B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə29/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   25   26   27   28   29   30   31   32   ...   131

 

83 


Bu oyunlarda at üstündə gimnastika hərəkətləri edənlər, kəndir üstündə 

dayanmaq bacarığına malik olanlar yarışa bilərlər. 

Azərbaycan xalq oyunları-rəqsdaxili («Yağış yağdıraq», «Küləyi 

çağıraq»,  «Küləyi  kəsək»  və  s.),  mərasim  («Qodu-qodu»,  «Kosa-

kosa»,  «Fincan-fincan»  və  s.),  məişət  («Habudu  getdi»,  «Şahbud 

getdi»,  «Yoldaş,  səni  kim  apardı»,  «Bənövşə-bənövşə»,  «Qundaq-

qundaq»,  «Beş-onbeş»  və  s.)    və  digər  oyunlar  cəmiyyət  dəyişdikcə 

onlarda  ilkin  zəruriyyət  formasını  dəyişərək  yeniləşdirilmiş  asudə 

vaxtlarda  istirahət,  əyləncə  mahiyyətini  daşımışdır.  Zaman  keçdikcə  

xalq  oyunları  daha  ciddi  şəkil  alaraq,  məqsəd,  məzmun  və  formaca 

xeyli zənginləşdirərək cəldlik və  çevikliyi, yüksək humanist duyğuları 

inkişaf  etdirmiş,  böyüməkdə  olan  nəslin  dərketmə  qabiliyyətini 

artırmış, 

düşüncə 


tərzini 

dərinləşdirmiş, 

sağlamlığını 

möhkəmləndirmiş, onları ölkənin müdafiəsinə hazırlamışdır. 

Xalq  pedaqogikasının  tədqiqatçı  alimlərindən  Ə.Həşimov  və 

F.Sadıqov  yazır  ki,  Azərbaycan  xalq  pedaqogikası  ən  qiymətli 

yadigarları  sırasında  milli  oyunların  da  özünəməxsus  yeri  var. 

Ulularımızın  yaratdıqları  xalq  oyunlarının  əksəriyyəti  tarix  boyu  ən 

dəyərli  sərvətlər  kimi  qorunmuş  zaman-zaman  təkmilləşdirilmiş  və 

gəlib  çağdaş  dövrümüzə  çıxmışdır.  İnsanın  bir  şəxsiyyət  kimi 

formalaşmasında  onlar  müstəsna  rol  oynayır.  Xüsusilə  uşaqlar  üçün 

oyun ciddi tərbiyə vasitəsidir, fiziki kamillik məktəbidir. 

   Milli  oyunların  bir qismi  həssaslıq,  mütəşəkkillik,  intizamlılıq   

kimi    mənəvi  sərvətlərin    formalaşmasına,  bir  qismi  nitqin  inkişafına, 

uşağın söz ehtiyatını zənginləşdirməyə, bir qismi dözümlülük, qocalıq, 

cəldlik,  təbii,  iradi  fiziki  keyfiyyətlərin  təşəkkülünə,  başqa  qismi 

fəhmin,  fərasətin,  zövqün,    gözəllik  hissinin  tərbiyəsinə  xidmət  edir. 

Uşağı  əməyə,  ailə  həyatına,  ətraf  mühitin  təmizliyini  qorumağa 

hazırlayan xalq oyunlarıda az deyildir. Azərbaycan Milli oyunları həm 

əqli,  həm  də  fiziki,  əxlaqi,  estetik,  ekoloji,  iqtisadi  və  əmək  tərbiyəsi 

baxımından son dərəcə qiymətli sərvətlərdəndir».

4

 



Milli oyunlar növ etibarı ilə də rəngarəngdir və insanın bütün yaş 

dövrlərini  əhatə  edir.  İstər  uşaqlar,  istərsə  də  yeniyetmələr,  gənclər, 

qızlar,  gəlinlər,  yaşlı  kişi  və  qadınlar  üçün  onlarca,  yüzlərcə 

oyunlarımız  vardır.  Onların  əksəriyyəti  vaxtı  ilə  xalqın  ayrı-ayrı 

                                                 

4

 Я.Щяшимов, Ф.Садыгов. Азярбайъан халг педагоэикасы антолоэийасы. 

Бакы, 1993, сящ.46-47. 



 

84 


sahələrdəki  ayin,  mərasim  və  ənənələrinə  əsaslanaraq  yaradılmış, 

getdikcə dünyaviləşmiş, xalq məişəti ilə həyatı ilə əlaqədar olaraq real 

məzmun  kəsb  etmişdir».

5

  «Vur  nağara,  çıx  qırağa»,  «Bənövşə,  bəndə 



düşə»,  «Səməndər,  ay  Səməndər»,  «Əlimi  bıçaq  kəsibdir»,  «Adı 

gözəl», «Qurd və çoban» və s. belə oyunlardandır.  

Oyunlar  xalq  həyatının  çox  müxtəlif  cəhətlərini-inkişaf 

mərhələlərini,  ilkin  həyat  şəraitini,  görüş  və  etiqatlarını,  mərasimlər 

dünyasını  əks  etdirən  janrlardan  biridir.  Xalq  oyunları  ən  qədim 

dövrlərdən  xalqın  məişət  həyatını,  əyləncə  dünyasını  əks  etdirmək 

baxımından  da  maraq  doğurur.  Elə  oyunlar  vardır  ki,  ən  qədim 

dövrlərdən  xalqın  arzu  və  idealını  müəyyənləşdirmək  məqsədilə 

yaranmış  və  bu  günə  qədər  gəlib  çatmışdır.  Başqa  janrlardan  fərqli 

olaraq oyunlarda xalqın ümumi əhval-ruhiyyəsi,  psixoloji anı, zülm və 

istismar dünyasına münasibəti çox aydındır».

6

 



Bəzi  mənbələrdə  oyunların  yaranma  tarixinə  də  rast  gəlirik.   

İbn-Əl-Əsif «Əl-kamil fi-t-tarix» əsərində) yazır: «Hələ  113- cü  ildə 

(731  -  732-ci    illərdə)        Azərbaycanın  qadın  döyüşçüləri  xalq 

oyunlarında  çox  həvəslə  iştirak  edirdilər».  Buradan  aydın  olur  ki, 

Azərbaycanda xalq oyunlarında    kişilərlə bərabər qadın və qızlar da 

iştirak  etmişlər.  N.Gəncəvinin  «Xəmsə»sinə  XVI  əsrdə  çəkilmiş  bir 

miniatürdən  də  bunu  görmək  olur.  Həmin  miniatürdə  başda  Şirin 

olmaqla,  Azərbaycan  qadınları  Xosrov  şahla  çovkan  oyununda 

yarışırlar.  Burada  oyunçulardan  yüksək  ustalıq    tələb  edən 

keyfiyyətlərdə-əla  at  çapmaq,  topu  yoldaşa  ötürmək,  yarış  vaxtı 

tamaşaçılara və oyunçulara toxunmamaq  və s. kimi qaydalardan bəhs 

olunur. 


Nizami  öz  məşhur  «Xəmsə»sində  xalq  oyunlarını,  idmanı 

tərənnüm etdirmiş, Azərbaycanın yalnız igid oğullarının deyil, həm də 

igid  qızlarının  at  çapmasından,  ox  atmasından,  qılınc  oynatmasından, 

çovkan oynamasından, ölkəni ağılla, kamalla idarə etməsindən söhbət 

açmışdır: 

 

                          Dişi Aslan kimi yetmiş nəfər qız 



                                                 

5

 Я.Султанлы, Азярбайъан драматурэийасынын инкишаф тарихиндян. 

Бакы, 1969, сящ. 62. 

6

 А.Нябийев. Ел няьмяляри халг ойунлары. Бакы, Азярбайъан Дювлят 

няшриййаты, 1988, сящ.134. 


 

85 


                          Şirinin yanına gəldi qayğısız. 

                          Cürətdə hər biri bir İsfəndiyar, 

                          Rüstəm Zal kimi ox atandırlar. 

                          Çovkan oynamaqda çox çevikdilər, 

                          Göydən qapardılar topu müxtəsər. 

Yaxud: 


                          Yerindən sıçrasa günəşə Sarı, 

                          Yeddi qatlı göydən qalxar yuxarı. 

                          Paltar geyinmişdir kişilər kimi, 

                          Düzlərdən keçirdi qoçaq ər kimi. 



                                                 («Xosrov və Şirin») 

 

deməklə,  Şirinin  simasında  cəsur,  hünərli  və  ağıllı,  qeyrətli 

Azərbaycan qadını surəti yaratmışdır. 

Nizami  «Yeddi  gözəl»  poemasında  gücün,  cəsurluğun  və 

sağlamlığın gərgin fiziki məşq edib vərdişlər aşılaması ilə sıx əlaqədar 

olduğunu anlatmışdır. Bəhram şah şücaətini göstərərək, qaçan maralın 

ayağını  qulağına  yapışdırır  və  bunu  qəhrəmanlıq  hesab  edirsə,  ağıllı 

Fitnə  isə  bunu  idmanla,  məşqetmə  nəticəsində  yaranmış  vərdiş  kimi 

qiymətləndirir.  

Şah bundan bərk qəzəblənib Fitnəni saraydan uzaqlaşdırır. Fitnə isə öz 

dediyinə qərarlıdır.  Bunu Bəhram şaha sübut etmək məqsədilə buzovu 

hər gün çiynlərinə götürərək dama qaldırıb və aşağı endirməklə məşq 

edir. 

                        



                          Nəhayət, bu buzov bir öküz oldu, 

                          Gəldi altı il düz tamam oldu, 

                          Hər gün sənət oldu o güləndama 

                          Çıxarmaq öküzü tövlədən dama, 

                          Eylədi eləcə bu işdə adət

                          Yükündən görmədi zərrə əziyyət. 

                          Öküz böyüdükcə, artdıqca əti, 

                          Qızın da artırdı gücü, qüdrəti. 

                          Qalxdı pillələri o bir-bir dama, 

                          Gəldi taxt önündə baxdı Bəhrama. 

                          Təəccüb eyləyib, heyran qaldı şah». 

 



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə