B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə27/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   23   24   25   26   27   28   29   30   ...   131

 

77 


iştirakçılarının,  ona  baxan  maraqlı  tərəflərin,  həvəskarların, 

məşqçilərin,        komanda  nümayəndələrinin  davranışlarına,  həmçinin 

sanitariya-gigiyena mədəniyyətlərinə müsbət təsir göstərir.  

İdman  oyunlarının  təşkili  və  keçirilməsinə  xüsusi  şəraitin 

yaradılması,  avropa  standartlarına  cavab  verməsi  də  onun  mütəhərrik 

oyunlarından  fərqli  cəhətlərindən  biridir.  Lazımi  şəraitin  yaradılması 

yarışın səmərəliliyinin yüksəldir,  standart nəticə yönümlülüyünü daha 

da artırır. 

İdman  oyunları  üzrə  yarışlarda  iştirak  edəcək  komanda 

heyətlərinin tərkibi əvvəlcədən müəyyənləşdirilir. Hər bir oyun növləri 

üzrə oyunda iştirak edən idmançılarında sayı dəqiq olmalıdır-5, 6, 7, 11 

və  s.  yəni  komandalar  arasında  gedən  yarışda  hər  iki  komandanın 

iştirakçılarının sayı eyni – nə artıq, nədə ki, əskik olmalıdır. 

Müşahidələr göstərir ki, bəzən kiçik və istərsə də böyük miqyaslı 

yarışlar olsun, baxımlı olmur, tamaşaçılar əsəbiləşir və bəzən də oyun 

bitməmiş  onu  tərk  edirlər.  Bəzəndə  həvəskarlar  şuluqluq  salır, 

ayaqlarını  döşəməyə  döyür,  xoşagəlməz  səslər  çıxarır  və  sözlər 

danışırlar.  Buna  səbəblər  həddən  artıqdır.  Oyunçuların  texniki,  taktiki 

və  fiziki  baxımdan  zəif  olması  həmin  səbəblərdən  biridir.  Yüksək  və 

aşağı reytinqli komandalar olmasına baxmayaraq, onlar baxımlı, zövqə 

oxşayan  oyun  nümayiş  etdirmək  üçün  oyun  texnika  və  taktikasına 

məharətlə,  yüksək  peşəkarlıqla  yiyələnməklə  yanaşı,  gözəl,  baxımlı 

oyun da nümayiş etdirməlidir. Bunun üçün də idmançılar oyun fənd və 

kombinasiyalarını  tez-tez  dəyişməli,  daha  inamlı  və  daha 

mürəkkəbləşdirməlidir.    Oyun  situasiyalarından  sürətlə  baş  çıxarmalı, 

ani  zamanda  nəticəyə,  qərara  gəlməlidir.  Müdafiə  və  hücumda  zəruri 

situasiyalarda  iştirak  etməli,  məqsədəuyğun  fəaliyyət  göstərməlidir. 

Bunun  üçün  də  idmançılar  müxtəlif  növ  mütəhərrik  oyunlarla,  digər 

idman  növləri  ilə  müntəzəm  olaraq  məşğul  olmalı,  fiziki,  texniki  və 

taktiki hazırlığında olan nöqsanları aradan qaldırmağa çalışmalıdır.  

     İdman  oyunları  üzrə  çempionatlar,  turnir  və  priz  yarışları 

zamanı  oyunçular  tərəfindən  müxtəlif  səylər  və  təşəbbüslər  göstərilə 

bilər. Lakin unutmamalı ki, bütün bunlar oyun qaydalarına tam riayət 

etməklə  həyata  keçirilməlidir.  Qaydalar  adlı-sanlı  və  ya  böyük  titul 

sahibi  olmasından  asılı  olmayaraq  yarış  iştirakçısı  olan  bütün 

idmançılara  aiddir.  Onlar  bir  mənalı  olaraq  oyun  qaydalarına  əməl 

etməlidir.  Yerdəyişmələrə  dair  mövcud  qaydalara,  qarşıda  qoyulmuş 

məqsəd  və  vəzifələrə  uyğun  hərəkət  etmək,  davranış,  nizam-intizam 




 

78 


nümayiş etdirmək əsil idmançıya məxsus xarakter kimi nəzərə alınmalı 

və qiymətləndirilməlidir.  

Mahnı  və  rəqslə  əlaqədar  oyunlara  xalq  mahnıları,  rəqslər 

daxildir. Bunlar uşaqlara emosional təsir göstərir, hərəkətlərində səlist, 

ritmik və rəvan olmağa kömək edir.  

                            

 

4.2.  Mütəhərrik oyunların pedaqoji   



xarakteristikası 

 

Məktəbyaşlı  uşaqlarla    müxtəlif  növ  mütəhərrik  oyunlar  təşkil 

olunur.  Lakin  həmin  oyunlar  məzmununa  və  qaydalarına,  oyunlarda 

iştirak  edənlərin  sayına,  yarış  elementlərinin  miqdarına  görə 

müxtəlifdir  və  bir-birindən  fərqlənir.  Oyunlarda  uşaqlar  arasında 

mövcud  olan  münasibətlərdə  mühüm  rol  oynayır.  Göründüyü  kimi, 

uşaqlarla oyunlar təşkil olunub keçirilərkən yuxarıda söylənilən amillər 

də böyük əhəmiyyətə malikdir. 

Kiçik  yaşlı  ibtidai  sinif  şagirdləri  üçün  elə  mütəhərrik  oyunlar 

seçilir  ki,  onlar  sadə  fiziki  hərəkətlərdən  ibarət  olur.  Uşaqlarla  yeriş, 

qaçış, sürünmələr və s. fiziki hərəkət elementlərindən ibarət oyunların 

təşkili  daha  faydalıdır.  Bundan  əlavə,  uşaqlar  üçün  elə  oyunlar  seçib 

tətbiq  etməlidir  ki,  o  oyunlar  uşaqları  özünə  cəlb  edir,  əyləndirir  və 

şənləndirir.  Bu  cür  oyunlar  təşkil  olunarkən  bütün  uşaqlar  eyni 

zamanda  hoppanır  və  ya  qaçır.  «Siçan  və  pişik»,  «Bir  xətt  üzərində 

yeriş və qaçış»,  topla oyunlar və s. göstərmək olar. 

Uşaqlarda təbiətə məhəbbət, quşlara qoyğı hissini tərbiyə etmək 

məqsədilə  müvafiq  oyunlar  keçirilir.  Həmin  oyunlarda  «quşlar  uçur, 

yenidən  öz  yuvalarına  qayıdırlar».  Uşaqlar  bu  zaman  quşları 

yamsılayır, onların hərəkətlərini yamsılayırlar. Bəzi oyunlar da vardır 

ki,  onlar  idman  xarakteri  daşıyır.    Uşaqlar  belə  oyunlarla  ötüşməyi, 

hoppanmağı,  maneələri  keçməyi  daha  çox  seçir  və  maraq  göstərir, 

yerinə  yetirir  və  öyrənirlər.  IV  siniflərdə  isə  mütəhərrik  oyunlar 

mürəkkəb  fiziki  hərəkətlərdən  ibarət  olur.  Oyun  qaydaları  çətinləşir, 

onları yerinə yetirmək intizam və dözüm tələb edir. 

Məktəbdə  keçirilən  oyunlarda  aparıcılıq  da  olmalıdır.  Aparıcı 

əsasən müəllim olur. Bəzən də fəal  uşaqlardan biri təyin olunur. Lakin 

bütün  oyunlarda  müəllim  diqqətli  olmalı,  oyunun  düzgün  və  maraqlı 

keçməsinə  çalışmalı  və  nəzarət  etməlidir.  Proqramda  bütün  yaş 



 

79 


qrupları üçün oyunlar verilmişdir. Bunların səmərəliliyi müəllimdən və 

idman  baza  şəraitindən  asılıdır.  İndi  də  oyunların  pedaqoji-tərbiyəvi 

mahiyyətini əyaniləşdirmək  məqsədi ilə xalq oyunlarından nümunələr 

verək: 


Tonqal  üzərində  tullanma.  Kütləvi  bayram  oyunlarından  biri 

«Tonqal 


üzərindən 

tullanma» 

oyunudur. 

 

Yazıçı-etnoqraf 



Y.V.Çəmənzəminli qeyd edir ki, XVI əsrdə «Tonqal üzərində üzərində 

tullanma»  oyununu  iştirakçılar  ayaqyalın  icra  edirdilər.  Gərgin  işdən 

sonra  kəndlilər  kəndin  mərkəzində  yerləşən  böyük  meydanda 

toplaşırlar. Oyunun hər bir iştirakçısı özü ilə saxsı qabda  taxıl gətirirdi. 

Böyük  tonqal  yandırılırdı.  Oyunun  bütün  iştirakçıları  əllərində  saxsı 

qabları tutaraq mahnı deyə-deyə tonqal başında dövrə vururdular: 

                           Atəşi, atəş, atəşə! 

                          Gizli, alovlu atəşə! 

                          Sirli, şəfalı atəşə, 

                          Yalanlar olsun atəşə! 

                          Torpağa, suya, atəşə! 

                          Havaya, suya, atəşə! 

                          

                         Qollu, budaqlı atəşə   

                          Yalanlar olsun atəşə! 

İştirakçı  saxsı  qabdakı  taxılı  dağıtmamaq  şərti  ilə  tonqal 

üzərindən  tullanmağa  çalışırdı.  Kim    tullana  bilmirdisə,  tonqalı 

tapdalayırdısa və yaxud taxıl dənəsini dağıdırdısa, oyundan çıxarılırdı. 

Rəhbər  tədricən  tonqalın  diametrini  genişləndirdi.  Oyunun  sonunda 

qalib  müəyyən  edilirdi  və  bütün  iştirakçılar  taxılını  ona  verirdilər.  Bu 

oyun  bizim  dövrümüzə  qədər  gəlib  çatmışdır.  «Tonqal  üzərindən 

tullanma»  oyununu  Azərbaycan  rayonlarında  indii  də  Novruz 

bayramlarında  görmək  olar.  Lakin  indi  oyun  ayaqyalın  iştirakçılarla 

keçirilmir.  Qalibə  saxsı  qablarda  taxıl  əvəzinə  rəngli  yumurta  və 

şirniyyat verilir. 

Çovkan.  Çovkan  oyunları  at  üstündə  böyük  meydanda 

keçirilirdi.  Təşkilatçılardan  biri  şərfi  qaldırır  və  musiqiçilər  şeypur 

çalırdılar. Sonra atlılar musiqi sədaları altında hər birində 3 atlı olan üç 

qrup meydana çıxır və dövrə vururlar. 1-ci qrup ağ, 2-ci qrup boz, 3-cü 

qrup  isə  qara  atlarda  çıxış  edirdilər.  Yarışın  baş  hakimi  meydanın 

kənarına bir neçə köməkçi hakim qoyurdu ki, onların da əsas vəzifəsi 

meydandan  çıxan  topu  götürüb  meydana  atmaq  idi.  Meydan  xəttinin 



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə