B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə21/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   17   18   19   20   21   22   23   24   ...   131

 

59 


  Tam orta təhsil yaş dövründə yaddaş kifayət qədər inkişaf etmiş 

olur.  Həmin  yaşlarda  yaddaşı  daha  da  inkişaf  etdirmək    və 

möhkəmləndirməyə ehtiyac böyükdür. Bunun üçün də tədris vaxtı bu 

məsələyə  diqqəti  artırmalıdır.  Hər  şeydən  əvvəl  tədris  prosesində 

yaddaşı  bərpa  edən  və  ya  onu  inkişaf  etdirən  hərəkəti  tədris 

materiallarına  daxil  edilməlidir.  Bundan  əlavə,  hərəkətlərin  ayrı-ayrı 

detalları,  idman  oyunlarının  isə  fəndləri,  taktiki  situasiyaları 

şagirdlərdə  vərdiş  halına  salınmalıdır.  Nəhayət,  hərəkətlər  təxminən 

bütövlükdə  mənimsənilənə  qədər  icra  edilməli,  oyunlar  isə  oyun 

fəndlərinə  şagirdlərin  mükəmməl  yiyələnməsi  anına  kimi  təkrar 

olunmalıdır.  Şagirdlərin  yaddaşının  möhkəmləndirilməsi  və  inkişaf 

etdirilməsi  məqsədi  ilə  yuxarıda  göstərdiyimiz  pedaqoji-psixoloji 

amillərə  təsadüf  hallarda  deyil,  ardıcıl  və  sistemli  surətdə  əməl 

olunmasına ciddi səy göstərilməlidir.  

Məktəb  təcrübəsi  əsasında  müəyyənləşdirilmişdir  ki,  yuxarı 

siniflərdə  hər  hansı  bir  mürəkkəb  fiziki  hərəkət  və  oyunlar  yüksək 

sürətlə,  templə,  ritmlə,  böyük  qüvvə  və  güc  sərf  etməklə  yerinə 

yetirilirsə,  bütün  bunlar  şagirdlərin  yaddaşında  istənilən  səviyyədə 

həkk  olunmur.  Belə  ki,  müxtəlif  növ  mürəkkəb  hərəkət  və  oyun 

kombinasiyaları onlar yadlarında saxlamaqda çətinlik çəkirlər. Burada 

hərəkət və oyunlara şagirdlər tərəfindən dərindən müşahidə və nəzarət 

edilməsi,  təhlil  aparılması  (öz  üzərində  və  başqaları  üzərində)  əyani 

vəsaitlərdən  və  texniki  vasitələrdən  (idman  kino-filmləri,  maqnitafon, 

radio-televiziya  verilişləri  və  i.a.)  istifadə  olunması  faydalıdır  və  bu 

fiziki  tərbiyə  təliminin  keyfiyyətinə  müsbət  təsir  göstərir,  texniki 

fəndlərin icrasını asanlaşdırır. 

Tam  orta  yaşlı  şagirdlərdə  iradə  möhkəmliyi  onların  tədris 

fəaliyyətində  mühüm  rol  oynayır.  Buna  görə  də  fiziki  tərbiyənin 

qarşısında  duran  başlıca  vəzifələrdən  biri  onların  iradi  cəhəidən 

formalaşdırılmasından  ibarətdir.  Bu  problemin  vaxtında  həllində 

şagirdlərin  düzgün  qiymətləndirilməsi  və  rəqbətləndirilməsinin  böyük 

əhəmiyyəti  vardır.  Hər  bir  şagird  bu  yaşlarda  blməlidir  ki,  o  nəyi 

bacarır  və  nəyə  qadirdir,  onun  noqsanları  vardırmı  və  bu  nöqsanlar 

hansılardır. 

 Müəllim  şagirdlərin  buraxdıqları  nöqsanları  göstərərkən  çox 

diqqətli olmalı, onlar aydın surətdə deyilməli və izah edilməli,  habelə  

konkret    və    inandırıcı    olmalıdır.    Əks  təqdirdə  həmin    yaşda    olan 

şagirdlərdə  mərdlik,  cəsarətlilik,          inadkarlıq  arzu  edilən  dərəcədə 




 

60 


olmadığından onlar hərəkətləri icra etməkdən, oynamaqdan imtina edə 

bilərlər. Qeyd etməliyik ki, yuxarı sinif şagirdlərinin iradəsinin inkişaf 

etdirilməsi  və  daha  da  möhkəmləndirilməsində  müxtəlif  növ  və 

müxtəlif miqyaslı maraqlı idman yarışları və bədən tərbiyəsi-sağlamlıq 

tədbirlərinin təşkili və keçirilməsi də zəruridir. Bu işin müvəfəqiyyətli 

həlli planlaşdırmadan asılıdır. 

Fiziki 

tərbiyə 


prosesinin 

optimallaşdırılmasında 

idrak 

fəallıqlarının yüksəldilməsi xüsusi zərurət kəsb edir. Yuxarı siniflərdə 



isə  şagirdlərin  əqli  fəaliyyəti  normal  inkişaf  etdiyindən  onlarda 

məqsədyönlülük,  psixoloji  cəhətdən  özünü  cilovlayıb  əsas  tədris 

məqsədinə  yönəltmək,  şifahi  və  yazılı  şəkildə  fikrini  ifadə  etmək, 

müəyyən  bir  məsələni  təhlil  edib  nəticə  çıxarmaq  qabiliyyətinə 

malikdir. Eyni zamanda onlarda gün rejimini, xüsusən. hərəkət rejimini 

düzgün  təşkil  edib  həyata  keçirmək  və  sairə  ən  vacib  psixoloji 

keyfiyyətlər inkişaf etmişdir.  

Bədən  tərbiyəsi  müəllimi  peşəyönümü  üzrə  seçdikləri  ixtisasa 

uyğun  olan  fiziki  hərəkətləri,  fiziki  tərbiyə  dərsləri,  gün  rejimində 

keçirilən 

bədən 

tərbiyəsi-sağlamlıq 



tədbirləri, 

sinifdənkənar, 

məktəbdənxaric  və  ümumməktəb  üzrə  keçirilən  idman  tədbirləri 

vasitəsi  ilə  də  reallaşdırmalıdır.  Bütün  bunlar  şagirdlərin  idrak 

fəaliyyətinin  daha  da  gücləndirilməsinə,  fiziki  inkişafının  və  fiziki 

hazırlığının yüksəlməsinə yekun mərhələdə isə ümumtəlim nəticələrinə 

öz müsbət təsirini göstərə bilər.  

 

 



 

 

 



 

 

 



 

 

İkinci bölmə 



 

MÜTƏHƏRRİK OYUNLAR 

 

III FƏSİL 


 

61 


 

Mütəhərrik oyunların pedaqoji mahiyyəti və təşkili yolları 

 

 



PLAN 

 

3.1. Mütəhərrik oyunların əhəmiyyəti  

3.2. Görkəmli pedaqoqlar oyunlar haqqında 

3.3. Oyunların təşkili yolları  

 

 

 



ƏDƏBİYYAT 

 

1.H.H.Ağayev. 



Azərbaycan  mütəhərrik  oyunları.  Bakı, 

Uşaqgəncnəşr, 1958-ci il. 

2.E.F.Acalov.  Azərbaycanda  bədən  tərbiyəsi  və  idmanın  inkişaf 

tarixi. Bakı, «Maarif» nəşriyyatı, 1985-ci il. 

3.R.Y.Rəsulov,  R.M.Baxşəliyev.  İbtidai  siniflərdə  mütəhərrik 

oyunları. Bakı, 1985-ci il. 

4.B.S.Quliyev.  Fiziki  tərbiyənin  nəzəri-metodik  və  praktik 

işlərinin əsasları. Bakı, «ADPU» nəşriyyatı, 2010-cu il. 

5.L.V.Bıleeva, 

İ.M.Korotkov. 

Podvijnıe 

iqrı. 


Moskva, 

«Fizkulğtura i sport», 1982-ci il.  

6.Fiziçeskaə  kulğtura  v  şkole  metodika  urokov  v  I-III  klassax 

(Q.P.Boqdanova  -nın  ümumi  redaktəsi  ilə),  Moskva,  «Prosvehenie» 

nəşriyyatı, 1971-ci il.  

 

 



III FƏSİL 

 

Mütəhərrik oyunların pedaqoji mahiyyəti və  

təşkili yolları 

 

3.1. Mütəhərrik oyunların əhəmiyyəti 

 

Mütəhərrik  oyunların  sağlamlıq  əhəmiyyəti.  Orta  əsrlərdə 

yaşamış  böyük  mütəfəkkir,  filosof-alim  və  şairlərimizdən  Xaqani, 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə