B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə28/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   24   25   26   27   28   29   30   31   ...   131

 

80 


arxasında  əllərində  çovkan  tutmuş  oyunçular  dururdu.  Hakim  şərfi 

yelləyir və oyunun başlanmasına icazə verirdi. Atlılar atılmış topa tərəf 

çaparaq topu çovkana götürür və öz cəldliyini, at üstündə topa nəzarət 

etmək  bacarığını  nümayiş  etdirir,  meydanda  dövrə  vurarkən  topu 

xəlifənin ayaqları altına atmağı qarşılarına məqsəd qoyurdular. Oyunda 

maraqlı  və  cəlbedici  cəhətlər  çox  olurdu.  Bu  oyuna  öyrənmiş  atlar 

sahibinin  sözünə  qulaq  asır,  cəld  dönür,  sanki  top  ardınca  uçurdular. 

Oyunçular aşağı əyilir, yəhərdən sürüşürdülər, çovkanın zərbələrindən 

isə top gah boz atlıların, gah da ağ atlıların əlinə keçirdi. 

«Dirədöymə», «Atbeli», «Bənövşə», «Dədəboyu», «Gizlənpaç», 

«Xoruzdöyüşü»,  «Gözübağlıca»,  «Üzük-üzük»,  «Yaylıqbağladı», 

«Gecə və gündüz», «Siçan-pişik», «Qıy-qıy» və s. də Azərbaycan xalq 

oyunlarındandır. 

 

4.3. Oyunların ictimai-siyasi hadisə kimi  

meydana gəlməsi 

 

              Mütəhərrik  oyunlar  tarixi-ictimai  bir  hadisə  olmaqla 

müxtəlif ictimai-siyasi cəmiyyətdə insanların həmin cəmiyyətə xidmət 

etməsi istiqamətində formalaşmasında mühüm rol oynamışdır. Oyunlar 

insanların  mənəvi  və  intellektual  həyatında  çoxcəhətli  rol  oynamış, 

lakin tarixi və mahiyyət etibarı ilə hələ axıra qədər öyrənilməmiş vacib 

bir sahəsidir.  

Müasir  insanın  təşəkkül  tapmasında  oyun  başlıca  vasitə 

olmuşdur. Oyun dünyanı dərketmə vasitəsi kimi yeni nəslin fəal həyata 

hazırlanmasında  əvəzedilməz  mövqe  tutmuşdur.  Uşaq  ömrünün  ilk 

addımlarından  həyat  üçün  zəruri  olan  lazımi  vərdiş  və  keyfiyyətləri 

oyun  vasitəsi  ilə  qazanır.  Oyun  əqli  inkişaf  etdirir,  təxəyyül  və 

qavrayışları  formalaşdırır,  əmək  alətləri  ilə  işləmək  üçün  mühüm 

vərdişlər aşılayır. Bundan əlavə, psixoloji və insan üçün lazım olan bir 

çox  həyati  keyfiyyətləri  inkişaf  etdirir,  habelə  ömürboyu  insanın 

hərəkətə  olan  meylini  saxlayır,  onda  yaradıcı  fəaliyyətin  bünövrəsini 

qoyur.  Bütün  dünya  xalqlarının  həyatına  oyunun  daxil  olmasının, 

oyundan istifadə etməsinin əsas səbəbi də məhz bundadır. 

 

 

 



4.4.  Mütəhərrik oyunlar fiziki tərbiyənin mühüm 


 

81 


vasitəsi kimi 

 

Mütəhərrik  oyunlar  hər  xalqın  milli  mədəniyyətinin  tərkib 

hissəsidir.  Buna görə də hər bir xalqın milli mütəhərrik oyunları  hər 

bir  xalqa  məxsus  hərəkət  fəaliyyəti  aşılayır,  onların  fiziki-psixoloji 

sahəsinin  düzgün  inkişaf  etməsində,  şəxsi  keyfiyyətlərinin  tərbiyə 

olunmasında  böyük  rol  oynayır.  Bu  baxımdan  milli  oyunlar  yalnız 

orqanizmin  artan  inkişafını  təmin  edən  vasitə  deyil,  fiziki  tərbiyə  və 

idmanın əsas vasitələrindəndir. 

Həyatın  ilk  günlərindən  bütün  uşaqlar  uşaqlıq  və  gənclik 

dövrlərində  fiziki  tərbiyənin  bütün  başqa  vasitələrindən  çox  oyunlara 

üstünlük  verirlər.  Hamı  oynamaq  istəyir.  Hamı  oynayır,  hamı  oyunla 

böyüyür və dünyanı oyunla dərk edir, başa düşür. 

Milli oyunların vacib xüsusiyyətlərindən biri də odur ki, onların 

tərkibində müxtəlif fiziki hərəkət növləri vardır. Oyunla məşğul olmaq 

fiziki  inkişafı  artırır  və  insan  psixologiyasına  müsbət  təsir  göstərir. 

Daima  dəyişən  oyun  şəraitində  iştirak  etmək  hərəkətlərin  tənzim 

olunması və onlara nəzarət prosesi şəxsiyyətin formalaşmasında xüsusi 

rol oynayır. Oyun mərkəzi sinir sisteminin gücünü, mütəhərrikliyi, baş-

beyin  qabığı  və  orqanizmin  bütün  sistemlərinin  fəaliyyətini  artırır, 

onların nizamlama funksiyasını təkmilləşdirir. 

Qeyd  etmək  lazımdır  ki,  digər  hərəkət  növlərindən  fərqli olaraq 

oyun  fəaliyyəti  mürəkkəb  və  hərtərəflidir.  Oyun  zamanı  bütün  əzələ 

qrupları  fəaliyyətə  başlayır  ki,  bu  da  dayaq-hərəkət  aparatının 

harmonik inkişafına kömək edir. 

Oyunların  oynama  qaydalarının  dəyişkənliyi  daima  yeni 

vəziyyətlərə uyğunlaşmağı tələb edir. Buna görə də hərəkət vərdişləri 

çevik  və  elastik  formalaşır.  Cəldlik,  çeviklik  təkmilləşir,  əvvəllər 

mənimsənilmiş  hərəkətlərdən  yeni  hərəkətlər  yaratmaq  qabiliyyəti 

inkişaf edir. 

Bir çox sadə və mürəkkəb oyunlar yarış xarakteri daşıyır. Bu da 

oyunçulardan böyük gərginlik tələb edir. Bu prosesdə oyunçular böyük 

həcmdə  fiziki  iş  gördüklərinə  görə  onların  qan  dövranı  və  tənəffüs 

sistemi daha da təkmilləşir. Oyunların açıq hava şəraitində keçirilməsi 

insan orqanizmi üçün daha faydalıdır. Bu baxımdan turist yürüşlərinin 

meşə  zolaqlarında,  çay  kənarında,  parklarda  təşkili  daha  faydalıdır. 

Unutmaq  olmaz  ki,  hər  bir  oyun  keçirilərkən,  o,  xüsusi  məqsəd  və 

təlim-tərbiyə işinə xidmət etməlidir. 



 

82 


 

 

4.5.Azərbaycan mütəhərrik oyunları milli 



mədəniyyətimizin tərkib hissəsidir 

 

Azərbaycan  mütəhərrik  oyunlarının  yaranma  tarixi  qədim 

dövrlərə aiddir. Onlar əsrlər boyu nəsillərdən-nəsillərə keçmiş, inkişaf 

etmiş,  xalqın  məişət  cizgilərini  və  adətlərini  özündə  birləşdirərək 

zənginləşdirmişdir. 

El  nəğmələri  xalq  oyunlarının  tədqiqatçısı  A.Nəbiyev  qeyd  edir 

ki,  «Oyun»  sözü  türklərin  oynamaq  söz  kökü  ilə  bağlı  yaranmışdır. 

Türkdilli  xalqların    içərisində  «oy»un  ağıl,  hikmət  mənaları  vardır. 

Ağılı,  hiyləni  hərəkət  vasitəsi  ilə  ifadə  etmək  isə  oyunların 

yaranmasında  mühüm  amil  olmuşdur.  Məsələn,  elə  qaya  rəqsləri 

daxilindəki  oyunlara  nəzər  salsaq  görərik  ki,  onlar  müəyyən  fikri, 

hikməti, kiməsə, bəlkə də qəbilə və ya tayfa başçısına, onun ayrı-ayrı 

üzvlərinə  yetirmək  məqsədilə  düşünülüb  cızılmış  rəsmlərdir… 

rəqslərdən  ayrılmış  oyunlarda  da  hərəkət  başlıca  ünsürdür. 

Ümumiyyətlə oyunu hərəkətdən kənar başa düşmək doğru olmaz.  

Mütəhərrik  oyunlar  xalqın  təfəkkür  tərzini,  istək  və  arzularını 

özündə hifz edir, saxlayır. Buna görə də oyunları öyrənərkən nəsillərin 

tarixi  inkişaf  yolu  haqqında  mühakimə  yürütmək  mümkündür. 

Oyunların  çoxu  ciddi  həyati  işləri  təqlid  edir.  Oyunlarda  kəndlilərin 

torpağı  necə  yumşaltması,  taxıl  əkini  aparması,  həmçinin  ovçuluq  və 

balıqçılıqla  məşğuliyyəti  əks  olunmuşdur.  Bu  oyunlarda  Azərbaycan 

xalqının  ibtidai  cəmiyyətə  aid  şənliklərin,  toy  və  yas  mərasimlərinin 

ünsürləri qorunub saxlanılmışdır. 

Fiziki  hərəkətləri  əks  etdirən  qayaüstü  rəsmlərdən  öyrənirik  ki, 

Azərbaycanda  hələ  bizim  eradan  bir  neçə  min  il  əvvəl  oyunlar 

olmuşdur. Qobustan qayalarında ovçuluğu, xalq oyunlarını əks etdirən 

rəsmlər  indii  də  qalmaqdadır.  Böyükdaş  dağında  yallı  və  s.  rəqsləri, 

habelə  oxatanları,  avarçəkənləri  və  s.  əks  etdirən  şəkillər  həkk 

olunmuşdur. 

Azərbaycan  ədəbiyyatçıları,  tarixçiləri,  yazıçıları,  filosofları  və 

bu  ölkəyə  gələn  səyyahlar öz  əsərlərində  göstərirlər  ki,  Azərbaycanda 

hələ  qədim  vaxtlardan  fiziki  hərəkətlərlə  məşğul  olmuşlar.  Çoxlu 

tamaşaçı    cəlb  edən  oyunlardan  kəndirbazlıq  və  çovkanın  adı  çəkilir.  



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə