L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə19/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   227
Muteherrik ve eylenceli oyunlar

ilk meyarı
hər 
bir şagirdin həmin dövr üçün real tədris imkanları əsasında 
mənimsəmə, tərbiyə olunma, inkişaf etmə səviyyəsi hesab edilir. Bu 
şərtlə ki, şagirdin ümumtəlim nəticəsinin səviyyəsi qiymətləndirilmə 
standartından aşağı olmasın, təhsil alanların nailiyyət səviyyəsinə 
qoyulan dövlət tələblərinə-normativlərinə uyğun gəlsin və həyata 
keçirilsin.
Tədris prosesində şagirdlər və istərsə də müəllimlər müvafiq 
vaxtda məqsədəmüvafiq zehni və fiziki yük alması da ümumtəlimin 
nəticələrinin reallaşması üçün stimul yaradan amillərdəndir. Müəyyən 
vaxt ərzində şagirdlərin həddindən artıq yüklənməsi, yəni tədris 
yükünün vaxt üzrə düzgün bölünməməsi tədrisin səmərəliliyinə mütləq 
öz mənfi təsirini göstərəcək, nailiyyətlərin stimulunu xeyli 
zəiflədəcəkdir.
Bədən tərbiyəsi dərslərinin 3 hissədən ibarət təşkili həmin 
baxımdan xüsusi əhəmiyyət kəsb edir. Dərsin səmərəli keçirilməsində 
onun hissələri (hazırlıq, əsas, tamamlayıcı) arasında vaxt düzgün 
bölünməli və buna ciddi diqqət yetirməlidir. Burada söhbət yalnız 45 
dəqiqəlik vaxtın dərsin 3 hissəsi arasında düzgün bölgüsündən getmir, 
söhbət eyni zamanda dərsin hazırlıq, əsas və tamamlayıcı hissələri 
arasında tədris yükünün düzgün paylaşdırılmasından, şagirdlərin real 
fiziki, zehni imkanlarının nəzərə alınmasından gedir. 
Şagirdlərin fiziki inkişafının və fiziki hazırlığının artırılmasında 
mühüm əhəmiyyət kəsb edən sinifdənxaric və məktəbdənkənar işlərə 
vaxtın və fiziki yükün düzgün ayrılması da optimal nəticələrin 
alınmasına kömək göstərir. Bu baxımdan şagirdlərin gün rejimində 


30 
zehni və fiziki hərəkət normalarına düzgün əməl olunması da olduqca 
mühüm əhəmiyyətə malikdir.
Fiziki tərbiyənin təlim işlərinin istənilən səviyyədə təşkilində 
ikinci meyar
şagird və müəllimlər üçün tədris və ev tapşırıqlarına sərf 
etmək üçün qoyulmuş vaxta, vaxt bölgüsünə düzgün riayət 
edilməsidir. Həmin tələbələrin nəzərə alınması şagird və müəllimlərin 
normadan artıq yüklənməsinin qarşısını alır. Fiziki tərbiyənin təlimində 
bir neçə meyardan eyni vaxtda istifadə etmək mümkündür. Bir cəhəti 
unutmaq olmaz ki, tədris prosesinin həddindən artıq 
intensivləndirilməsi növbəti hərəki bölmə mövzularının mətinlərinin 
şagirdlər tərəfindən mənimsənilməsini çətinləşdirir. Buna görə də 
şagirdlərin qüvvələrini düzgün sərf etməklə tədris prosesini səmərəli 
təşkil etmək lazımdır. Bu məqsədlə pedaqoji vasitələrin də tətbiqinə 
ehtiyac vardır. Fiziki tərbiyədə o variant müvafiq hesab olunur ki, eyni 
şəraitdə eyni vaxt sərf etməklə tətbiq olunan təlim-tərbiyə vasitə və 
priyomları daha yaxşı nəticə vermiş olsun. Burada qüvvənin qənaətlə 
sərf edilməsi də mühüm şərtdir. Təhsil və tərbiyənin hazırki tələbatında 
fiziki tərbiyənin tədrisinin səmərəliliyi onun nəticəsi və sərf olunan 
vaxtla sıx surətdə bağlıdır. Çünki, səmərəlilik bədən tərbiyyəsi 
müəllimindən qısa vaxt ərzində az əmək sərf etməklə təlim-tərbiyə 
işlərində daha böyük müvəffəqiyyətlər qazanmasını tələb edir. Təlim-
tərbiyə də nailiyyətlərin əldə edilməsində 
bədən tərbiyəsi müəlliminin işinin səmərəli qurulması təşkil edir ki, 
bunlarda tədrisdə buraxılmış nöqsanların aradan qaldırılması, 
çatışmazlıqlara yol verilməməsi və müəllimin boş-boşuna vaxt 
itirməməsinə səbəb olur. Bu təlim prosesinin daha effektli olması ilə 
nəticələnir. 
Qeyd etməliyik ki, fiziki tərbiyənin təlimi bir neçə mərhələdən 
keçdikdən sonra yeni daha təkmil mərhələ də başlayır. Bu zaman 
şagirdlərin artma inkişafının səviyyəsi təxmini planlaşdırılır. Bundan 
sonra tədris-tərbiyə sistemi üzrə müvafiq tədbirlər müəyyən olunur. 
Şagirdlərin xarakterindəki dəyişikliklər də qiymətləndirilir. Nəticə 
etibarı ilə sərf olunan vaxt və tədrisin düzgün təşkil olunma imkanları 
nəzərə alınaraq təlim tərbiyə sahəsində əldə edilmiş nailiyyətlərin 
nəticəsi digəri ilə müqayisə olunur. Hər yaş dövrü üçün müəyyən 
olunmuş normalar və tətbiq edilmiş tədbirlər sistemi də nəzərdən 
keçirilir. Fiziki tərbiyə təliminin təşkilində əvvəlcə bir meyar tətbiq 
edilirsə bu müvəffəqiyyətlə nəticələnirsə onda 2-ci stimul yaradan 


31 
variantdan da istifadə olunur. Bu da təlimin daha səmərəli təşkilinə 
təkan verir. Şagirdlərin fiziki və zehni cəhətdən qüvvələrinin diqqətdə 
olmasının və bunun gün rejimində (şagirdlərin qidalanma, zehni, 
hərəkətetmə) düzgün bölgüsünün gün ərzində normal fəaliyyət 
göstərməyə köməyi vardır.
Ümumtəhsil nəticələrinə müsbət təsir göstərən meyarlardan 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə