B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə25/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   21   22   23   24   25   26   27   28   ...   131

 

71 


 

 

                     



 

 

 IV FƏSİL 

 

Mütəhərrik oyunların növləri, xarakteristikası və  meydana 

gəlməsi 

 

PLAN 


 

4.1. Mütəhərrik oyunların növləri 

4.2. Mütəhərrik oyunların pedaqoji xarakteristikası 

4.3. Oyunların ictimai-siyasi hadisə olaraq meydana gəlməsi 

4.4. Oyun fiziki tərbiyənin mühüm vasitəsi kimi 

4.5.  Azərbaycan  mütəhərrik  oyunları  milli  mədəniyyətimizin 

tərkib hissəsidir 

4.6. Milli mütəhərrik oyunların təsnifatı 

 

 

ƏDƏBİYYAT 



 

1.E.F.Acalov.  Azərbaycanda  bədən  tərbiyəsi  və  idmanın  inkişaf 

tarixi. Bakı, «Maarif» nəşriyyatı, 1985-ci il. 

2.A.M.Nəbiyev.  El  nəğmələri  xalq  oyunları.  Bakı,  Azərbaycan 

Dövlət nəşriyyatı, 1988-ci il.  

3.H.H.Ağayev,  S.S.Hüseynov.  Azərbaycan  uşaq  mütəhərrik 

oyunlar. Bakı, «Maarif» nəşriyyatı, 1989-cu il. 

4.B.S.Quliyev.  Fiziki  tərbiyənin  nəzəri-metodik  və  praktik 

işlərinin əsasları. Bakı, «ADPU» nəşriyyatı, 2010-cu il. 

5.Uroki fiziçeskoy kulğturı v IV-VI klassax (Q.P. Boqdanovanın 

ümumi redaktəsi ilə). Moskva, «Prosvehenie» nəşriyyatı, 1979-cu il. 

6.  Fiziçeskaə  kulğtura  v  şkole.  Metodika  urokov  v  4-8  klassax 

(Z.İ.Kuznetsovanın  redaktəsi  ilə),  Moskva,  «Prosvehenie»  nəşriyyatı, 

1972-ci il. 



 

 


 

72 


IV FƏSİL 

 

Mütəhərrik oyunların növləri, xarakteristikası və meydana 

gəlməsi 

 

 



4.1.  Mütəhərrik oyunların növləri 

 

Fiziki tərbiyənin mühüm vasitələrindən biri də oyunlardır. Oyun 

uşaqların əqli və fiziki cəhətdən inkişafına, əxlaq və əmək tərbiyəsinə 

müsbət  təsir  göstərir.  Uşaq  oyunda  necədirsə,  böyüyəndə  də  elə 

olacaqdır. 

Uşaqlar  oyun  vasitəsilə  hərəki  fəaliyyətə  və  müəyyən 

hərəkətlərin icrasına düşüncəli surətdə yiyələnə bilirlər. 

Mütəhərrik  oyunlar  vəziyyət  və  şəraitdən  asılı  olaraq  adamın 

vəziyyətdən  tezliklə  çıxmasına  kömək  göstərir,    cəldliyi,  çevikliyi, 

sürəti  inkişaf  etdirir,  fiziki  cəhətdən  təkmilləşməyə  zəmin  yaradır 

(Xüsusən o, yarış formasında keçiriləndə). 

Oyun  uşaqlara  kollektivdə  özünü  necə  aparmaq  qaydasını 

öyrədir,  öz  şəxsi  mənafeyini  ümumi  mənafeyə  tabe  etdirmək  vərdişi 

aşılayır.  O,  həm  də  iradəli,  hünərli  olmağı  tərbiyə  edir,  düzgün  və 

müstəqil hərəkət etməni öyrədir. 

Oyunlar  uşaqlarda  dərketmə  qabiliyyətini  yüksəldir,  onların 

gündəlik əlaqədə olduğu canlılarla tanış edir. 

Oyun  həm  də  tərbiyə  vasitəsi  olub,  nitqin,  zehnin  inkişafına 

kömək  edir,  təşəbbüskarlığı  yüksəldir,  gümrah  və  çevik  olmağa  təsir 

göstərir. 

Oyunlar  hər  bir  xalqın  tarixi  keçmişi  ilə,  yaşadığı  cəmiyyətin 

quruluşu,  inkişafı,  mahiyyəti,  məqsədi  və  onun  qarşısında    duran  

vəzifələrlə  sıx  əlaqədar olub böyüməkdə olan nəslin  həyat dönəmi, 

hərəkətverici, 

ruhlandırıcı, 

gücü 


və 

qüdrətlidir, 

həm 

də 


şəxsiyyətyönümlü  formalaşmasının  mənbəyidir.    Oyunlar  bir  mənalı 

deyil,  çoxşaxəli  səciyyə  daşıyır,  ictimai-siyasi,  sosial,  mənəvi  məqsəd 

güdməklə, eyni zamanda bütöv bir xalqın, millətın, dövlətin və onları 

özündə cəmləşdirən sivill mədəni hərəki vasitələrdən hesab edilir.  

Oyunların  çoxmənalılığı  tarixi  keçmişi  əks  etdirməsi,  döyüş  və 

mübarizə səhnələrini təsvir etməsi, güc, cəldlik, çeviklik,  dözümlülük 

nümayiş  etdirməsi,  nəticə,  məqsədyönümlü  olması  və  tarixi 



 

73 


məqamlarla  yanaşı,  yer  adı  ilə,  göy  cisimləri  və  idman  rekordları, 

yüksək idman nəticələri ilə də əlaqədardır. Məsələn, «qədim oyunlar», 

«olimpiya  oyunları»,  «idman  oyunları»,  «qaçışla»,  «tullanmaqla», 

«atmalarla»,  «tullamalarla»,  «maneələri  dəf  etməklə»,  «müdafiə 

olunmaqla»,  «hücum  etməklə»,  «sərrast  atıcılıqla»  «dırmanmaqla», 

«dırmanıb  aşmaqla»  oyunlar  və  s.  Qeyd  etməliyik  ki,  oyunların 

çoxmənalığı  yalnız  söylənilənlərlə  tamamlanmır,  müstəqil  fikir 

söyləməyi  və  düşünməyi,  sərbəst  həyat  tərzi  sürməyi,  fəal  həyat 

mövqeyi  tutmağı  aşılayan  oyunlarda  vardır.  Bunlarla  bərabər,  sərbəst 

yaradıcılıq  və  tədqiqatçılıq,  axtarıcılıq  qabiliyyətini  inkişaf  etdirən, 

təbiətlə,  həyatla  bağlı  olan  faktları  toplayıb  təhlil  etmək, 

ümumləşdirmək,  sinif  yoldaşları  və  müəllimi  ilə  ortaq  bir  məxrəcə 

gəlməyi,  nəticə  çıxarmağı  bacarmağa  kömək  edən  müxtəlif  növ, 

rəngarəng,  olduqca  maraqlı,  uşaq  və  yeniyetmələr  tərəfindən  sevilən, 

dönə-dönə oynanılan, aktiv istirahəti, gəzintini və səyahəti təmin edən 

oyunlarda  mövcuddur.Yadda  saxlamaq  lazımdır  ki,  hərəki  oyunlarla 

bərabər,  şagirdlərin  idrak  fəallığını  artıran,  onların  zehnini  inkişaf 

etdirən,  təlimdə  mənimsəmənin  sürətini  artıran,  fizika  üzrə  habelə 

riyazi,  memarlıq,  inşaatçılıq  qabiliyyətlərinin  formalaşmasında 

yardımçı  olan  əyləncəli  oyunlara  da  rast  gəlmək  mümkündür.  Asudə 

vaxtın  şən  və  gümrah  keçməsi  üçün  otaq  içində  oyunlar,  yığma 

fiqurlar,  cəlbedici  attraksionlar,  tapmacalar  və  yanıltmaclar  da  vardır 

ki,  bütün  bunlar  bilavasitə  olsa  da  şagirdlərin  həyat  üçün  vacib  olan 

qabiliyyətləri  (çevikliyi,  iradə  möhkəmliyini,  gücü,  cəldliyi, 

davamlılığı  və  s.)  inkişaf  etdirir,  idrak  fəaliyyətinin  daha  da 

yüksəlməsinə səbəb olur, həyata mübarizliyini artırır. 

Oyunların təhlili nəticəsində belə bir qənaətə gəlmək olur ki, bir 

çoxlarının  düşündüyü  kimi  O  sadəcə  olaraq  oyun  deyil,  ümumbəşər 

mədəniyyətinin elementini təşkil etməklə insanların həyatının ayrılmaz 

hissəsi  kimi  onu  inkişaf  etdirmiş,  formalaşdırmış,  cəmiyyətin 

mahiyyəti və vəzifələrindən irəli gələn məqsədə istiqamətləndirmişdir. 

Oyunlar həyat dönəmində ictimai quruluşun daimi marağı və mənafeyi 

çərçivəsində  olmuşdur.  Bu  həm  siyasi  və  həm  də  iqtisadı  baxımdan 

özünü  təsdiqləmişdir.  Oyun  vasitəsi  ilə  cəldlik  və  çevikliyə, 

dözümlülüyə,  ibtidai  hərbi-döyüş  texnikasına  yiyələnir,  güc,  təcrübə 

toplayıb  onların  tətbiqinə  müvəffəq  olmaq  məqsədi  ilə  cəhdlər 

göstərməyi öyrənir, gərgin vuruş səhnəsini yaratmaq ondan baş çıxarıb 

qalib  gəlmək,  başqalarına  əyani  nümunə  olmaq  və  s.  vətənpərvərlik, 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə