stimullaşdırılmasında
fiziki təhsilin,
hərəki bacarıq və vərdişlərin konkretləşdirilməsi, məzmun və
mahiyyətin təlimin vəzifələrinə uyğunlaşdırılması, uğurlu dərs
strukturunun seçilməsi və tətbiqini, səmərəli təlim metodlarından və
təlim vasitələrindən istifadəni, diferensial və fərdi yanaşmanı,
sanitariya-gigiyena qaydalarına riayət edilməsini, tədris vaxtına qənaət
və təlimin optimal tempinin seçilməsini mühüm üsul və vasitə
olduğundan bəhs olunur. Həmin bölmədə ənənəvi, fəal (interaktiv)
təlim metodlarının tətbiqindən, habelə şagirdlərin yaş xüsusiyyətləri və
onların təlimdə nəzərə alınması yolları göstərilir.
İkinci bölmədə
ibtidai, orta və tam orta təhsil pilləsi üçün
mütəhərrik oyunların pedaqoji mahiyyəti, təşkili yolları, növləri,
xarakteristikası və meydana gəlməsindən bəhs olunur. Vəsaitdə
bunlarla yanaşı mütəhərrik oyunların təlimi metodikası, prinsipləri,
müasir tələblərə uyğun şərh edilir.
Üçüncü bölmədə
isə ümumtəhsil məktəbi üçün tədris günü
rejimində fiziki tərbiyə-sağlamlıq işləri, sinifdən və məktəbdənxaric
fiziki tərbiyə, idman-sağlamlıq məşğələlərinin təşkili və keçirilməsi
metodikası, məzmunu öz əksini tapır.
Dördüncü bölmə
asudə vaxt üçün hərəki intellektual əyləncəli
oyunlardan bəhs olunur. Xüsusən, Azərbaycan milli uşaq oyunları, ev
şəraitində oyunlar, məzhəkəli azhərəkətli oyunlar, əyləncəli bədən
hərəkətləri, yay oyunları və müsabiyə-yarış oyunları tədqiq olunur.
Həmin oyunlar toplanıldıqdan sonra yenidən işlənilib nəşrə təqdim
edilir. Oyunların şəkilləri nümayiş etdirilərək verilməsi (bir neçə oyun
istisna olmaqla) onların asudə vaxtlarda oynanılmasını daha da
asanlaşdıracaqdır.
Qeyd etməliyik ki, İ.Musayev, H.Ağayev, S.Hüseynov,
M.Ağayev, Ə.Sadıqov və bir çox alimlərimiz oyunlara dair ciddi
tədqiqatlar aparmış, dissertasiyalar müdafiə etmiş, kitablar nəşr
etdirmişlər. Lakin bu vəsaitdə cəm edilmiş oyunların çapına rast
gəlmədiyimi etiraf edirəm (cəmi 4 oyunda ad uyğunluğu müşahidə
olunur). Çapa təqdim olunmuş oyunları elə Azərbaycanlı tapmazsanki,
uşaqlıqda oynamamış olsun. Onlar həyatdan, folklorumuzdan
bəhrələnir, hazırki tələbata uyğun şəkildə işlənilərək bərpa olunması
16
isə mədəniyyətimizin bir parçası kimi qorunub saxlanılması, mədəni irs
olaraq gələcək nəsilə ötürülməsi məqsədini daşıyır.
Əlavələrdə
isə «Vətənin müdafiəsinə hazıram» bədən tərbiyəsi
kompleksinin mahiyyəti, vəzifələri, bu sahədə məşğələlərin təşkili,
təhlükəsizlik və ilk tibbi yardım göstərmək qaydaları, normativləri və
hərəkət texnikası (turnikdə dartınma, qaçış, tullanma, qumbaranın
atılması, güllə atıcılığı, qolların bükülüb açılması, üzgüçülük və s.)
verilir.
Gülbaba Quliyev
ADPU-nun dosenti, Azərbaycan Respublikasının «Əməkdar
Bədən Tərbiyəsi və İdman Xadimi, əməkdar məşqçi.
|