B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə31/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   27   28   29   30   31   32   33   34   ...   131

 

90 


edirlər.  Bir  çox  hallarda  oyun  yeri  üçün  xüsusi  hazırlıq  tələb  olunur 

(Voleybol,  basketbol  və  s.).  Bununla  belə,  bir  çox  oyunlarda 

xarakterindən,  məzmunundan,  məqsəd  və  vəzifələrindən  asılı  olaraq 

məsafə ölçülür, xətlər, dairələr cızılır, habelə şərti işarələr çəkilir. Dərs 

zamanı  vaxt  itirməmək  üçün  bütün  bunlar  dərsdən  qabaq  yerinə 

yetirmək lazımdır. 



                        

5.3. Oyunların keçirilməsi formaları 

 

Oyunlar  3  əsas  formada  təşkil  olunur.  Onun  dərs,  dərsdənxaric 

və məktəbdənkənar formaları vardır. 

Mütəhərrik  oyunlar  dərs  zamanı,  bir  çox  hallarda  isə  proqram 

materiallarının  öyrənilməsi  nəticəsində  orqanizmə  verilmiş  fiziki 

gərginliyi aradan qaldırmaq və uşaqların emosionallığını  bərpa etmək 

məqsədilə dərsin axırında təşkil olunur, keçirilir. 

İbtidai  siniflərdə  bədən  tərbiyəsi  dərsinin  təxminən  yarısını 

mütəhərrik oyunlar təşkil edir ki, bu da 2 cəhətdən müsbət nəticə verir. 

1-cisi,  dərsin  oyunlara  görə  qarşıya  qoyduğu  məqsədə  tamlıqla  nail 

olunur.  2-cisi  bu  forma  kiçik  məktəbyaşlı  uşaqların  oyuna  olan 

tələbatını ödəyir. 

Mütəhərrik  oyunların  dərs  forması  onunla  xarakterikdir  ki,  bu 

zaman  oyuna  bilavasitə  müəllim  rəhbərlik  edir.  Bu  da  sinfin  yaxşı 

təşkil  olunmasını  təmin  edir.  Digər  tərəfdən  oyunların  dərs  forması 

məqsəd  etibarı  ilə  onu  başqa,  məsələn,  dərsdənkənar  və 

məktəbdənxaric formalardan fərqləndirir. Oyunların təşkil olunmasının 

2-ci  forması  sinifdənkənar  formadır.  Bu  forma  çoxcəhətlidir. 

Oyunlardan 

tənəffüslərdə, 

növbələrarası 

vaxtlarda, 

idman 

bayramlarında,  bölmələrdə,  idman-sağlamlıq  tədbirlərində  istifadə 



olunur. 

Mütəhərrik  oyunların  daha  geniş  tətbiq  olunan  3-cü  forması 

məktəbdənkənar  formadır.  Mütəhərrik  oyunların  bu  forması  əslində 

əsas  2  məqsədə  xidmət  edir.  Bunlardan  biri  sağlamlıq,  ikincisi 

əyləncədir.  Bununla  belə,  bölmələrdə  keçirilən  milli  oyunlar  böyük 

tərbiyəvi və təhsil əhəmiyyəti kəsb edir.             

Oyunların 

bu 


formasından 

şəhər 


və 

şəhərdənkənar 

sanatoriyalarda,  idman-sağlamlıq  düşərgələrində,  yaşayış  yerlərində 

istifadə  olunur.  Həmin  oyunları  uşaqlar  bir-birini  tanımaq  üçün 




 

91 


oynayırlar.  Buna  görə  də bu  cür  oyunlar  mühüm  tərbiyəvi  əhəmiyyət 

kəsb edir. 

         

 

5.4. Oyun təlimi prosesinin mahiyyəti 

 

Oyun  müxtəlif  növ  hərəki  elementlərin  birləşməsindən  ibarət 



olub 

onun 


həyata 

keçirilməsi 

isə 

fəaliyyətlərin 



birgə 

tənzimlənməsindən  mühüm  dərəcədə  asılıdır.  Təlim  prosesində 

müəllim    öyrədən  şagird  isə  öyrənən  kimi  fəaliyyət  göstərir.  Həmin 

fəaliyyətlərin  nəticəsində  qarşıda  duran  ümumtəlim  nəticələrinə  yəni 

məqsədə çatmaq mümkün olur. Oyun təlim prosesində başlıca məqsəd 

və  vəzifələr  şagirdlərin  təbiət,  cəmiyyət  və  təfəkkürə  dair  faktlar, 

hadisələr,  qaydalar  tələb  və  göstərişləri  mənimsəmək  və  tətbiq 

etməkdən,  ona  əməl  etməkdən  ibarətdir.  Eyni  zamanda  oyun  təlimi 

zamanı  bu  sahədə  bilikləri  mənimsəməklə  yanaşı,  həm  də  təlimin 

məzmununa  aid  bacarıqlara  yiyələnmək  tələbatı  da  irəli  sürülür. 

Bacarıqlar  isə  oyun  üzrə  qazanılmış  biliklərin  həyata  keçirilməsi, 

qarşılaşdığı  mühitdə  tətbiqi  və  öz  əksini  tapdığı  kimi  başa  düşülür. 

Bunlar öyrədən və öyrənənlərdən aşağıdakılara nail olmağı tələb edir.  

 



Şagirdlərin  sağlamlığını  möhkəmləndirmək  onların  fiziki 

inkişaf  və  hazırlığını  təmin  etmək,  orqanizmi  formalaşdırmaq,  onun 

funksional  imkanlarını  daha  da  genişləndirib  yüksək  mərhələyə 

çatdırmaq; 

 

Həyat  üçün  vacib  olan  hərəki  bilik,  bacarıq  və  vərdişləri 



aşılamaq onları daha da təkmilləşdirmək; 

 



Şagirdlərin hərəki qabiliyyətlərini inkişaf etdirmək (surət, güc, 

çeviklik,  dözümlülük),  mənəvi-iradi  keyfiyyətlərini  və  vətənpərvərlik 

ruhunu yüksəltmək; 

 



Şagirdlərdə gigiyena, sanitariya mədəni qaydalara yiyələnmək 

vərdişləri aşılamaq, onu formalaşdırmaq; 

 

Şagirdlərə  müstəqil  məşğul  olmaq  və  təşkilatçılıq,  məntiqi 



yaradıcılıq  və  tədqiqatçılıq  qabiliyyətini  inkişaf  etdirməklə  idrak 

fəaliyyətini artırmaq. 

Vərdişlər  isə  müxtəlif  məqsədli  mütəhərrik  oyunların  dəfələrlə 

təkrarlanması  nəticəsində  qazanılır.  Vərdişlər  adətən  təlim  prosesinin 

axırıncı 

3-cü 


mərhələsində 

təlimin 


təkmilləşdirilməsi 

və 



 

92 


formalaşdırılması mərhələsində əldə edilir. Qeyd etmək lazımdır ki, bu 

üç  mərhələnin  hər  birinin  özünəməxsus  məqsədi  və  vəzifələri  vardır. 

Bütün  bunlar  ardıcıllıqla  həyata  keçirilir,  bir-birindən  məzmun 

təfəkkür və hərəki mahiyyətinə görə fərqlənir, lakin mərhələlər, eləcə 

də  biri  o  birini  tamamlayır.  Sonrakı  təlim  mərhələləri  əvvəlkilərin 

əsasında müvəffəqiyyət qazana bilir. Bu baxımdan kiçik bir müqayisə 

aparaq.  Söylədiyimiz  kimi,  vərdiş  bacarıqların  dəfələrlə  təkrarı 

nəticəsində  avtomatlaşdırılmış  formalardan  biridir.  Öyrədən  və 

öyrənənlər  həmin  bacarıqları  qazanmaq  üçün  təlimin  məzmunu 

üzərində düşünür, işləyir, diqqətini cəmləşdirir onu təhlil edib müvafiq 

qərara  gəlir  və  nəticə  çıxarırlar.  Söylənilənlər  beyin  qabığında 

müvəqqəti  rabitələrin  meydana  gəlməsinə  səbəb  olur.  Bunlar  isə 

nəticədə hərəkətlərin özündən asılı olmayaraq avtomatik olaraq yerinə 

yetirilməsini  təmin  edir.  Bura  da  bir  cəhəti  də  qeyd  etməliyik  ki, 

vərdişlərin  yarandığı  zaman  təfəkkürün  yüksək  fəallıqla,  gərginliklə 

işlənməsinə,  bu  prosesdə  ciddi  nəzarətin  olmasına  o  qədərdə  ehtiyac 

duyulmur.  

 

 



 

5.5. Oyun təliminin prinsipləri 

 

Oyunlarda  ümumtəlimin  nəticələrinə  nail  olmaq  məqsədilə 



təlimin  müvafiq  prinsiplərindən  istifadə  olunur.  Əlbəttə,  oyunların 

təlimi prosesində zəruri nəticəni əldə etmək üçün təlimin bütün prinsip 

və  tələblərindən  istifadə  edilməlidir.  Lakin  bu  yazıda  oyunların 

təliminin  təşkili  və  keçirilməsində  vacib  bəzi  prinsipləri  qısa  olsa  da 

araşdırmağı  lazım  bilirik.  Xüsusən,  təlimdə  ideyalılıq,  elmilik, 

əyanilik, şüurluluq və fəallıq, sistemlilik və ardıcıllıq, müvafiqlik, fərdi 

yanaşma  prinsiplərini  nəzərdə  tuturuq.  Göstərilən  tələblərə  riayət 

olunmaqla  mütəhərrik  oyunların  təliminin  məzmununa  uyğun 

şagirdlərin  bilik,  bacarıq  və  vərdişlərə  yiyələnməsinə,  təlim 

prosesindəki fəaliyyətlərin yüksəlməsinə və tənzimlənməsinə müvəfəq 

olmaq mümkündür.  

 

5.1. Oyun təlimində ideyalılıq və elmililik prinsipləri 

 



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə