L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə29/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   227
Muteherrik ve eylenceli oyunlar

 
 
 
II FƏSİL 
 
Şagirdlərin bəzi fizioloji və psixoloji xüsusiyyətləri onların 
fiziki tərbiyə prosesində reallaşdırılması 
 
2.1. Ümumi və tam orta təhsil pilləsində şagirdlərin fizioloji 
imkanları və onların fiziki tərbiyənin təlimində tətbiqi 
 
Ümumtəhsil yaş dövründə şagirdlərin fiziki və fizioloji cəhətdən 
orqanizmlərində müvafiq dəyişikliklər baş verir. Bu inkişaf 
məktəblilərin üzv və sistemlərinin quruluşu, həcmi, funksional 
imkanları ilə sıx əlaqədardır. Fiziki tərbiyə prosesində yaş dövründən 
asılı olaraq fərdi fiziki xüsusiyyətlərin nəzərə alınması hərəkət və 
idman 
fəndlərinin, 
oyun 
taktikasının 
lazımi 
səviyyədə 
mənimsənilməsinə səbəb olur. Bu o deməkdir ki, hər bir yaş dövründə 
şagirdlərin ümumi hazırlığına uyğun fiziki hərəkətlər tətbiq olunmalı 


47 
və nəzəri biliklər verilməlidir. Bunun üçün də müəllim təlimin 
müvəffəqiyyətlə həyata keçirməsindən ötürü ilk növbədə fiziki 
hərəkətlərin orqanizmə eləcə də onun orqanizmin hansı hissəsinə 
təsirini, sinifin (qrupun) fərdi fiziki və fizioloji imkanlarını bilməli və 
yeri gəldikcə tədris zamanı mütləq nəzərə almalıdır.
Qeyd etməliyik ik, ibtidai təlim və orta təlim yaş dövründə uşaq 
və yeniyetmələrin özünəməxsus inkişaf etmə imkanları vardır. Bu yaş 
dövründə oğlan və qızlar daha yaxşı inkişaf edir, boy atırlar. Həmin 
yaşda olan uşaqların sümüklərində üzvi maddələr, eləcə də qığırdaq 
toxumları çoxluq təşkil edir. Bunlar isə bədənin elastik olmasına şərait 
yaradır və onun xarici mühitin qıcıqlarına qarşı olan davamlılığını 
minimuma endirir, iş görmə qabiliyyətini zəiflədir. 
Yadda saxlamaq lazımdır ki, müvafiq profilaktiv tədbirlər 
görülməsə bu vaxt orqanizm müəyyən fəsadlarla üzləşə bilər. 
Orqanizmin intensiv sürətlə artması ilk növbədə qeyri normal bel 
əyriliyi ilə, yastıayaqlılıqla nəticələnir. Bunların qarşısını almaq üçün 
bədən tərbiyəsi proqram tədris materiallarının yerinə yetirilməsi 
mühüm əhəmiyyətə malikdir. Qamətin formalaşmasını və elastikliyini 
təmin edən, orqanizmin əzələ sümük, ürək qan-damar sistemini və 
tənəffüs orqanlarını möhkəmləndirən hərəkət və oyunlardan istifadə 
edilməlidir. Xüsusi və ümumi inkişaf etdirici əşyasız və əşyalarla fiziki 
hərəkətlər, gimnastika, müvazinət, dırmanma və üzgüçülük hərəkətləri 
icra olunmalıdır.
Bədən tərbiyəsi dərslərində tez-tez xoşagəlməz hadisələrlə də 
qarşılaşırsan. Bu əsasən qacış zamanı, alətlərdə gimnastika 
hərəkətlərini yerinə yetirərkən orta məktəbyaşlı şagirdlərin xüsusən, 
qızların sancılanması, ürəkbulanması, başgicəllənməsi, gözləri 
qaralması, ürəkgetməsi halları ilə müşahidə edilir. Buna əsas səbəb orta 
təhsilalma dövründə şagirdlərin əzələ-gücünü, ürək qan-damar 
sisteminin tam şəkildə inkişafını və möhkəmliyini tapa bilməməsi ilə 
yanaşı beyin hərəkət mərkəzlərinin lazımınca inkişaf etməməsidir. 
Göstərilən vəziyyətlərin aradan qaldırılmasından ötrü açıq və təmiz 
havada müntəzəm olaraq yeriş, qaçış, müvazinət, hoppanma 
hərəkətlərini, oturaraq və döşəmədə uzanaraq hərəkətləri icra etmək 
lazımdır. Bu hərəkətlər qarın əzələlərini, tənəffüs üzvlərini 
möhkəmləndirməklə bərabər, orqanizmə ümumi inkişafetdirici müsbət 
təsir göstərir. 


48 
Orta məktəbyaşlı şagirdlərin fiziki inkişafı onların güc, sürət və 
çeviklik qabiliyyətlərinə də təsir edir. Tədqiqatlar nəticəsində aşkar 
olunmuşdur ki, kiçik məktəbyaşlarından orta məktəbyaşlarının 
başlanğıcına kimi (9-13 yaş) qızlarda hündürlüyə tullanma sürətlə 
getsə də 14-17 1aşlarda isə hündürlüyə tullanmanın nəticəsi intensiv 
olmur. Buna əsas səbəb kimi bu yaşlarda qızların dizi və budu açan-
bükən əzələlərin zəifləməsini göstərirlər. Çünki, həmin dövrdə qızların 
cinsi-bioloji inkişafı bu əzələ qüvvəsinin inkişafına mane olur. 
Həqiqətən də həmin əzələlərin hündürlüyə tullanmada rolu 
əvəzedilməzdir. Təlim prosesində qızların fərdi inkişafı nəzərə 
alınmaqla onlara yüngül, asan icra olunan bədii gimnastika elementləri 
verilməlidir (iplə, lentlə, topla və s.). 
Fiziki hərəkətlərin köməyi ilə ağciyərlərin hava yollarını 
genişləndirmək, bronxları müalicə etmək olar. Hərəkətlərlə 
sümüklərin, sümük-bağ aparatının və oynaqların da quruluşunda 
müsbət dəyişiklik etmək mümkündür. Bu şərtlə ki, fizioloq alimlərin 
dediyi kimi gimnastika hərəkətləri ilə mərkəzi sinir aparatının (beynin) 
elə bir funksional inkişafına nail olmaqdır ki, bütün sümük əzələ 
sistemi, beynin əmrlərinə əməl edərək, sadə və mürəkkəb hərəkətləri
böyük dəqiqliklə, tələb olunan qüvvə və sürətlə, arzu edilən kamilliklə 
icra olunsun. Bütün bunlardan belə bir qənaətə gəlmək olur ki, təlim 
zamanı müxtəlif ümumtəhsil pillələrində məşğul olanların fiziki 
inkişafı və fizioloji imkanlarını bilməklə kifayətlənməməli, onun daha 
uğurlu olması məqsədilə düzgün təlim və tərbiyə metodları seçib tətbiq 
etməyin özü də önəmlidir.

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə