Azərbaycan Respublikası
Təhsil Nazirliyi
Azərbaycan Dövlət Pedaqoji Universiteti
B a l o ğ l a n Q u l i y e v
Mütəhərrik və əyləncəli
oyunlar
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
«____», «____» «2011»-ci il tarixli «____»
saylı əmri ilə dərs vəsaiti kimi
təsdiq edilmişdir.
Bakı – «ADPU» nəşriyyatı-2011
5
Quliyev B.S.
–
Mütəhərrik və əyləncəli oyunlar.
Ali
pedaqoji universitetlərin «Fiziki tərbiyə və gənclərin çağırışaqədər
hazırlığı» ixtisası üçün dərs vəsaiti.
Vəsait «Mütəhərrik oyunlar və onun tədrisi metodikası» fənn
proqramı əsasında işlənilmiş bakalavr pilləsində
təhsil alan tələbələr
üçün nəzərdə tutulmuşdur.
Həmin vəsaitdə asudə vaxtı səmərəli keçirib sağlam bədən
formalaşdırmaqla sağlam milli ruh tərbiyə
edən hərəki-intellektual
əyləncəli oyun və hərəkətlər toplanılıb. Bu oyunlar milli kaloritlik
saxlanılmaqla müasir tələbata
uyğun yenidən işlənilib və
təkmilləşdirilərək təqdim olunur.
Dərs vəsaitindən pedaqoji fakültələrdə və bədən tərbiyəsi
müəllimi ixtisası
üzrə təhsil alanlar, mütəxəssislər, tədqiqatçılar,
dissertantlar, oxucu kütləsi bəhrələnə bilər.
Redaktor: Rəşid Əliyev
–
professor, pedaqogika üzrə
fəlsəfə doktoru,
əməkdar məşqçi, ADTU-nun «Bədən
tərbiyəsi və
idman» kafedrasının müdiri.
Rəyçilər: Əmrulla Paşayev-professor, pedaqoji elmlər
doktoru.