L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə12/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   227
Muteherrik ve eylenceli oyunlar

Milli 
kurikulumun
ümumi prinsiplərinə istinad olunmaqla bərabər, həm də 
fiziki tərbiyənin təlimində istifadə edilən pedaqoji prinsiplərə də əməl 
olunmalıdır. Bu şərtlə ki, təlimin məzmunu və vəzifələri konkret, aydın 
və etibarlı faktlara söykənməli, şəxsiyyətin marağını və mənafeyini 
təmin etməklə, həm də elmi dəlillərə əsaslanmalı, sistemli şəkildə 
ardıcıl 
surətdə 
tətbiq 
edilməli, 
milli 
dəyərlərə 
müvafiq 
gerçəkləşdirilməli-reallaşdırılmalıdır. 


21 
Fiziki tərbiyədən tədris materialları həyatla sıx əlaqələndirilməli, 
yəni keçmiş, bu günki və proqnozlaşdırılmış gələcək mühiti əhatə 
etməli, yaşadığımız quruluşun reallıqları ilə birbaşa uzlaşdırılmalıdır. 
Tədris işinin faktik materiallara istinad olunaraq görülməsi, şagirddə 
təlimə marağı artırır, idrak fəallığın yüksəlməsini təmin edir və hərəki, 
psixomotor fəaliyyətlərin (qaydalara uyğun fəaliyyət, sərbəst fəaliyyət, 
yaradıcılıq fəaliyyəti) məqsədəuyğunluğunu tənzimləyir, onun 
dəyərliliyini xeyli artırır, həyatyönümlülüyünü yüksəldir. 
Fiziki tərbiyə təliminin müxtəlif növ maraqlı 
nümunələr
əsasında və inandırıcı faktlara istinad edilməklə tədrisi bu 
sahədə mənimsənilmiş bilik, bacarıq və vərdişlərin uzun müddət yadda 
qalmasına səbəb olur. Habelə, hərəki qabiliyyətlərin (güc, qüvvə, 
cəldlik, çeviklik, sürət, iradə möhkəmliyi və s.) möhkəm və 
davamlılığını daha da artırır, onların uzunömürlülüyünü təmin edir
dərkini asanlaşdırır. 
Unutmamalı ki, müəllim və şagirdlərin fəaliyyətinin 
tənzimlənməsində yalnız təlimin məzmunu və vəzifələrinin 
uyğunlaşdırılması ilə heç də kifayətlənməməli, onların yaş 
xüsusiyyətləri, fiziki qabiliyyətləri, cinsi əlamətləri, fiziki hazırlığı və 
fiziki inkişafı, səhhət sağlamlığı, əhval-ruhiyyəsi və emosionallığı 
diqqətdə olmalıdır. Bu və ya digər fiziki hərəkətlərin və oyunların 
təlimində vaxtilə öyrənilmiş bilik və bacarıqların, aşılanmış vərdişlərin 
də müvafiq şəkildə nəzərə alınması fəaliyyətlərin uzlaşdırılmasında 
özünəməxsus əhəmiyyətə malikdir. Çünki, bütün bunlar fiziki tərbiyə 
təliminin 
optimal
təşkilinə zəmin yaradır. Əks halda bədən tərbiyəsi 
müəllimləri və şagirdlər müəyyən çətinliklərlə üzləşirlər. Belə ki, 
nəticədə müəllimlər tədris prosesinin optimallaşdırılmasına nail ola 
bilmir. Şagirdlər isə tədris tapşırıqlarını az vaxt içərisində, yüksək 
keyfiyyətlə və daha sürətlə icra edə bilmir, boş dayanmalar yaranır, 
vaxt itirilməklə vaxta qənaət etmək normaları pozulur. Digər tərəfdən 
isə şagirdlər ruhdan düşür, dərslərə o qədər də maraq və həvəslə 
yanaşmır, fəallaşmaq əvəzinə daha da çox passivləşmək mövqeyində 
durur. Heç şübhəsiz ki, bunlarda təlimdə mənimsəmə səviyyəsinin 
minimuma enməsinə şərait yaradır. 
Fiziki tərbiyə təliminin məzmunu və vəzifələrinin düzgün 
qoyuluşu şagirdlərin tədris fəallığının yüksəlməsinə, bu prosesin 
intensiv
təşkilinə səbəb olur. Bir cəhəti də yadda saxlamalıyıq ki, 
tədris prosesi əlverişlilik prinsipinə də əsaslanaraq təşkil olunmalıdır. 


22 
Bu da təhsilalma və təhsilvermənin imkanlarının daha da 
genişlənməsinə və təhsilin səviyyəsinin yüksəlməsinə əlverişli şərait 
yaradır.
Qeyd etmək lazımdır ki, fiziki tərbiyə üzrə tədris materiallarının 
müvafiq 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə