Sumqayıt Dövlət Universitet Tarix və Coğrafiya fakültəsinin



Yüklə 21,45 Kb.
tarix23.12.2023
ölçüsü21,45 Kb.
#154503
Belge (1) (1)


Sumqayıt Dövlət Universitet Tarix
və Coğrafiya fakültəsinin
“Tarix və onun tədrisi metodikası”
kafedrasının magistrantı
Əliyeva Şəfiqə Mədət qızının
“Tələbə müstəqil işlərinin təşkili və
metodikası” mövzusunda
Dissertasiya işinə 


Rəy

Müasir dünyanın təhsil sistemi elmi-texniki tərəqqinin səviyyəsinə uyğun inkişaf etdirilir və daim yeni təlimlər, metodlarla qəbul edilir. Magistrantın “Tələbə müstəqil işlərinin təşkili və metodikası” mövzusunda dissertasiya işi də məhz bu məqsədlə tədqiqata cəlb olunmuşdur. Belə ki, tələbə öz bilik və bacarıqlarını artırmaq, özünə öyrənmə, tədqiqat və analitik düşüncə qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə qurulmuş bir sistemdir. Magistrant mövzuya məhz bu prizmadan yanaşaraq, onun aktuallığını nəzərə alaraq onu tədqiq etməyə başlamışdı. Dissertasiya işini oxuyub təhlil edərkən, düşünürsən ki, magistrant qarşısına qoyduğu məqsədinə nail ola bilmişdir.


Mövzu giriş, iki fəsil, nəticə və ədəbiyyat siyasından ibarət olmaqla işlənilmişdi. Giriş hissədə mövzunun aktuallığı,tədqiqatın məqsədləri, tədqiqat bazası, tədqiqatın məhdudiyyətləri, elmi yenilik və tədqiqatın praktiki nəticələri,nəticələrindən istifadə edilə bilən sahələr ətraflı surətdə şərh olunmuşdur. Birinci fəsil Ali məktəblərdə müstəqil işlərin təşkili metadologiyasının qoyuluşu adlanmaqla 2 paraqrafa bölünür. Tələbə müstəqil işi anlayışının mahiyyəti və ona pedaqoji yanaşmalar, adlanan birinci paraqrafda qeyd edilir ki,təhsildə müstəqillik tələbələrə təlim prosesində müstəqil olmağa imkan və özlərini inkişaf etdirməyə imkan yaradır. Magistrant daha sonra göstərir ki, müstəqil iş zamanı tələbələr əqli,emosional fiziki, sosial müstəqillik bacarıqlarını inkişaf etdirməlidirlər. İkinci paraqraf “Tələbə müstəqil işlərinin təşkili prinsiplərə və tipləri” adlanır. Magist prinsiplər məsələsinə müstəqil işin həyata keçirilməsində varisliyi, qarşılıqlı əlaqəsini, frontal və fərdi müstəqil işin əlaqələndirilməsini, təlim prosesi mərhələlərin də nəzəri və praktiki işin əlaqələndirilməsini, müstəqil işlə ayrılan zamanla tələbələrin vaxt büdcəsi arasındakı nisbətin elmi cəhətdən düzgün olmasını aid edərək, bu istiqamətdə tədqiqatını aparmışdı. Tədqiqatçı bundan əlavə ev tapşırıqlarını, praktiki məşğələ və laborator işlərin mərhələlərini, kurs layihələrinin və alqoritmik xarakterli göstərişlə özəl olaraq hazırlanan ev tapşırıqlarını, buraxılış kurs işlərini özündə birləşdirən, müstəqil işlərin dörd tipini göstərərək, təhlil etmiş və onlar haqqında ətraflı şərhlər vermişdir.
İkinci fəsil Ali məktəblərdə müstəqil işlərin təsnifatı və təşkili qaydaları adlandırmaqla “Ali məktəblərdə müstəqil işlərin təşkilində, pedaqoji və psixoloji şərtlər”, “Tələbə müstəqil işlərinin ən çox istifadə olunan növləri”, “Autoriya məşğələlərində və autoriyadankənar tələbə müstəqil işlərinin imkanları və yolları” mövzularında üç paraqrafa bölünür. Magistrant ikinci fəsli işləyərkən hiss olunur ki, bir çox pedaqoji, metodiki ədəbiyyatlardan, o cümlədən müasir dövrümüzdə milli təhsilimizdə tətbiq olunan yeni təlim metodlarından əsaslı surətdə istifadə etmişdir. Tədqiqatçının ədəbiyyat siyahısı demək olar ki, mövzu ilə bilavasitə əlaqəli olan tədqiqat xarakterli müasir ədəbiyyatlardır. Eyni zamanda internet resurslarından da geniş istifadə olunmuşdur. Mövzu öz aktuallığı ilə müasir təhsil sistemimizin tələblərinə cavab verir. Lakin dissertasiya işində xırda nöqsanlarda özünü göstərməkdədir. Belə ki, cümlədə və ya digər cümlələrdə eyni sözlər tez-tez təkrar olunur, orfoqrafik xətalarda özünü göstərir, hər paraqrafın sonunda ümumiləşdirilmələr də az verilmişdir. 
Lakin bütün bunlara baxmayaraq magistrant mövzunu tam işləyərək bir tədqiqat işinə çevirə bilmiş, qarşıya qoyulan məqsədinə nail olmuşdur. Bütün bunları nəzərə alsaq, işin müzakirəyə buraxılmasını məqsədəuyğun saymaq olar. 

Tarix və onun tədrisi metodikası


kafedrasının dosenti : R.İ.Əhmədov




Yüklə 21,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə