19
tənzimlənməsində aşağıdakı tələb və prinsiplər qoyulur ki, bütün
bunlar təhsildə əvvəllər mövcud olmuş təfəkkürün mühitini
yeniləşdirmək, tədris olunan fənlərin mahiyyətini yeni cəmiyyətin
tələbatına
uyğun qurmaq, dünya təhsil sisteminə inteqrasiyanı təmin
etmək
və
sürətləndirmək,
təlimin-interaktivliyinə,
nəticə
yönümlülüyünə və çevikliyinə nail olmağa yönəlməkdən ibarətdir.
Müəllim təlim prosesini fəal təlim prinsipləri əsasında təşkil etməli,
şagirdlər əsas tərəf kimi qəbul edilməli, onların qabiliyyətləri,
tələbatları, fiziki tərbiyə sahəsindəki bilik və bacarıqlara yiyələnməsi
potensialı üzə çıxmalı, qabaqcıl təlimin
tələblərinə riayət etməklə
cəmiyyətin dinamik inkişafına istiqamətlənməlidir.
Təlimin prinsipləri prinsip xatirinə yəni formal xarakter
daşımamalı, təsadüfən, kor-koranə deyil tədris prosesində yaradılmış
mühitə, şəraitə uyğun tətbiq edilməlidir. Burada öyrənənlərin ümumi
bilik və bacarıq fəaliyyətləri, hərəki qabiliyyətləri,
vərdişləri nəzərə
alınmalıdır. Xüsusən, qabaqcıl müəllim və məktəblərin iş təcrübəsi,
direktiv tədris sənədlərinin tələbatı təlim fəaliyyətində əsas
götürülməlidir.
Təlim prinsiplərinin reallaşdırılmasına şəraitdən asılı olaraq yeri
gəldikcə nail olmaq üçün tələsikliyə, süniliyə yol verilməməli, eləcə də
tədrisin zəruriliyindən irəli gəlməli, inandırıcı olmalı, real faktları əks
etdirməli, yanılışıqlığa, qeyri səmimiliyə, gərginliyə şərait
yaradılmamalıdır.
Təlim-tərbiyə
prinsipləri
bir
fənn
çərçivəsində
məhdudlaşdırılmamalı digər ümumtəhsil fənləri ilə
əlaqə
yaradılmaqla
həyata keçirilməlidir. Bu prosesdə qohum fənlərlə inteqrasiya
(anatomiya-fiziologiya,
biologiya, tarix və s.) daha üstünlük təşkil
etməlidir. Belə ki, ayrı-ayrı hərəki bölmələr üzrə (gimnastika, atletika,
mütəhərrik və idman oyunları, kross hazırlığı) nəzəri birliklərin tədris
materialları bir-birilə əlaqəli şəkildə təlim olunmalıdır. Fəndaxili
mövzular üzrə təlim materialları əlaqələndirilərək tədris edilməlidir.
Təlim prinsiplərinin fəal tətbiqində tədris işlərinin düşünülmüş
şəkildə
əvvəlcədən
Dostları ilə paylaş: