B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə37/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   33   34   35   36   37   38   39   40   ...   131

 

109 


 

başlayır. Təzə «ləkə» həmin anda köhnə ləkəyə toxunmamalıdır. 

Oyun  müəyyən  vaxt  ərzində  (8-12  dəqiqə)  keçirilir.  Axırda  heç 

ləkələnməmiş oyunçular qalib sayılırlar. 



Metodik  göstərişlər:    I.  Oyun  keçirilən  sahəni  xətlərlə  cızmaq 

lazımdır  və  oyunçulara  bu  xətlərdən  kənara  çıxmağa  icazə 

verilməməlidir. 2. Oyunu həm açıq meydançada, həm də idman zalında 

keçirtmək olar.  

 

 

Hoppanan sərçələr 



 

Oyunçulardan  bir  nəfəri  (aparıcı)  «Böyük  quş»  hesab  edilir. 

«Böyük quş» dairənin mərkəzində dayanır. 

Oyunun  gedişi:  Müəllimin  işarəsi  ilə  «sərçələr»  iki  ayaqları 

üzərində  gah  dairənin  içərisində  dayanır  (hoppanır),  gah  da  hoppanıb 

oradan çıxırlar. 

Sərçələr dairəyə dən yemək üçün daxil olurlar. «Böyük quş» isə 

onları  dən  yeməyə  buraxmamağa  çalışır.  «Böyük  quş»  dairənin 

içərisində  qaçaraq  sərçələri  dən  yeməyə  qoymamaq  üçün  onları 

dimdiyi ilə vurur (Əli ilə dairənin içərisinə toxunur). Vurulmuş «sərçə» 

müəllim tərəfindən qeydə alındıqdan sonra, oyun davam edir. 

Aparıcı tərəfindən heç vurulmamış sərçə qalib sayılır. 

Metodik göstərişlər: I. Aparıcının (Böyük quşu) ya müəllim tez-

tez  dəyişməli,  ya  da  hər  vurulmuş  sərçə  onu  əvəz  etməlidir.  2. 

Şagirdlərin sayına görə oyun bir neçə dəfə dairə ətrafında aparıla bilər. 

Belə  olduqda  müəllim  özünə  köməkçi-şagird  ayırmalıdır.  3.  Oyun 

fasilələrlə bir neçə dəfə təkrar olunur. 

 

 

 

 

 

Tülkü və toyuqlar 

 

Oyuna  hazırlıq:  Dörd  gimnastika  skamyasını  kvadrat  şəkildə 

qoyurlar. Skamyaların arasında qalan sahə «toyuq damı» hesab olunur. 

Bütün «toyuqlar» burada yerləşirlər. 



 

110 


Aparıcı «tülkü» isə skamyaların arasında dayanır. 

Oyunun  gedişi:  Müəllimin  işarəsi  ilə  «tülkü»  skamyanın 

üzərindən  içəriyə  tullanır  və  «toyuqlardan»  mümkün  qədər  daha  çox 

tutmağa (toxunmağa) çalışır. Bu vaxt «toyuqlar» gah tara (skamyanın 

üzərinə),  gah  da  yerə  hoppanmaqla  özlərini  xilas  etməyə  çalışırlar. 

Tara  qalxmış  toyuqlara  tülkünün  toxunmağa  ixtiyarı yoxdur.  Müəllim 

ikinci  dəfə  işarə  verdikdə  «tülkü»  toyuq  damından  çıxır  və  tülkünün 

toxunmuş  olduğu  bütün  «toyuqlar»  hesaba  alınır.  Sonra  aparıcı 

dəyişdirilir və oyun yenidən başlanır. 

Axırda  tülkü  tərəfindən  tutulmamış  və  daha  az  tutulmuş 

oyunçular qalib sayılırlar. Metodik göstəriş oyunu zal və  meydançada 

keçirmək olar.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



                                       Şəkil 3. 

    «Tülkü  və  toyuqlar»  oyunu  1-ci  yuva;  2-ci-tülkü;  3-cü-



toyuqlar; 4-cü-müəllim; 5-ci-skamyalar 

 

                       



 

 

 

 

 

 

 


 

111 


 

 

 

 

 

Şəkil 4. 

«Dovşanlar, gözətçi və Tula» oyunu. 1-ci «dovşanlar»; 2-ci 

«gözətçi»; 3-cü «Tula»; 4-cü-«ev»; 5-ci «həyət»; 6-cı «bostan». 

 

 

Dovşanlar, gözətçi və Tula 

 

Oyuna  hazırlıq:  Oyun  meydançasını  xətlərlə  hissələrə  ayırırlar. 

Meydançanın qısa xətlərindən 2-3 addım qabağa bir xətt, onlardan da 

3-4 addım qabağa yenə bir xətt çəkilir. 

Bir  sahədə  gözətçi,  ikinci  sahədə  (həyətdə)  tula  dayanır. 

Meydançanın  mərkəzində  hasar  çəkilir.  Məşğələdən  azad  edilmiş 

şagirdlər,  yaxud  müəllimin  tapşırığı  ilə  bir  neçə  şagird  hoppanma 

xətlərindən (iplərindən) 40-60 sm.  hündürlükdə maneə tuturlar, hasar 

ilə ikinci xəttin arasında sahə bostan adlanır. Meydançanın qarşısındakı 

xətdən 3-4 addım qabaqda 4 dairədən ibarət dovşan yuvaları çəkirlər. 

Oyunu aparmaq üçün iki nəfər aparıcı ayrılır, onlardan biri gözətçi, biri 

tula  olur.  Qalan  oyunçuların  hamısı  «dovşan»  sayılır  və  dovşan 

yuvalarında yerləşirlər. 



Oyunun  gedişi:  Müəllimin  işarəsi  ilə  hər  yuvada  dayanmış 

birinci 3 dovşan qaçıb hasarın üzərindən tullanır, bostana daxil olaraq 

hoppanıb  düşür  və  «kələm  yeyirlər».  Bu  vaxt  müəllimin  birinci  şərti 

işarəsi  ilə  gözətçi  həyətə  çıxır,  ikinci  işarə  ilə  üç  dəfə  əl  çalır  (sanki 

tüfəngdən atəş açır). 

Birinci  atəşdən  sonra  dovşanlar  öz  yuvalarına  doğru  qaçırlar. 

Geriyə  qaçarkən  onlar  hasarın  (ipin)  altından  keçməlidirlər  və  elə 

etməlidirlər ki, ona toxunmasınlar. 

Üçüncü atəşdən sonra «tula» dovşanları tutmağa buraxılır. Tula 

hasarın üstündən tullanaraq hansı dovşana çatarsa, ona əli ilə toxunur. 

Tutulmuş  dovşan  yerində  dayanır,  dovşanlar  öz  yuvalarına  girdikdən 

sonra onlara toxunmaq olmaz. 

Qaçanlar  keçib  axırda  dayanırlar.  Müəllim  tutulmuş  dovşanları 

və  sonra  öz  yuvalarına  buraxır.  Yuvalarda  olan  dovşanların  hamısı 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə