçular 

isə  qarmaqla  özlərini  mühafizə  edirlər.  Aparıcı  onlardan  hansına 

toxunarsa,  həmin  oyunçu  aparıcını  əvəz  edir,  əvvəlki      aparıcı    isə  

oyunçulara    qoşulur.    Aparıcı    «ləkələnmiş»  oyunçunu    yerində  

dayanır  və  əlini  yuxarıya  qaldıraraq deyir: «Mən ləkəyəm»,  bundan  

sonra  oyun  yenidən                



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə