L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə20/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   227
Muteherrik ve eylenceli oyunlar

3-
cüsü
məktəbdə müxtəlif növ tədbirlərin təşkili və keçirilməsinə sərf 
olunan vaxta sərf olunan enerji ilə əlaqədardır. Yəni çalışmaq lazımdır 
ki, gün ərzində keçirilən tədbirlər arasında vaxta və qüvvə bölgüsünə 
əməl olunsun. Fiziki tərbiyə üzrə tədbirlərə çox, digərlərinə isə az 
qüvvə sərf edilməsin. Burda bədən tərbiyəsi üzrə keçirilən tədbirlərin 
məzmunu, sərf olunan vaxt, idman və hərəkət növü, onların güc və 
enerjiyə olan tələbatı nəzərə alınmalı, öyrədən və öyrənənlərin 
fəaliyyəti tənzimlənməli və stimullaşdırılmalıdır.
1.3.Fiziki tərbiyə təliminin stimullaşdırılmasının
metod və vasitələri 
Müəllim fiziki tərbiyənin təlimində nailiyyətləri qazanmaq üçün 
hər bir dərsə hazırlaşarkən pedaqoji qanunauyğunluqlara və təlim 
prinsiplərinə əsaslanmalıdır. Mövzuların tədrisinə yaradıcı yanaşmalı, 
uyğun variantlar seçib tətbiqinə nail olmalıdır. Təlimin təşkilində 
trafaretliyə, yeksənəkliyə yol verilməməli, mövzuya uyğun yeni forma, 
vasitə və metodlardan istifadə etməlidir. Fiziki tərbiyə prosesində 
uyğun variantların seçilməsini münasib vəzifə, məzmun, metod, vasitə 
və formaların seçilməsi kimi qəbul etməli və bu təhsildə stimul 
yaradılmasının mənbəyi və nailiyyətlərin qazanılmasının əsası kimi 
qiymətləndirilməlidir. Qabaqcıl məktəb təcrübəsinə istinad edərək 
mövzuya müvafiq təlim variantlarının işlənməsinə nail olmalı, bunların 
yeri gəldikcə bir-biri ilə əlaqəliliyini təmin etməli və həyata 
keçirilməsinə lazımi səy göstərməlidir. 
Təlim üçün məqsədəuyğun şəraitin yaradılması da fiziki hərəkət 
komplekslərinin, müxtəlif növ hərəkətlərin, texniki fəndlərin templə
ritmlə yerinə yetirilməsini təmin edən mühüm pedaqoji psixomotor 
amillərdəndir.


32 
Təcrübədən aydın olur ki, tədris prosesinə uyğun üsullardan ayrı-
ayrılıqda tətbiq edilməsi o qədər də səmərəli olmur. Həmin pedaqoji 
üsul və vasitələrin sistemli olaraq, eyni zamanda onların əlaqəli tətbiqi 
təlimi üçün daha effektli sayılır. Bu, həm də təlimdə öyrədən və 
öyrənənin fəaliyyətinin vahidliyinin təmin olunması üçün də mühüm 
pedaqoji-psixoloji amillərdən hesab olunur. Bütün bunları nəzərə alıb 
fiziki təhsil və tərbiyədə mənimsəmənin ardıcıl aparılma üsul və 
vasitələrinin izahının şərhini verək. 
Fiziki tərbiyənin təlimində kompleks planlaşdırma fiziki təhsilin, 
hərəki bacarıq və vərdişlərin konkretləşdirilməsi şagirdlərin 
tərbiyələndirilməsi və inkişafı məsələsinə xidmət edir. Bu isə fiziki 
tərbiyənin tədrisinin 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə