B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə26/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   22   23   24   25   26   27   28   29   ...   131

 

74 


vətənə bağlılıq, onun uğrunda canından keçmək kimi hazırda çox vacib 

olan hərəki və mənəvi keyfiyyətlər aşılanır və formalaşdırılır. 

Bundan  əlavə,  oyun  bütün  yaşlardan  olan  əhalinin  səhhət 

sağlamlığının  möhkəmləndirilməsində,  vətənin  hücum  və  müdafiə 

qüdrətinin  artırılmasında  yardımçı  vasitələrdən  saylır.  Oyun  zamanı 

ağıl işlətmək, vaxtında, düzgün olaraq və yerli-yerində ani bir cəldlik, 

çeviklik  və  məharətlə  fəndləri  yerinə  yetirmək,  çətin  maneələrin  qət 

edilməsi məqsədinə çatmaq da mümkündür. Nəzərdən qaçırmaq olmaz 

ki,  müvafiq  maneələr  qoymaqla  tədricən  onların  sayını  artırmaqla 

nəinki,  oyunun  təsirliliyini,  məqsədyönlülüyünü  daha  da  artırmaq, 

hətta  hərəki  bacarıq  və  vərdişlərin  təkmilləşdirilməsinə  də  tez  bir 

müddətdə nail olmaq mümkündür.  

Həyat üçün cəlbedici və daha faydalı olan oyun və oyun növləri 

də  vardır.  Bura  gözlənilmədən  istiqaməti  dəyişməklə  yeriş,  qaçış  və 

hoppanmalar, yerində durmaq, güclə müqavimət göstərmək, ümumi və 

xüsusi  inkişafetdirici  və  müxtəlif  ritm  və  templə  icra  olunan  oyunlar 

daxildir. 

Oyunları təxminən müstəqil 3 növə ayırmaq olar: 1) mütəhərrik 



oyunlar: əsas və elementar mütəhərrik oyunlar (süjetli və süjetsiz); 2) 

İdman  xarakterli  oyunlar  (basketbol,  voleybol,  futbol,  stolüstü 

tennis,  badminton  və  s.);  3)  Mahnı  oxumaqla  və  əl-ələ  tutub  dairə 

təşkil etməklə oyunlar. 

   Elementar  mütəhərrik  oyunlar.  Uşaq  bağçasında  elementar 

mütəhərrik  oyunlar  xarakterikdir.  Bunlar  süjetli  və  süjetsiz  olurlar. 



Süjetli  mütəhərrik  oyunların  adından  məlum  olduğu  kimi,  müvafiq 

süjeti və ciddi  qayda-qanunu olur. Bu oyunlar müasir həyatla əlaqədar 

uşaqlarda  müəyyən  təsəvvürlər  yaradır.  Onlar  müvafiq  rolları  yerinə 

yetirirlər.  Oyun  qaydaları  uşaqlara  nəyi  etmək  olar  və  nəyi  etmək 

olmazı müəyyən etməklə onun mahiyyətinə də aydınlıq gətirir. 

  Süjetsiz  oyunlar  hər  hansı  bir  hərəkət  üzrə  tapşırıqların 

icrasına  əsaslanaraq  qurulur.  Bu  oyunlar  müxtəlif  əşyalarla  keçirilir 

(top, halqalar, çubuqlar və s.). Əşyalarla oyunun keçirilməsi uşaqların 

marağını  yüksəldir,  idman  fəallığını  artırır  («Bayrağa  qədər  qaç», 

«Halqalardan keç» və s.). 

    Mütəhərrik oyunlar. Mütəhərrik oyunlar bir çox cəhətlərinə, 

yəni xarakter və məzmununa, daşıdığı məqsəd və vəzifələrə görə digər 

oyunlardan mühüm dərəcədə fərqlənir. Mütəhərrik oyunlar ilk növbədə 

ciddi və məsuliyyətli, dəqiq hazırlıq işləri o qədər də tələb etmir. Onun 




 

75 


təşkili  və  keçirilməsi  üçün  sanballı  təqvim-tematik  planlarına  onların 

yerinə-yetirilməsinə  ciddi  riayət  ediləcəyinə,  geniş  və  hərtərəfli 

təbliğatı, təşkilatı tədbirlərin görülməsinə əhəmiyyətli dərəcədə ehtiyac 

yoxdur. Hər bir oyun alət və avadanlıqlardan, oyun ləvazimatlarından, 

idman bazasından və keçiriləcək şəraitdən asılı olaraq təşkil olunmalı, 

həyata keçirilməlidir.   

Burada  regionun  iqlim  şəraiti  də  nəzərə  alınmalı,  iqlim 

dəyişikliyinə  müvafiq  olaraq  hazırlıq  işləri  də  görülməlidir.  Bunlar 

oyunun  lazımi  səviyyədə  təşkili,  keçirilməsi  və  məqsədəuyğun 

nəticəsinin əldə olunmasın da mühüm komponentlərdən sayılır. 

Oyunlar  müxtəlif  şəraitdə təşkil  olunarkən  onun  başlıca  məqsəd 

və  vəzifələrini  nəzərdən  qaçırmamaq  şərti  ilə  oyunçuların    tərkibində   

müəyyən  dəyişiklik  etmək  olar. Yəni  

oyunçuların tərkib etibarı ilə sayını artırmaq və azaltmaq mümkündür. 

Bu  şərtlə  ki,  həmin  dəyişiklik  digər  dəstənin  başçısı  və  üzvləri  ilə 

razılaşdırılmış olsun. Elə mütəhərrik oyunlar da vardır ki, hər hansı bir 

dəstədə oyun iştirakçılarının sayı çox və yaxud azda ola bilər. Bu şərtlə 

ki,  dəstələr  arasında  razılıq  olsun.  Əlbəttə,  belə  razılıq  çox  təsadüf 

nəticəsində  müstəsna  hallarda  baş  verə  bilər.  Birincisi  ümumən 

oyunçuların  sayının  tək  olması  nəticəsində,  ikincisi  təsadüfən  bir 

dəstədəki oyunçulardan qat-qat güclü, çevik və yaxud iş bilən-bacarıqlı 

olduğu halda dəyişiklik etmək effektli olur. Əks təqdirdə oyun istənilən 

dərəcədə  maraqlı,  cəlbedici  olmur,  zəif  qarşı  tərəf  oyunçuları  ruhdan 

düşür  qalib  gəlmək  şanslarının  olduğunu  düşünmürlər,  istər  istəməz 

qələbəni asanlıqla əldən verirlər. 

Bütün  bunlarla  yanaşı,  oyunçuların  sayı,  oyun  yerindəki  şərait 

nəzərə  alınmaqla  oyun  yerinin  ölçülərində  müvafiq  dəyişikliklərin 

aparılmasıda  zəruridir.  Bunlar  oyun  təlimi  prosesində  həddən  artıq 

sıxlığın,  boş  dayanmanın,  şagirdlərin  bir-birinə  qarşı  mümkün  qeyri-

səmimiliyin, kobudluğun, intizamsızlığın qarşısını alar, təhlükəsizliyin 

aradan  qaldırılmasına,  məktəbyanı  bədən  tərbiyəsi,  idman  bazasına 

hörmətlə  yanaşmağa,  onu  qorumağa,  həmçinin  sanitariya-gigiyena 

qaydalarına  əməl  etməyə  normal  şərait  yaradır,  nəticəyönümlülüyün 

reallaşmasını təmin edir.  

Mütəhərrik  oyunlardan  təkcə  kollektiv  şəkildə  istifadə  edilmir, 

ondan  həm  də  fərdi  olaraq  da  istifadə  edilir.  Həmin  oyunlar  uşaqlar 

tərəfindən seçilmir. Çünki, onların oyun seçmə təcrübəsi buna kifayət 

etmir.  Fərdi  məşğul  olmaq  üçün  seçimləri  müəllimlər,  valideynlər, 




 

76 


bağça  yaşlı  uşaqlardan  ötrü  seçimi  təhsil-tərbiyə  müəssisələrinin 

tərbiyəçi  müəllimləri  aparırlar.  Belə  oyunların  lazımi  səmərə 

verməsində  müəllim  və  valideynlərin  nəzarəti,  düzgün  oyun  seçimi, 

təşkiletmə və yekunlaşdırma, rəğbətləndirmə, nöqsanları demək, onun 

aradan qaldırılması yollarını göstərmək mühüm amillərdəndir. 

 

Mütəhərrik  oyunları  hərəki  fəaliyyətə  görə  qruplara  bölmək 



mümkündür.  Məsələn,  qaçışla,  dırmanma  ilə  oyunlar,  tullanma  və 

tullanmalarla  oyunlar.  Mütəhərrik  oyunlar  fiziki  yükünə  görə 

dərəcələrə  bölünür.  Onlar  böyük,  orta  və  kiçik  mütəhərrikliyinə  görə 

dərəcələrə  bölünür.  Onlar  böyük,  orta  və  kiçik  mütəhərrikliyinə  görə  

bir-birindən də fərqlənirlər. 

Yüksək mütəhərrikli oyunlarda bütün uşaqlar iştirak edir. Burada 

əsasən qaçış və hoppanmalar mühüm yer verilir. 

Orta  mütəhərrik  oyunlarda  da  bütün  uşaqlar  iştirak  edir.  Lakin 

mütəhərrik  oyunun  mütəhərrikliyi  nisbətən  sakit  olur.  Belə  oyunlar 

yeriş, topun ötürülməsi kimi hərəkətlərlə xarakterikdir. Az mütəhərrik 

oyunlarda  isə  uşaqlar  hərəkəti  yavaş  tempdə  və  az  intensiv  şəkildə 

yerinə yetirməlidirlər. 



İdman  xarakterli  oyunlar.  İdman  mahiyyətli  oyunlara 

basketbol, voleybol, futbol, əl topu və s. daxil olmaqla,  orta və yuxarı 

məktəbyaşlıların ayrı-ayrı idman növlərinin texnikasına yiyələnməsi ilə 

əlaqədardır.  Şagirdlər  oyunda  iştirak  etməklə  hərəki  qabiliyyətlərini 

inkişaf  etdirir  həm  də  təcrübə  də  toplayır.  Həmin  səciyyəli  oyunlar 

bəzən  mütəhərrik  oyunların  ən  mürəkkəbləşdirilmiş  pilləsi  hesab 

olunur.  Lakin  idman  xarakterli  oyunlar  bir  çox  məziyyətlərinə  görə 

əsas  və  elementar  mütəhərrik  oyunlardan,  fərdi,  əyləncəli,  aktiv 

istirahət  məqsədilə  təşkil  olunub  keçirilən  oyunlardan  əsaslı  surətdə 

fərqlənir.  Fərqli  tərəflərdən  ən  başlıcalarından  biri  onun  təşkili  və 

keçirilməsi üçün vacib qaydaların olmasıdır.  

Oyunçulardan  həmin  qaydalara  ciddi  surətdə riayət  etmək  tələb  

olunur.    Qaydalara    riayət    etməyən    oyunçular,        hakimlər  və 

komandaya  məsuliyyət  daşıyan  şəxslər  cəzalandırılır,  hətta  oyundan, 

oyun  meydançasında  kənarlaşdırılır.  Bütövlükdə  komanda  və  onun 

ayrı-ayrı  üzvləri  də  cəzalandırıla  və  ya  rəğbətləndirilə  və 

mükafatlandırıla  bilər.  Göstərmək  istərdi  ki,  oyunun  təşkili  və 

keçirilməsi  üzrə  yarış  qaydalarına  əməl  olunması  onun  səmərəli 

təşkilinə,  nəticələrin  düzgün  qiymətləndirilməsinə  imkan  verir,  oyun 



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə