B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə24/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   20   21   22   23   24   25   26   27   ...   131

 

68 


Bundan 

əlavə, 


oyun 

uşaqda 


kollektivçilik, 

dostluq, 

təşəbbüskarlıq, qoçaqlıq, dözümlülük və vətənpərvərlik kimi ən yüksək 

əxlaqi keyfiyyətləri aşılayır. 

 

3.3. Oyunların təşkili yolları 

 

Oyun  müəllimin  rəhbərliyi  altında  uşaqların  fiziki  hazırlığı 

nəzərə  alınmaqla  keçirildikdə  o,  daha  faydalı  olur.  Elə  buna  görə  də 

oyun  keçirilərkən  uşaqların  yaş  xüsusiyyətlərini,  onun  məzmununu, 

təşkili    və  keçirilmə    yollarını,  tədris  idman  bazasını  nəzərə  almaq 

lazımdır. 

Oyun  keçirilərkən  onun  nə  məqsədlə  təşkil  edildiyini,  oyunun 

qaydalarına  əməl  etməyin  əhəmiyyətini,  intizamı  necə  gözləməyi 

uşaqlara öyrətməli, başa salmaq, anlatmaq vacibdir. 

Oyunun  keçirilməsi  uşaqlar  üçün  ürəksıxıcı  olmamalı,  o,  bütün 

uşaqların  fəaliyyət  göstərməsi  şəraitində  aparılmalı,  bundan  ötrü 

müəllim  həmin  oyuna  qabaqcadan  hazırlaşmalı,  metodik  yolları, 

qaydaları özü üçün dürüstləşdirməlidir. Oyunun təşkilində  deyilənlərə  

riayət  edilməsi  onun maraqlı keçməsinə səbəb olur, bu uşaqlar üçün 

daha  çox  faydalıdır.  A.S.Makarenko  bu  münasibətlə  deyir:  «Gələcək 

xadimin  tərbiyə  olunması  oyunu  rədd  etmək  deyil,  bu  oyunu  yaxşı 

təşkil etməkdən ibarət olmalıdır. Oyunu elə təşkil etmək lazımdır ki, o, 

oyun  olaraq  qalsın, lakin həmin  oyunda  gələcək  işçinin  və  vətəndaşın 

keyfiyyətləri tərbiyə olunsun» 

3

.   



Oyun  elə  bir  pedaqoji  prosesdir  ki,  burada  uşaqların  xarakter 

xüsusiyyətlərini daha tez öyrənmək olur. Yəni bu prosesdə onların həm 

yaxşı  cəhətləri,  həm  də  nöqsanları  tez  üzə  çıxır.  Müəllim  oyun 

seçərkən  onun  məzmununa  xüsusi  diqqət  yetirməlidir.  Elə  oyunlar 

seçilməlidir  ki,  bu  uşaqların  sağlamlığına,  fiziki  inkişafına,  həmin 

sahədə  bacarıq  və  vərdişlərin  aşılanmasına  kömək  etsin.  Bu  oyunlar, 

həm də uşaqlara bədən tərbiyəsi və idman üzrə biliklər əldə edilməsinə 

zəmin  yaratsın,  nəhayət,  uşaqlarda  yüksək  əxlaqi-iradi  keyfiyyətlər 

aşılasın.  Eyni  zamanda  müəllim  məzmunlu,  rəngarəng    oyun 

seçməkdə,  oyunları  səmərəli,  düzgün  keçməkdə  və  ona  rəhbərlikdə 

                                                 

3

 



А.С.Макаренко.  Сечилмиш  педагожи  ясярляри,  «Азярбайъан 

мяктяби» журналынын няшри, сящ. 378. 

 



 

69 


yüksək  pedaqoji  ustalıq  nümayiş  etdirməlidir.  Oyun  vaxtı  şagirdlər 

arasında  vəzifə  bölgüsü  apararkən  onların  fərdi  xüsusiyyətlərini, 

hərəkət  və  təşkilatçılıq  qabiliyyətini  nəzərə  almalıdır.  Təkcə  qüvvətli, 

hərəkətli  fiziki  inkişafa  malik  uşaqlar  deyil,  həmçinin  zəif  uşaqlar  da 

oyuna fəal cəlb olunmalı və nəzarətdə saxlanılmalıdır. 

Müşahidələr  göstərir  ki,  bəzi  müəllimlər  oyun  vaxtı  həmişə 

diribaş,  zirək,  təşkilatçı  uşaqlara  vəzifə  verir,  onların  gücündən 

maksimum səviyyədə istifadə edirlər. Utancaq, o qədər də təşkilatçılıq 

qabiliyyəti  olmayan  və  fiziki  cəhətdən  zəif  inkişaf  etmiş  uşaqlara  isə 

heç  bir  vəzifə  tapşırmırlır.  Onlar  bir  növ  deyilənlərə  riayət  etməklə, 

itaətkar  olmaqla  öz  işlərini  bitmiş  hesab  edirlər.  Əlbəttə,  işin  bu  cür 

təşkilini nöqsanlı saymaq lazımdır. Bilməli və  yadda saxlamalıyıq ki, 

oyun  prosesində  bütün  uşaqlar  fəallıq  göstərməli,  oyun  zamanı  tələb 

olunan  əsil  Azərbaycan  vətəndaşına  məxsus  ən  yüksək  mənəvi 

keyfiyyətlər fərq qoymadan bütün məktəblilərə aşılanmalıdır.  

 

 



Məktəbdə keçirilən digər tədbirlər kimi öyrədilən oyun da hamı 

üçün  hərtərəfli  tərbiyəedici  xarakter  daşımalıdır.  Xüsusən,  gənclərin 

bütün  tərbiyə,  təhsil  və  təlim  işlərinə  xidmət  etməli,  onlara  Vətənə 

məhəbbət hissi, düzlük, doğruçuluq tərbiyə etməlidir. 

Oyunda  öyrədilən  yer,  havanın  temperaturu  və  s.  də  nəzərə 

alınmalıdır.  Qızmar  günəş  altında  oyunların  təşkili  və  keçirilməsi 

məsləhət  görülmür.  Bu  günvurmaya,  istivurmaya  səbəb  ola  bilər, 

bədəncə zəif olan şagirdlərin xəstələnməsi ilə nəticələnər. 

Oyunun  səmərəli  təşkili  və  keçirilməsi  üçün  lazım  olan 

əşyaların,  meydançanın  qabaqcadan  nəzərdən  keçirilməsi,  oyunların 

oyunun  keçirilmə  şəraitinə  üyğunlaşdırılması  da  əsas  şərtdir.  Oyunu 

başlamazdan  əvvəl  top,  ağac,  bayraq,  hoppanma  üçün  iplər  və  s. 

qabaqcadan  hazırlanmalı  və  müvafiq  yerdə  təmiz  və  səliqəli 

saxlanmalı, qorunmalıdır. 

Oyun  prosesində  sanitariya-gigiyena  işlərinə  də  diqqət 

edilməlidir.  Uşaqlar  təmiz,  səliqəli  geyinməli  və  dırnaqların 

uzanmasına  yol  verməməlidirlər.  Bunlarla  bərabər,  idman  zalları, 

məktəbyanı  meydança  lazım  olmayan  əşyalardan  təmizlənməli, 

qaydaya salınmalı və mühafizə olunmalıdır. 

Oyunun  səmərəli  təşkili  və  keçirilməsində  müəllimin  oyunun 

məzmunu, məqsədi, adı, oyunun gedişi və qaydaları haqqında uşaqlara 



 

70 


aydın məlumat verməsi də vacib şərtdir. Oyun qurtardıqdan sonra onun 

yekunlaşdırılması,  oyun  zamanı  buraxılmış  nöqsanların  aşkara 

çıxarılması və şagirdlərin nəzərinə çatdırılması da təlim-tərbiyə işinin 

səviyyəsini  yüksəldir.  Xüsusilə  oyun  zamanı  ayrı-ayrı  uşaqların 

rəğbətləndirilməsi,  intizama  riayət  etməyənlərin  intizama  dəvət 

olunması  ilə  əlaqədar  pedaqoji  cəza  tədbirlərindən  düzgün  surətdə 

istifadə    edilməlidir.    İntizamı    pozan    uşaqların    oyundan  kənar 

edilməsinə  qətiyyən  yol  verilməməli,  əksinə  intizama  dəvət  etmək 

məqsədilə  onlara  xəbərdarlıq  etmək  və  oyunda  onların  fəal  iştirakını 

təmin etmək lazımdır. Nadinc uşaqların oyundan kənar edilməsi dərsin 

ümumi  intizamına  mənfi  təsir  göstərməklə  yanaşı,  həm  də  onların 

təlim-tərbiyəsinə arzuolunmaz zərbə vurur. 

Qeyd  etmək  lazımdır  ki,  I-IV  siniflər  üçün  təkmilləşdirilmiş 

bədən  tərbiyəsi  proqramında  mütəhərrik  oyunların  uşaqların 

həyatındakı  rolu  nəzərə  alınaraq  onlar,  məzmun  etibarı  ilə  daha  da 

zənginləşdirilmişdir.  Proqramdakı  oyunlar  yuxarıda  sadaladığımız 

bütün  əxlaqi-iradi  keyfiyyətlərin  uşaqlarda  inkişaf  etdirilməsinə 

yönəldilmişdir.  Çox  fərəhləndirici  haldır  ki,  ibtidai  siniflərin 

proqramına  ilk  dəfə  olaraq  bu  yazının  müəllifi  tərəfindən  23 

Azərbaycan  xalq  mütəhərrik  oyunları  seçilib  daxil  edilmişdir.  Bu 

oyunlar  məqsədinə  və  uşaqların  fiziki  hazırlığına  görə  seçilmiş, 

qruplaşdırılmış,  metodikasında  məqsədəuyğun  bəzi  dəyişikliklər 

edilmiş,  sonra  isə  məktəb  təcrübəsində  sınaqdan  keçirilərək  tədris 

proqramına daxil edilmişdir. 

İlk  təcrübələr  göstərir  ki,  proqrama  daxil  edilmiş  Azərbaycan 

xalq  mütəhərrik  oyunları  da  digər  oyunlar  kimi  ibtidai  sinif 

müəllimlərimiz  tərəfindən  daha  yaxşı  qarşılanmışdır.    Uşaqlar  bu 

oyunları oynamaqdan yorulmur, onu könüllü, düşüncəli surətdə yerinə 

yetirirlər. Başqa oyunlar kimi həmin oyunlar da uşaqların hərtərəfli və 

ahəngdar inkişafına müsbət təsir edir. İndi isə bədən tərbiyəsi və sinif 

müəllimlərinə  metodik  kömək  məqsədilə  həmin  oyunların 

əhəmiyyətini və pedaqoji məziyyətlərini şərh etmək istəyirik. Şübhəsiz 

ki, bu müəllimləri öz işinə daha məsuliyyətli yanaşmağa sövq edəcək, 

onları öz işlərini bədən tərbiyəsi və idman sahəsində qarşıya  qoyulmuş 

vəzifələrin 

müvəffəqiyyətlə 

yerinə 

yetirilməsinə 



daha 

da 


ruhlandıracaqdır.  

 

 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə