B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə33/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   29   30   31   32   33   34   35   36   ...   131

 

96 


və  məktəbyanı  tədris  idman  sahələri,  mövcud  avadanlıq  və 

ləvazimatlar  nəzərə  alınmaqla  konkret  oyunla  bərabər  fiziki  tərbiyyə 

üzrə  qarşıya  qoyulmuş  ümumi  məqsəd  və  vəzifələrin  əsas 

götürülməsidə olduqca vacibdir. 

Oyunların  təlimində  əvvəlcə  sadə  sonra  isə  nisbətən  çətin 

oyunların seçilib öyrədilməsi məqsədəuyğundur. Tanış oyunlara istinad 

edilməklə  yeni  mütəhərrik  oyunları  təşkil  edib  keçirməlidir.  Çünki, 

təcrübədən  məlum  olur  ki,  əvvəllər  qazanılmış,  bilik,  bacarıq  və 

vərdişlər  əsasında  yeni  bilik,  bacarıq  və  vərdişlər  daha  sürətlə  əldə 

olunur, mənimsənilir və təkmilləşdirilir.  

Oyunlar 

sinifdən-sinifə 

keçdikcə 

müvafiq 


şəkildə 

mürəkkəbləşdirilərək  öyrədilməsi  təlim  işinə  müsbət  təsir  göstərsə  də 

onun müntəzəm surətdə təkrarlanmasına böyük ehtiyac vardır. Oyunlar 

vaxtaşırı  təşkil  olunmazsa  bu  sahə  üzrə  qazanılmış  bacarıq  və 

vərdişlərdə tədricən zəifləyəcək və yaxud itəcəkdir. Aşılanmış bacarıq 

və  vərdişlərin  yoxa  çıxmaması  və  ya  təkmilləşdirilməsi  üçün  3  yol 

vardır.  Bunlardan  birinci  oyunlar  vaxtaşırı  təkrar  olunmalı,  ikinci 

həmin xarakterli digər oyunlar təşkil etməli və öyrətməlidir. Nəhayət, 



üçüncüsü  isə  oyunların  yadda  qalması  üçün  möhkəmləndirilməlidir. 

Bu  məqsədilə  qazanılmış  bilik  və  bacarıqlar  gündəlik  həyatda,  əməli 

işdə tətbiq olunmalıdır. 

Oyun  təlimi  prosesində  onların  dönə-dönə  təkrarlanması 

mənimsənilmiş biliklərin, bacarıq və vərdişlərin uzun müddət hafizədə 

qalmasında,  möhkəmləndirilməsində  əlverişli  şərait  yaradılmasına 

səbəb olur. 

 

 



5.4. Oyun təlimində müvafiqlik prinsipi 

 

Oyunda  təlimin  səviyyəsinin  yüksəldilməsi  şagirdlərin  ümumi 



inkişafından, bilikləri nə dərəcədə qavramasından bacarıq və vərdişlərə 

sahib  olmasından  mühüm  dərəcədə  asılıdır.  Həmin  baxımdan 

müvafiqlik  prinsipi  təlim  zamanı  şagirdlərin  qavrama  və  bilik 

səviyyəsini,  onların  qabiliyyətlərinin  nəzərə  alınmasını  zəruri  hesab 

edir.  Oyun  təlimində  bu  prinsipin  əsas  götürülməsi  nəticəsində 

şagirdlər mənimsənilməsi vacib olan bilikləri, öyrədilməli bacarıqları, 

və  aşılanması  faydalı  olan  hərəki  vərdişlərin  mahiyyətini  lazımınca 

başa düşür, söylənilənləri şüurlu surətdə anlayırlar. Bu isə öyrədənin və 




 

97 


öyrənənlərin  təhsil  sahəsindəki  istəklərinə  müvəffəq  olmaqda 

əhəmiyyətli 

şərtlərdən 

birinə 


çevrilir, 

görüləsi 

işlərin 

məqsədyönlülüyünü artırır. 

Müvafiqlik  prinsipi  eyni  zamanda  tələb  edir  ki,  oyun  təliminin 

məzmunu,  vasitələri,  formaları  və  metodları  şagirdlərin  dərk  etmə 

qabiliyyətinə  və  fiziki  imkanlarına  uyğun  olaraq  həyata  keçirilsin. 

Müvafiqlik  prinsipi  müəllim  və  şagirdlərdən  təlim  metodlarını  və 

vasitələrini  tədris  prosesində  tətbiqini  də  tələb  edir.  Bir  cəhəti  də 

unutmamalıyıq  ki,  ümumtəlimin  yaxşı  nəticələnməsində  mənimsəmə 

prosesinə  diqqəti  toplamağın  və  təlimə  maraq  göstərməyin 

əhəmiyyətinin  böyük  olduğunu  izah  yolu  ilə  dərk  edilməsi  mühüm 

zərurət  kəsb  edir.  Oyun  təlimində  məlum  oyundan  tanış  olmayan 

oyunlara  asan  oyundan  nisbətən  çətin  oyunlara  sadə  oyunlardan 

mürəkkəb  oyunlara  keçilməsində,  habelə  ümumi  prinsipdən  xüsusi 

prinsipə  əsaslanaraq  oyunların  təşkilində  də  məqsədəuyğunluq  yəni 

müvafiqlik  prinsipi  gözlənilməli,  onun  reallaşdırılmasına  səy 

göstərilməlidir. 

 

 

5.5. Oyun təlimində fərdi yanaşma prinsipi  



 

Təcrübədən  məlumdur  ki,  təlimdə  yanaşmanı  əsasən 2  formada 

aparmaq olar. Bunlardan birincisi ümumilikdə sinifə, potoka, qrupa və 

s.  yanaşma,  digər  yanaşma  isə    hər  bir  şagirdə  və  tələbəyə  ayrılıqda 

fərdi  olaraq  yanaşmadır.  Çünki,  sinifdə  və  yaxud  qrupda  şagirdlər  və 

istərsə də tələbələr bacarıq, bilik, fiziki  hazırlıq və fiziki imkanlarına 

görə qüvvətli, orta fəaliyyətli və zəif olurlar. Lakin ümumtəhsil və ali 

məktəblərin  bədən  tərbiyəsi  proqramları  vahiddir.  Tədris  materialları 

sinifin və ali məktəbin şagird və tələbələrinin orta səviyyələrinə uyğun 

olaraq  tərtib  olunmuşdur.  Bütün  bunlara  baxmayaraq  bədən  tərbiyəsi 

müəllimi  onların  məşqçisi  yeri  gəldikdə  imkan  daxilində  hər  bir 

şagirdin,  tələbənin  fərdi  fiziki  göstəricisini,  qavrama,  dərketmə, 

səviyyəsini  və  hərəki  qabiliyyətlərini  inkişaf  etdirməyə  səy 

göstərməlidir. Bunun üçün də şərait olduqda şagird və tələbələrə fərdi 

yanaşmalı, onların fərdi inkişaf xüsusiyyətləri nəzərə alınaraq müxtəlif 

növ  xüsusi  fiziki  hərəkətləri  icra  etdirməli  və  maraqlı  mütəhərrik 

oyunlar  təşkil  etməlidir.  Tədris  işinin  müvəffəqiyyətlə  keçməsi 

məqsədilə bütün imkanları cəlb etməklə şəraitin yaradılması zəruridir. 




 

98 


Burada olduqca bir vacib məsələyə də aydınlıq gətirməyə ehtiyac 

duyulur.  İstər  ümumtəhsil  və  istərsədə  ali  məktəblər  olsun  şagird  və 

tələbələr  səhhət-sağlamlığına  görə  3  qrupa  bölünürlər:  əsas,  hazırlıq 

və  xüsusi  tibbi  qruplar.  Həmin  qruplarında  özünəməxsus  bədən 

tərbiyəsi  tədris  proqramları  vardır.  Əsas  və  hazırlıq  qruplarına  daxil 

olanlar eyni proqramla dərs keçirlər. Müəyyən müddətdən sonra xüsusi 

qrup  tələbə  və  şagirdlərin  orqanizmində  müsbətə  doğru  müvafiq 

dəyişiklik  olduqda  onlar  əsas  qrupa  keçirilir.  Hazırlıq  tibbi  qrupda 

məşğul  olanlar  əsas  qrup  üçün  nəzərdə  tutulan  bədən  tərbiyəsi, tədris 

proqramının yüngülləşdirilmiş variantı üzrə məşğul olurlar.  

Səhhətində  bəzi  qüsurları  olan  xüsusi  tibbi  qrupa  daxil  olan 

tələbə  və  şagirdlər  üçün  nəzərdə  tutulan  tədris  proqramları  üzrə 

məşğələlər  təşkil  olunur.  Həmin  proqramlar  məşğul  olanların  səhhəti 

nəzərə  alınmaqla  tərtib  olunmuşdur.  Məşğələlər  isə  cədvəl  üzrə 

müvafiq  vaxtda  həftədə  2  dəfədən  az  olmayaraq  təşkil  edilir.  Bu 

məşğələləri  yalnız  xüsusi  seminarlardan  keçmiş  bədən  tərbiyəsi 

müəllimi və ya tibb işçisi apara bilər. Məvacib məktəb və ali məktəbin 

fondu  hesabına  ödənilir.  Həmin  qruplar  direktor  və  rektorun  əmri  ilə 

təşkil  olunur.  Xüsusi  tibbi  qrupdan  digər  qrupa  daxil  olmaq  olar.  Bu 

şərtlə  ki,  orqanizmdə  irəliyə  doğru  müsbət  və  müvafiq  dəyişikliklər 

müşahidə  olunsun.  Yalnız  məktəbin  və  yaxud  ali  məktəbin  həkimi 

tərəfindən  aparıla  bilər.  Bir  qrupdan  digərinə  köçürmələri  aparmaq 

mütəxəssis  müəllimlərin  və  məsul  rəhbər  işçilərin  səlahətinə  daxil 

deyildir.  Əks  təqdirdə  bədən  tərbiyəsi  və  idman  məşğələlərində, 

idman-sağlamlıq  tədbirlərində  bədbəxt  hadisələr,  zədələnmələr  baş 

verə bilər ki, bu da arzuolunmazdır. 

 

 

 



5.6. Oyun təlimi prinsiplərindən vəhdətdə istifadə olunması 

 

Yadda  saxlamalıyıq  ki,  mütəhərrik  oyunların  təlimində  tətbiq 



edilən  prinsiplərin  bu  prosesdə  hər  birinin  özünəməxsus  yeri  vardır. 

Bunlardan  ayrı-ayrılıqda  istifadə  ümumtəlim  nəticəsinə  öz  mənfi 

təsirini  göstərir.  Əksinə  olduqda  isə  yəni  təlimi  dövründə  bu 

prinsiplərin  hər  birinin  yeri  olması,  bir-birini  tamamlaması,  həm  də 

onlar arasında əlaqə yaradılması tədris üçün çox əhəmiyyətlidir. Buna 

aid  bir  misal  gətirmək  yerinə  düşərdi.  Hamıya  məlumdur  ki,  təlim 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə