L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə17/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   227
Muteherrik ve eylenceli oyunlar

həcmindən
də mühüm dərəcədə asılıdır. Proqram tədris bölmələri üzrə ilk növbədə 
kompleks vəzifələr müəyyənləşdirildikdən sonra təlim-tərbiyənin 
məzmunu konkretləşdirilməlidir. Təlimin məzmununa aydınlıq 
gətirmək üçün birinci olaraq ictimai həyatla əlaqələndirmə, eyni 
zamanda 
müvafiq 
əlverişlilik 
prinsipinə 
verilən 
tələblərə 
uyğunlaşdırılmalıdır. Bütün situasiyalarda təlim və tərbiyə işlərinin
məzmununda elmiliyin də nəzərə alınması vacibdir.
Bədən tərbiyəsi dərslərinin tədrisi prosesində sinifdənkənar və 
məktəbdənxaric kütləvi idman-sağlamlıq tədbirlərinin mahiyyəti, 
məzmunu və bu sahədə qarşıda qoyulmuş təlim-tərbiyəvi, psixomotor 
vəzifələr izah edilməli və anladılmalıdır. Həmin tədbirlərin digər yaxın 
fənlərlə xüsusən, anatomiya-fiziologiya, biologiya fənlərinin tədrisi 
üzrə keçirilən işlərlə daha sıx birgə təşkilinin vacibliyi şagirdlərin 
nəzərinə çatdırılmalı, coğrafiya, tarix və təbiətşünaslıq fənləri üzrə 
keçirilən gəzintilər, yürüş və ekskursiyalara birgə hərəkətetmənin 
vacibliyi mənimsədilməlidir. Təbiətlə tanışlıq və tarixi yerlərə 
ekskursiyalar zamanı asudə vaxtlarda, fasilələrdə fəal istirahət etmək 
üçün müxtəlif yarışların təşkili, oyunların, qaçışların keçirilməsi tədris 
və həm də tərbiyəvi mahiyyət daşıyır.
Yuxarıda göstərilənlərdən və ümumtəhsil məktəblərində 
aparılmış təcrübədən belə qənaətə gəlmək olur ki, gümrahlıq, yüksək 
əhval-ruhiyyə, şənlik, cəldlik, çeviklik, dözümlülük, qarşıya çıxan 
mürəkkəb və çətin təbii manelərin aradan qaldırılmasından, şagirdlərin 
hərtərəfli 
fiziki 
və 
zehni 
inkişafından, 
şəxsiyyət 
kimi 
formalaşmasından ötrü fəaliyyətlərin tənzimlənməsini təmin edən 
komponentlərin səmərəli tətbiqinə, təhsil mühtinin yeniləşməsinə nail 
olmalıdır. Bütün bunlar fiziki tərbiyənin təlimində öyrədən və 


28 
öyrənənlərin fəaliyyətinin uyğunlaşdırılmasında başlıca amil olmaqla
həm də mühüm stimullardandır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə