L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə227/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   219   220   221   222   223   224   225   226   227
Muteherrik ve eylenceli oyunlar

Allahyverdi Eminov 
 “ARAZ” qəzeti 
 
Azərbaycan KP Füzuli rayon komitəsi və
rayon xalq deputatlari sobetinin orqani 
8 sentyabr 1981-ci il 
Həmyerlilərimiz _____________________________ 
 
“Tələsən damla daş dələr” 
 
Baloğlan Quliyev...- 
Bu ad familiya pedaqoji 
ictimaiyyətə 
yaxşı 
tanışdır. 
“İbtidai 
siniflərdə 
bədən 
tərbiyəsi”, “İbtidai siniflərdə 
bədən 
tərbiyəsi 
dərsləri”, 
“Ümumtəhsil 
məktəblərinin 
hazırlıq 
sinifləri 
üçün 
proqramlar”, 
“Xüsusi 
tibbi 
qrupa daxil olan məktəblilər 


428 
üçün 
bədən 
tərbiyəsi 
proqramları”, 
“Altı 
yaşlı 
uşaqların məktəbə hazırlanması” 
adlı proqram və kitablar, 100-ə 
yaxın elmi-metodiki məqalə 
onun qələmindən çıxmışdır.
Xüsusən orta məktəblərimizdə çalışan ibtidai sinif və 
bədən tərbiyəsi müəllimləri B.Quliyevi yaxşı tanıyırlar, əsərlərinə, 
pedaqoji, metodik məsələlərin elmi-nəzəri və praktik həllində onun 
üslub və şərh manerasına yaxşı bələddirlər.
Onun əsərlərini füzulilərdə oxumuşlar. Onlar da bədən 
tərbiyəsi dərslərində, idman üzrə əlavə məşğələlərdə Baloğlan 
müəllimin əsərlərindən istifadə etmişlər. Lakin çoxu bilmir ki, bədən 
tərbiyəsi dərslərində nəzəri məlumatların öyrədilməsini zəruri sayan 
və bunun elmi-praktik şərhini verən Baloğlan Quliyev Füzuli 
rayonundandır. O, Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 
Təbiətin qoynunda böyüyən “kəndli” uşaq çevikliyi, idmana marağı 
ilə seçilib.
Sarı kişinin ortancıl oğlu orta məktəbi bitirəndə fikrində 
qəti idi: sənədlərini S.M.Kirov adına Azərbaycan Dövlət Bədən 
Tərbiyəsi İnstitutuna verdi. Ali təhsil illərində məşğələlərdən 
yorulmadı, mühazirə və seminardan qalmadı. Uğurlar, xatirələrlə 
salnamələşən tələbəlikilləri arxada qaldı. O, Bakının müxtəlif 
məktəblərində müəllim işlədi, şagirdlərdə idmana maraq və meyl 
oyadan gözəl pedaqoq, bacarıqlı məşqçi kimi diqqəti cəlb etdi. Bunu 
indi Baloğlan Sarı oğlunun səliqə ilə saxladığı Fəxri Fərmanlar
yazılı təşəkkürlər də təsdiq edir.
İllər bir-birinə qovuşduqca onu arzuya yaxınlaşdırırdı. 
Azərbaycan 
Elmi-Tədqiqat 
Pedaqoji 
Elmlər 
İnstitutunun 
acpiranturasına daxil oldu, “Fiziki tərbiyə üzrə nəzəri məlumatların 
mənimsənilməsinin şagird şəxsiyyətinə təsiri” mövzusunda 
namizədlik dissertasiyası üzərində axtarışlar başlandı.
Bir qisminin adını qeyd etdiyimiz proqram və metodik 
vəsaitlər, elmi-pedaqoji məqalələr bu axtarışların nəticəsi tək nəşr 
edildi, pedaqoji ictimaiyyət tərəfindən razılıqla qarşılandı.Özünün 
praktik fəaliyyəti, əsərlərinin təcrübədə, pedaqoji işdə tətbiqi ilə 
yetişmiş metodist, pedaqoq olduğunu sübut edən Baloğlan Quliyev 


429 
1979-cu ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə 
etdi. 
Bu kiçik yazıda elmi rəhbər, professor H.Kazımovun, 
opponentlər- pedaqoji elmlər doktoru Y.Talıbov və dosent 
İ.Musayevin əsər haqqında rəylərində sitat vermirik, ölkəmizin
müxtəlif yerlərindən alınmış təqdiredici fikirlərdən söhbət açmırıq. 
Od olmasa, tüstü çıxmaz deyiblər. Dissertasiyanın elmi-nəzəri və 
praktik dəyərə malik olması Ali Attestasiya Komissiyasının 
göndərdiyi otkrıtkanın gətirdiyi müjdə ilə təsdiqləndi.
Pedaqoji 
elmlər 
namizədi 
B.Quliyevin 
nəinki 
Azərbaycanda, 
böyük 
Vətənimizdə, 
hətta 
Polşa 
Xalq 
Respublikasında belə məqaləsi dərc olunub. Onun tədqiqat işi 
aktualllığı ilə diqqəti cəlb edib. 
Hazırda B.Quliyev Azərbaycan ETPEİ-nin “Fiziki tərbiyə 
və ibtidai hərbi hazırlıq” bölməsinin müdiridir, “Məktəbdə bədən 
tərbiyəsi” metodik məqalələr məcmuəsi redaktorunun müavinidir.
Hər ötən il bir hadisə ilə xatirələşir, xatirələrlə 
salnamələşir. Ötən il onun həyatında dissertasiyanın təsdiq olunması 
xəbəri ilə səciyyələnib. Qarşıda isə illər durur və bu illər ərzində onu 
həlli vacib neçə problem, idman və bədən tərbiyəsinin aktual nəzəri 
məsələləri gözləyir. İnanmırıq ki, bu illər də onun ömür kitabına 
əməkdə doğan sevinclə, elmi-pedaqoji uğurla naxışlanacaq. SSRİ 
idman ustasının torpağa bağlı qəlbinin duyğuları fiziki kamilliyi 
şəxsiyyət üçün başlıca keyfiyyətlərdən saymış babaların fikir və 
duyumları ilə çulğalaşacaq. Yeni-yeni əsər və məqalələr 
Azərbaycanda idman və bədən tərbiyəsini inkişaf etdirməyin 
optimal yollarından söhbət açacaq, imzanı oxuyacağıq:“Baloğlan 
Quıliyev, pedaqoji elmlər namizədi...” 
O, daim tələsir, axtarır, “Tələsən damla daş 
dələr..”deyiblər. 
Şamxəlil Məmmədov,
“Azərbaycan müəllimi” qəzetinin əməkdaşı. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə