L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə21/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   227
Muteherrik ve eylenceli oyunlar

ilk
stimullaşdırıcı
vasitəsidir. Kompleks vəzifə-
məqsəd və vəzifələrin hər birinin ayrılıqda deyil bütövlükdə həyata 
keçirilməsi tədris fəaliyyətinin sürət və keyfiyyətlə başa çatmasına 
zəmin yaradır. Məsələn, əgər müəllim yalnız dərsin təhsil vəzifəsini 
yerinə yetirirsə, onda onun tərbiyəvi və inkişafetdirici vəzifələri icra 
olunmur. Təlimdə qarşıda qoyulmuş vəzifələrə bir tərəfli yanaşma, 
tədrisin səmərəliliyinin aşağı düşməsinə səbəb olur. Unutmamalı ki, 
dərsin kompleks vəzifələrinin növbə ilə və yaxud ayrı-ayrılıqda deyil, 
eyni vaxtda icra olunması çox vacibdir. Çünki, bu vaxt fiziki 
hərəkətlərin yerinə yetirilməsinə əlavə vaxtın sərf edilməsinə ehtiyac 
qalmır, vaxta qənaət olunur.
Kompleks vəzifələrin yerinə yetirilməsində hadisə və faktlar 
qarşılıqlı kömək əsasında öyrədilir ki, bu da mühüm pedaqoji 
hadisələrdən sayılmaqla tədrisin lazımi səviyyədə təşkilinə daima öz 
müsbət təsirini göstərə bilir. Misal üçün, bədən tərbiyəsi dərsinin 
qarşısında fiziki hərəkətləri, idman oyunları və ya güləş fəndlərinin 
öyrədilməsi və həmin idman növlərinin hərəki qabiliyyətlərin 
inkişafına, tərbiyəyə təsiri vəzifələri qoyulur.
Həmin vəzifələri icra etmək məqsədilə müəllimin fəaliyyəti elə 
təşkil olunmalıdır ki, şagirdlər bu vəzifələri yerinə yetirə bilsin. Bunun 
üçün də müəllim müqayisə vasitəsilə tədris materiallarının 
mənimsənilməsini təmin edir. Şagirdlərdə müqayisə etmək bacarığı 
aşılayır. Yəni müqayisə etməkdən ötrü şagirdlər düşünüb təhlil edir, 
müəyyən qənaətə gəlir. Bunları isə dərsin əsas təhsil vəzifələri və 
tərbiyələndirici ideyası əsasında təmin olunur. Qeyd etməliyik ik, 
dərsin təhsil-tərbiyəvi və inkişaf-vəzifələrini əvvəlki və gələcək bədən 
tərbiyəsi dərslərinin digər tədris tərbiyəvi, təhsil vəzifələrlə əlaqəli 


33 
həyata keçirilməsi kompleks planlaşdırmanın nəticəsi kimi təliminin 
zəruri vasitəsi rolunda çıxış edir. 
Fiziki tərbiyə təliminin lazımi səviyyədə qurulması şagirdlərin 
əsas xüsusiyyətlərini öyrənilməklə dərsin qarşısında duran başlıca 
vəzifələrin konkretləşdirilməsini də tələb edir. Vəzifələrin yaşa, cinsə, 
zehni və eləcə də fiziki inkişafa, fiziki hazırlığa uyğun təşkili 
şagirdlərin daha da fəallaşdırılmasına, tədris vəzifələrinin vaxtında, 
düzgün olaraq və icrasına şərait yaradır.
Müxtəlif vasitə və üsullardan yeri gəldikcə istifadə şagirdlərin 
fəallığına və tədris imkanlarına əsaslanır ki, bu da onların inkişafına və 
tərbiyəsinə daha müsbət təsir göstərməsi imkanını artırır. Pedaqoji üsul 
və vəzifələrin tətbiqi zamanı qarşıda duran başlıca tədris vəzifələrinin 
yerinə yetirilməsinə xüsusi diqqət yetirilməlidir. Tədris vəzifələrinin 
birinci və ikinci dərəcəliliyinə də fikir vermək yerinə düşərdir. Bununla 
bərabər, tədris vəzifələrinin icrasının şagirdlərin inkişafları 
çərçivəsində olması onun müvəffəqiyyətlə həyata keçirilməsinə önəmli 
imkan verir ki, bu da şagirdlərin fəallığına və tədrisə olan marağına 
səbəb olur.
Tədrisin stimullaşdırılmasının 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə