B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə22/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   18   19   20   21   22   23   24   25   ...   131

 

62 


Nizami,  Əhvədi,  Tusi,  Nəsimi,  M.Naxçıvani  və  başqaları,  dünyada 

şöhrət  qazanmış  klassik  əsərlərində  qəhrəmanlarının  əqlən  və  fiziki 

cəhətdən  kamilləşməsi,  sağlam  düşüncəyə  malik  olması  sahəsində 

qorxmazlıq, cəsurluq, hünər və vətənpərvərlik göstərməsini xüsusi bir 

həvəslə qələmə almışlar. 

Böyük Nizami «bədənin əsasının möhkəm olması»na görə «əldə 

qələmin  düzgün  işləməsi»ni    göstərmiş,  fiziki  cəhətdən  möhkəm  və 

sağlam  adamların  «halldəyişməz»,  «həvəsi  yerində»,  «damağı  çağ» 

olar  demişlər.  Nizami  fiziki  möhkəmliyi  saf  idrakla  qoşa  görür.  Şər 

qüvvələrə qalib gəlməkdə onların vahidliyini təsdiqləyərək yazır: 

                          

                          Sanki həmcins imiş bu iki qüvvət, 

                          Nə çıxsa qarşıya, məhv edər əlbət. 

 

O, fiziki tərbiyəyə dərin fəlsəfi, tibbi məna verir, sağlam bədəndə 



sağlam ruh olar deyirdi: 

 

                          Bədən sağlam olsa, saf olar söz də, 



                          Süst adam süst olar, bədən də, söz də. 

                          Bədən xəstə olsa, belədir sonu, 

                          Sərv olsa da, azar yatırar onu. 

                          Neyləyir özünə özü xəstənin

                          Xəstə olar, fikri, sözü xəstənin. 

                                               («Xosrov və Şirin»). 

 

Uşaqların  fiziki  tərbiyəsinin  tərkib  hissəsi  olan  oyunlar,  onların 



sağlamlığını möhkəmləndirir. 

Mütəhərrik  oyunlarla  məşğul  olmaq  orqanizmin  düzgün 

inkişafına  kömək  edir,  qamətin  formalaşmasına  zəmin          yaradır. 

Bundan 


əlavə, 

mütəhərrik 

oyunlar 

sümük-bağ 

aparatını 

möhkəmləndirir,  əzələləri  çevikləşdirir,  oynaqların  mütəhərrikliyini 

artırır,  ciyərlərin  həyat  tutumunu  artırır,  ürəyin  fəaliyyətini  yüksəldir. 

Bu  oyunlar  qan  dövranını  fəallaşdırır,  sinir  sistemini  tənzim  edir, 

maddələr  mübadiləsini  yaxşılaşdırır,  normal  yuxunu,  asudə  vaxtın 

səmərəli  keçməsini  təmin  edir.  Bununla  belə,  anatomik-fizioloji  və 

pedaqoji-didaktik  prinsiplərə  əsaslanmayan,  ilk  növbədə  iştirakçıların 

yaşına və fiziki hazırlığına uyğun olmayan oyunlar xeyirdən çox zərər 

verir.  Belə  hallarda  maraq  sönür,  əzələ  gərginliyi,  təngnəfəslik  əmələ 



 

63 


gəlir,  ürəyə  və  ciyərlərə  artıq  yük  düşür,  fiziki  hərəkətlərin  ümumi 

dinamikası pozulur. 



Mütəhərrik  oyunların  təhsil  əhəmiyyəti.  Fiziki  tərbiyə  fənni 

təhsil-tərbiyə fənni kimi onun tərkib hissəsi olan  mütəhərrik oyunların 

əhəmiyyəti  böyükdür.  Oyunlar  uşaqların  həyatı  dərk  etmək  üçün 

yoldur.  Oyunlar  uşaqlarda  dərketmə,  qavrama,  yadda  saxlama,  nəticə 

çıxarma, qərar qəbuletmə, təhlil etmə kimi mühüm keyfiyyətlər tərbiyə 

edir. 


Məlumdur ki, təlim uşaqlardan gərgin zehni fəaliyyət tələb edir. 

müəyyən  təlim  saatlarındandan  sonra  uşaqlarda  zehni  yorğunluq  baş 

verir.  Həmin  yorğunluğu  aradan  qaldırmaq  üçün  beyinə  fəal  istirahət 

vermək  lazımdır.  Bu  baxımdan  açıq  havada  keçirilən  mütəhərrik 

oyunlar  mühüm  əhəmiyyət  kəsb  edir.  Oyun  zamanı  uşaqlar  nisbətən 

müstəqil  hərəkətlər  icra  edir,  bəzəndə  istədiyi  kimi  oynayır,  şənlənir, 

bir-biri  ilə  zarafatlaşır,  şeir  söyləyir,  tapmaçalar,  yanıtmaclar  danışır, 

atılıb-düşür,  müxtəlif  ev  və  yaxud  vəhşi  heyvanları  yamsılıyır, 

akrobatika  və  attraksion  hərəki  elementlərini  yamsılayırlar.  Onlar 

beləliklə, açıq havada lazımi qədər oksigen qəbul edirlər ki, bu beynin 

fəaliyyətini  qidalandırır.  Nəticə  etibarilə  beyinə  istirahət  verilməklə 

uşaqların  əhval-ruhiyyəsi  yüksəldilir.  Yorğunluq  aradan  qaldırılır, 

beynin fəaliyyəti artırılır.  

  Uşaqlar  hələ  bağça  yaşlarında  oyun  vasitəsilə  dünyaya  göz  

açır.   Məktəb   illərində   isə  konkret   şəraitdə,   ardıcıl       

olaraq oyun oynamaqla təkmilləşir və fiziki baxımdan kamilləşir. 

Məktəbli uşaqlar digər fənləri yaxşı oxumaq üçün sağlam olmalı, 

bunun  üçün  də  oyunla  məşğul  olmalıdır.  Oyun  uşaqlara,  həm  də 

iradəlilik,  mətnlik,  cəsarət,  vətənpərvərlik,  kollektivçilik  və  s. 

keyfiyyətlər aşılayır. 

Düşünülmüş  və  yaxşı  təşkil  edilmiş  oyunlar  məktəbliləri  elmi 

cəhətdən  silahlandırır.  «Kosmonavtlar»,  «Sərhədçilər»,  «Qalanın 

müdafiəsi»,  «Qalanın  alınması»,  «Şaxta  və  günəş»,  «Bənövşə»  və  s. 

oyunlar  uşaqlara  xüsusi  biliklər  verməklə  yanaşı,  onlarda  Vətənə 

məhəbbət,  kollektivin  mənafeyini  qorumaq  kimi  zəruri  keyfiyyətlər 

aşılayır. 

Oyunların  çoxu  texnika,  təbiət,  coğrafiya,  astronomiya  və  hətta 

riyaziyyatla da əlaqədardır. Belə oyunlar uşaqlara müvafiq bilik verir, 

onları elmi cəhətdən məlumatlandırır. 



 

64 


Mütəhərrik oyunların tərbiyəvi əhəmiyyəti. Təhsili tərbiyədən 

ayrı  təsəvvür  etmək  olmaz.  Bunlar  ümumtəhsil  məktəblərinin  ümdə 

vəzifəsidir.  Təhsil  və  tərbiyə  işləri  paralel  aparılmalıdır.  Məktəbdə 

təhsil-tərbiyənin  müxtəlif vasitələri vardır. Şagirdlərin fiziki tərbiyəsi, 

o cümlədən oyunlar, idman tərbiyənin mühüm vasitələrindəndir. 

Oyunlar  həyatı  xarakter  daşıyır.  Onlar  yaşayışımızın  bu  və  ya 

digər  hadisələri  ilə,  ictimai  varlıqlarla,  məişətlə,  əməklə  bağlıdır. 

Buradan  belə  nəticə  çıxır  ki,  düzgün  seçilmiş  və  yaxşı  təşkil  olunmuş 

oyunlar  təhsil  və  tərbiyənin  tam  bir  kompleks  məsələlərini  həll  edən 

başlıca vasitələrdəndir. 

Oyunun    təlim    əhəmiyyəti    ilə  yanaşı  təlim  üçün  çox  vacib 

tərbiyəvi  faydası  da  vardır.  Təlimdə  uşaqların  təmkinli,  səbirli, 

dözümlü olması onun səmərəli keçməsinə müsbət təsir göstərir. Oyun 

uşaqların  iradəsinin  möhkəmləndirilməsində  əvəzsiz  vasitələrdən 

sayılır.  Çünki,  uşaqlar  oyun  zamanı  qarşıya  qoyulmuş    məqsədi    və  

vəzifələri    həyata    keçirməkdən                ötrü    ciddi  hərəki  səylər 

göstərməli,  fəaliyyətindən  məqsədyönlü  maksimum    yararlanmalıdır. 

Nəyin bahasına olur- 

olsun bunun üçündə o, topu istənilən yerə düzgün olaraq atmalı, 

lazım  gəlsə  onu  qapıdan  keçirməli,  «rəqib»in  hücumlarının  qarşısını 

almaq  üçün  möhkəm  müdafiə  qurmalı,  bəzən  də  güclü,  sürətli,  cəld, 

çevik,  gözlənilmədən  müvafiq  kombinasiyalar  quraraq  hücuma 

keçməli,  qarşı  dəstəni  məğlub  etməli,  onlardan  xal  toplamaqla  uğur 

qazanmalıdır.  Qalib  gəlmək  həmlələrin-səylərin  nəticəsində  baş  verə 

bilər.  Bütün  səyləri  toplamaq,  məqsədə  yönəltmək  isə  möhkəm 

iradənin və digər hərəki qabiliyyətlərin əlamətidir. 

M.A.Muradxanov  təlimdə  iradənin  və  oyunun  isə  iradənin 

möhkəmləndirilməsində  zəruri  vasitələrdən  hesab  edərək  göstərmişdi 

ki, … iradə isə təlimdə və eləcə də əməkdəki çətinliklərə qalib gəlmək 

və  özünü  tərbiyə  ilə  məşğul  olmaqda  həlledici  rol  oynayır.  İradi 

gərginlik  sərf  etmədən,  qarşıya  çıxan  çətinliklərə  qalib  gəlmək  üçün 

səy  göstərmədən  təlimdə,  əməkdə  müvəffəqiyyət  qazanmaq  olmaz. 

Habelə  öz  xasiyyətindəki  qüsurlarla  mübarizə  etmək  üçün  möhkəm 

iradəyə  malik  olmaq  lazımdır.  Müəllim  oyun  və  eləcə  də  təlim 

prosesində  inkişaf  etdirilmiş  bu  uşaq  iradəsinə  düzgün  istiqamət 

verərsə, təlim-tərbiyə işində böyük müvəffəqiyyət əldə edə bilər.  

Oyunun  tərbiyəvi  əhəmiyyəti  deyilənlərlə  yanaşı  uşaqlarda 

valideynlər  və  istərsə  də  müəllim  tərəfindən  tapşırılmış  iş  üçün 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə