L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə30/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   227
Muteherrik ve eylenceli oyunlar

 
 
 
2.2. Ümumi orta təhsil pilləsində şagirdlərin psixoloji 
xüsusiyyətləri onların fiziki tərbiyənin təlimində nəzərə alınması 
 
 
Şagirdlər ümumi orta təhsil yaş dövründən başlayaraq 
ümumtəhsil fənlərindən elmlərin əsaslarını öyrəndiyi kimi, fiziki 
tərbiyənin elmi əsaslarını onun həm nəzəri, həm də təcrübi məsələlərini 
də mənimsəməyə başlayırlar. Bu isə onlardan möhkəm iradəyə malik 
olmasını, mücərrəd təfəkkürün inkişafını, diqqətin idarə olunmasını və 
fəaliyyətində müstəqil olmağı tələb edir. Bu o deməkdir ki, həmin yaş 


49 
dövründə təlim prosesi zamanı şagirdlərin psixoloji fəaliyyətləri inkişaf 
etdirilməli və formalaşdırılmalıdır. Həmin vəzifələrin yerinə 
yetirilməsində bədən tərbiyəsinin qarşısında mühüm tələblər qoyulur 
və bunların lazımi səviyyədə həyata keçirilməsində fiziki tərbiyənin 
təlimi prosesinin optimallaşdırılması xüsusi zərurət kimi meydana 
çıxır.
Təlim prosesinin optimal təşkili üçün başlıca şərtlərdən biri də 
həmin yaşda olan şagirdlərin psixomotor fəaliyyətlərini və fiziki 
iərbiyə prosesində onun imkanlarını nəzərə almaq olduqca vacibdir. 
Əks təqdirdə hərəki bilik və bacarıqların öyrədilməsində, hərəki 
vərdişdərin aşılanmasında ciddi psixoloji maneələr qarşıya çıxacaq, 
nəzərdə tutulan pedaqoji-metodik cəhətlərin həll olunması bir o qədər 
də asan olmayıb çətinləşəcəkdir.
Burada başlıca vəzifələr nədən ibarətdir? Fiziki hərəkətlər və 
oyunların təlimi zamanı ehtiyac duyulan psixomotor fəaliyyət üçün 
zəruri olan hansı psixoloji şərtləri, mexanizmləri nəzərə almaq 
lazımdır?
Ümumi orta təhsil yaşlı şagirdlərin psixoloji fəaliyyətləri kiçik 
yaşlı uşaqların psixoloji fəaliyətinə nə qədər yaxın olsa da banlar bir-
birindən əsaslı surətdə fərqlənir. Qeyd etməliyik ki, ümumtəhsil yaşlı 
şagirdlər bədən tərbiyəsi dərslərində bir çox vacib hərəki vərdişlərə 
daha tez yiyələnə bilirlər. Bu bir tərəfdən onunla izah olunur ki, bu 
yaşda olan şagirdlərin sümük-bağ aparatında müsbət dəyişikliklər olur, 
sümükləşmə prosesi xeyli güclənir, sümüklər sürətlə uzanmağa doğru 
inkişaf edir, ürək qan-damar, əzələ və tənəffüs sistemləri və sair 
möhkəmlənir, maddalər mübadiləsi daha da yaxşılaşır.
Digər tərəfdən də şagirdlərin sinir sistemi öz funksional 
fəaliyyətini normal şəkildə icra edir. Xüsusən, orqanizmin üzv və 
sistemlərinin inkişafına təkan verir, möhkəmləndirir. Bu isə 
orqanizmin fəaliyyətinin ayrı-ayrılıqda və ya bütövlükdə ümumi 
məqsədə doğru yönəldilməsini təmin edir. Digər cəhətdən də 
oyanma prosesi ləngimə prosesinə nisbətən müəyyən üstünlük təşkil 
edir.
Bunlar isə mütəhərrikliyin yüksəlməsi, diqqətin möhkəm 
olmaması, fəaliyyətin və əhval-ruhiyyənin tez-tez dəyişməsi, çoxlu 
planların meydana gəlməsi, eləcə də arzuların artması ilə, sonsuz və 
tükənməz olması ilə müşahidə edilir, öz əksini real həyatda tapır. 
Həmin yaş dövrünü cinsi yetişkənlik dövrü adlandırırlar. Bu da istər-


50 
istəməz sinir sisteminin özündə müəyyən dəyişikliklər yaradır, onun 
funksiyasını bir qədər də təkmilləşdirir. Bütün bunlar cinsindən asılı 
olmayaraq şagirdlərin psixomotor fəaliyyətinə müsbət təsir göstərir. 
Şagirdlərdə müntəzəm və mütəşəkkil qavrama, müşahidəçilik 
qabiliyyətinin daha da yüksək olmasına zəmin yaradır. Beləliklə, 
onların ətraf mühitdəki əşya və hadisələrlə əlaqə və ona qarşı 
münasibəti get-gedə xeyli genişlənir. Orta məktəbyaşlı şagirdlərdə 
tədris edilən materiala maraq və meyl səthi deyil, daha dərin və uzun 
müddətli olur. O, ətrafdakı cisim və hadisələri bütövlükdə deyil, 
olduğu kimi, hər bir hərəkət elementini ayrı-ayrılıqda bir-birindən 
fərqləndirməklə, müqayisə etməklə öyrənməyə müvafiq surətdə çalışır.
Göründüyü kimi, şagirdlərin bu yaş dövründə hərəki və oyun 
vərdişlərinə qısa müddətdə yiyələnməsi nə qədər əhəmiyyətli olsada 
bunun zərərli tərəfləri də mövcuddur. Burada 2 pedaqoji-psixoloji 
amilə xüsusi diqqət yetirmək lazımdır. 
Birinci
növbədə fiziki 
hərəkətlərin və oyunların təlimində şagirdlərin anatomik-fizioloji 
funksional fəaliyyətinin imkanlarını nəzərə almaq zəruridirsə, eyni 
zamanda onların cinsi yetişkənlik yaş dövründə orqanizmdə, sinir 
sistemində və sairədə gedən cinsi inkişaf fərqləri, tədris fəaliyyətləri 
prosesində baş verən psixoloji dəyişiklikləri də yaddan çıxarmaq 
olmaz. Bunu həm fiziki tərbiyə üzrə tədris proqramları tərtib edərkən 
materalların seçilməsində və həm də təlim zamanı nəzərə almaq 
mühüm əhəmiyyətə malikdir.
İkinci
pedaqoji-psixoloji cəhət ondan ibarətdir ki, həmin yaşda 
şagirdlər tez öyrənmələrinə baxmayaraq hərəkəti bir çox hallarda 
lazımınca icra edə bilmir, tezliklə unudurlar. Bu səbəbdən də 
şagirdlərdə hərəkət koordinasiyaları düzgün inkişaf etmir və beləliklə 
qamət əyrilikləri yaranır. Üzv və sistemlər funksiyaların ınormal 
şəkildə yerinə yetirmirlər. Bunun nəticəsində də şagirdlərdə əsəbi hal 
meydana gəlir, əhval-ruhiyyə pisləşir, özündən asılı olmayaraq 
mexaniki olaraq yersiz və artıq hərəkətlərə yol verirlər. Və beləliklə də 
onlarda hərəki təlim dövründə xoşa gəlməz adətlər yaranır ki, bunu da 
təlimin sonrakı mərhələlərində aradan qaldırmaq mümkün olmur. Bu 
təhsil və tərbiyəvi baxımdan özünü biruzə verir və ümumtəlimin 
nəticəsinə ağır zərbə vurur. 
Müşahidələr göstərir ki, respublika məktəblərinin ibtidai 
siniflərində əksəriyyət hallarda fiziki tərbiyə dərslərini sinif 
müəllimləri aparır, bir çox hallarda isə bu məktəb yaş dövründə fiziki 


51 
tərbiyənin təliminə lazımi diqqət yetirilmir. Hətta bir çox təhsil idarə 
və müəssisələrində, məktəblərdə, ictimaiyyət arasında belə bir zərərli 
ümumi rəyin olduğunu da qeyd etmək istərdik. «uşaqlar böyüyərlər 
onda da idman keçərlər, indi onların nə yaşları var ki, idman 
keçsinlər». Buna görə də məktəb yaş dövrünə qədəm qoyana qədər 
şagirdlər nəinki oyun və hərəkətləri öyrənə bilirlər, hətta onlarda təbii 
olaraq və həm də təlim dövründə düzgün olmayan hərəki vərdişlər də 
yaranır və möhkəmlənir. Fiziki hərəkətlərlə müəyyən bədən 
qüsurlarının aradan qaldırılması əvəzinə, təlim zamanı yeni-yeni bədən 
qüsurları da yaranır. Buna qamətin düzgün inkişaf etməməsi (bu əsasən 
hündür boylu qızlarda daha tez-tez özünü biruzə verir), müvazinətin 
düzgün saxlanılmaması, döş qəfəsinin «batması»-qeyri normal onurğa 
əyriliklərinin əmələ gəlməsi, yastıayaqlılıq və sairəni göstərmək olar. 
Belə bədən qüsurları əsasən tənəffüs və qamət hərəkətlərinin, müxtəlif 
növ hərəkətlərin yerinə yetirilməməsi və səlist icra olunmaması 
nəticəsində meydana çıxır, formalaşır. Buna görə də fiziki tərbiyyəyə 
diqqət artırılmalıdır. 
Fiziki təlim dövründə düzgün olmayan hərəki vərdişlərin 
yaranmasına şagirdlərin hərəkətləri bəzən də müstəqil olaraq (özləri 
istədiyi kimi nəzərdə tutulur), yerinə yetirməsi də səbəb olur. Çünki, bu 
yaşda olan şagirdlər belə təsəvvür edirlər ki, artıq onlar böyümüşlər, 
orqanizmləri hər cür işin öhdəsindən gələ bilər. Müəllimin göstərişinə 
və öyrətməsinə ehtiyac yoxdur. Şagirdlər bir növ də sinif uşaqları 
qarşısında nümayiş etdirmək istəyirlər ki, baxın o nəyə qadirdir. Artıq 
yetişmiş və «kişi» kimi hərəkət etməlidir. Qız və oğlan yarımqrupları 
da bir-birinə yaxındırsa, onlar bir-birlərinin hərəkəti necə icra etməsini 
müşahidə edirlərsə, bu da tədris prosesinə öz mənfi təsirini göstərir. 
Əvvəla şagirdlərin diqqətləri yayınır, ikinci oğlanlar həmin 
vəziyyətdən yararlanaraq özlərini qızlara daha «mədəni» şəkildə 
«göstərməyə» çalışır, qızlar isə özlərini «gizlətməyə» səy göstərirlər. 
Bu belə olur: bəzi qızlar oğlanlara görə hoppanma, dartınma, 
akrobatika (mayallaq aşmalar, alətlərdə bədəni gərginləşdirici və s. 
gimnastika hərəkətlərini) yaxud atletika hərəkətlərini icra etməkdən 
imtina edirlər. Onlar belə düşünürlər ki, olmadı elə, oldu belə – yəni 
birdən yıxıldı, hərəkəti icra edə bilmədi, yaxud da onu düzgün yerinə 
yetirə bilmədi, bəs onda necə olsun? Bu biabırçılıqdır. Buna görə də 
belə düşünən qızlar tay-tuşları yanında pərt olmamaq üçün hərəkətləri 


52 
yerinə yetirməyi imtina edir. Min cür bəhanələr gətirməklə dərsdən 
yaxasını qurtarmağa çalışır və nail olurlar. 
Bəs, onda nə etməli? Biz yuxarıda qavrama haqqında bəzi 
fikirlərimizi qısa da olsa demişik. Lakin fiziki təlimin 
optimallaşdırılması ilə əlaqədar qarşıya çıxan çətinlikləri aradan 
qaldırmaq məqsədilə yenə də qavrama və şagirdlərin müşahidəçilik 
qabiliyyətlərinin bir cəhətinə müraciət etmək istəyirik. Qeyd etdiyimiz 
kimi, ümumi orta təhsil yaşlı şagirdlərdə ardıcıl təlim nəticəsində onlar 
əşyaları və hadisələri hissə-hissə və bütövlükdə qavrama qabiliyyətinə 
yaxşı yiyələnirlər. Bu isə idrak fəaliyyətində mühüm rol oynayan 
müşahidə etmə qabiliyyətinin inkişafına səbəb olur. Lakin unutmaq 
olmaz ki, uşaqlarda müşahidə etmə, hərtərəfli dərin, bəzən də səthi və 
ya aldadıcı da ola bilər. Qavrama və müşahidə etmək olar ki, bu yaş da 
bir növü yaranma-qurulmalar mərhələsindədir.
Fiziki tərbiyənin təlimi zamanı qavrama və müşahidəçilik 
qabiliyyətinin yenicə inkişaf etməyə başlaması ərəfəsində, onun inkişaf 
etdirliməsinə çox böyük ehtiyacı vardır. Bura da ayrı-ayrı idman 
növləri üzrə texniki fəndlərin yerinə yetirilməsinin qavranılması 
məqsədilə müəllimin həmin texniki fəndlərin icra olunmasını izah etmə 
yolu ilə şərhi və bunların üzərində şagirdlərin fəal müşahidələrini təşkil 
etməsi, diqqətlərini ümumi məqsədə cəmləşdirməsi olduqca zəruridir. 
Fiziki tərbiyə təliminin göstərilən qaydada təşkili şagirdlərin qavrama 
və 
müşahidə 
etmə 
qabiliyyətlərini 
inkişaf 
etdirmək 
və 
möhkəmləndirməklə yanaşı, texniki fəndlərində lazımi səviyyədə icra 
olunmasına kömək göstərir. 
Ümumi orta təhsil yaşlı uşaqlar diqqəti toplayıb əsas məqsədə 
yönəldə bilirlər. Hərəkətlər və təşkil olunan oyunlar mürəkkəb olsa da 
şagirdlərin onları mənimsəmə imkanları genişdir. Çünki, həmin yaşda 
uşaqların texniki fəndləri və taktiki variantları görmə və qavramaq 
imkanları yüksək olur, səsin isə hansı tərəfdən gəlməsini müəyyən 
etməklə bunun fəndlərin düzgün icrasındakı mahiyyətini də dərk 
edirlər. Xüsusi ilə hərəkətlərin müəyyən bir ahənglə musiqinin sədaları 
altında yerinə yetirilməsi şagirdlərin əhval-ruhiyyəsini yaxşılaşdırır, 
dərsə marağını və diqqətini xeyli yüksəldir. Bütün bunlarda fiziki 
təlimin optimal qurulmasında mühüm rol oynayır. Lakin qıcıqlandırıcı 
səslər, ritm ilə və müvafiq templə yerinə yetirilməyən hərəkətlər 
şagirdləri əsəbiləşdirir, diqqətini dərsdən yayındırır və tez yorulmaya 
şərait yaradır. 


53 
Fiziki tərbiyə təliminin optimal təşkili uşaqların yaddaşı ilə də 
sıx əlaqədardır. Buna görə də onlar yeni fəndlərin icrasını və taktiki
variantların mənimsənilməsini əvvəllər öyrənilmişləri yada salmaqla 
yerinə yetirilmələri təlimə müsbət təsir göstərir. Burada başlıca şərt
vaxtı ilə keçilmiş materialları təhlil və müqayisə etmək, tutuşdurmaq, 
fərqli cəhətlərini aşkara çıxarıb onların gözləri qarşısında 
canlandırmaq, habelə keçmiş təsəvvürləri bərpa etmək, yeni materiallar 
ilə əvvəllər mənimsənilmiş materiallar arasında əlaqə yaratmaq və 
bunların birliyini möhkəmlətməkdən ibarətdir. Təlimin göstərilən 
qaydada təşkili şagirdlərin hərəki fəallığının artmasına, ayrı-ayrı 
hərəkətlərin yerinə yetirilmə mexanizminin yada düşməsinə və fəal 
işləməsinə səbəb olur. Beləliklə, şagirdlərdə qarşıda duran vəzifələrin 
həyata keçirilməsinə düşüncəli, məqsədyönlü yanaşmağın imkanları 
xeyli genişlənir, ümumtəlim nəticələrinə müvəffəq olmağı sürətləndirir 
və fiziki hərəkət normativlərinin verilməsini asanlaşdırır.
Ümumtəhsil fənlərinin tədrisi nəticəsində məktəbyaşlı uşaqlar 
hər bir hərəkətə hörmətlə yanaşmaqla bərabər, həm də müəllimə və 
özünə tələbkar olur. Bu sahədə sərbəst olmağa ciddi səy göstərirlər. 
Onların hərəkətlərin yerinə yetirilməsi barədə özlərinə məxsus fikirləri 
də olur. Buna görə də fiziki tərbiyənin təlimi vaxtı müxtəlif 
vasitələrdən o cümlədən idrakın fəallaşdırılması yolu ilə uşaqların 
hərəki fəallığını yüksəltmək mümkündür. Burada fiziki hərəkətlər 
yerinə yetirildikdən sonra yəni müşahidələri başa çatdıqdan sonra 
hərəkətlərin icrası texnikasını, taktiki variantlarını şagirdlərin özlərinin 
söz vasitəsi ilə izah etməsinə, nümayiş etdirməsinə şərait yaratmalıdır. 
Bu prosesdə uşaqlar izahatında səhvlərə də yol verə bilərlər. Həmin 
səhvlər və onların aradan qaldırılması yolları bədən tərbiyəsi müəllimi 
tərəfindən səbirlə, peşəkarlıqla aradan qaldırılmalıdır.
Şagirdlərin idrak fəallığının yüksəltməkdə mövzu ətrafında
problem situasiyanın yaradılması da vacib pedaqoji amillərdən biri 
hesab olunur. Burada öyrədilən hərəkətlərlə bağlı şagirlərin qarşısında 
sualların qoyulması və suallara cavab vermələrini tələb etməkdə 
problem situasiyanın müəyyən elementlərindən sayılır. Buna aid belə 
bir misal göstərək. Turnikdə dartınaraq dayağa qalxmaq öyrədilirsə, 
əvvəllər öyrədilmiş dayaga qalxmalarla əlaqədar uşaqlara belə sual 
vermək mümkündür: Siz əvvəllər dayağa qalxmanı necə icra 
etmişsiniz? Hazırda yerinə yetirdiyiniz dayağa qalxma hərəkətinin 
əvvəllər öyrəndiyiniz hərəkətlə fərqi vardırmı? Əgər vardırsa həmin 


54 
fərqli cəhətləri söyləyin. Başqa bir misal, əgər hər hansı bir qaçış növü 
öyrədilirsə qaçış üzrə də problem situasiya yaratmaq olar. Qaçışın 
növləri hansılardır? İndi öyrəndiyiniz qaçışın əvvəlkilərdən fərqləri 
hansılardır? 
Fiziki tərbiyə təliminin optimal qurulması uşaqların möhkəm 
iradəyə malik olmalarından da asılıdır. Müşahidə olunur ki, bəzən 
hərəkətlərin düzgün icrası uşaqlarda alınmır, bəzən də hərəkətlər 
onlarda çox çətinliklə alınır, bəzən də hərəkətin mürəkkəbliyindən 
qorxaraq onu icra etməkdən çəkinirlər. Uşaqlar belə hesab edirlər ki, 
həmin hərəkətlər onlarda alınmaz, hərəkətin icrası zamanı onlar yıxılar 
və zədələnə bilərlər. Bu zaman müəllim uşaqları dilə tutmalı və əyani 
surətdə sübut etməlidir ki, onlar həmin hərəkəti icra etmək iqtidarına 
malikdirlər. Bu, uşaqların hərəkəti yerinə yetirmək üçün ruhlandırır, 
onların psixoloji fəaliyyətini hərəkətə gətirməklə, eyni zamanda 
diqqətini cəmləşdirir və iradələrini həmin hərəkətin məqsədyönlü 
icrasına istiqamətləndirir. İradənin möhkəmləndirilməsi və istənilən 
səmtə yönəldilməsində görkəmli idmançıların həyatından, onlara 
nümunələr göstərmək lazımdır. Xüsusən, idmanda böyük nailiyyətlər 
qazanmaq yolunda onların qarşısına çıxmış çətinliklərdən, bunları 
aradan qaldırılması məqsədilə yüksək iradə nümayiş etdirib bu 
maneyələri dəf etmələrindən söhbət açmaq lazımdır. Məktəbyaşlı 
uşaqlar hər hansı maneəni keçmək üçün tələsikliyə yol verir, öz qüvvə 
və enerjisindən həmin fiziki işin görülməsində düzgün istifadə edə 
bilmir, bəzən dərsin əvvəlində və yaxud axırında çox və ya az güc sərf 
edirlər.
Məsafələr üzrə (atletika dərslərində) yaxud hərəkətin 
(gimnastika) bütövlükdə tam icra olunub başa çatdırılması məqsədilə 
gücün düzgün bölünməməsi orqanizmdə birdən-birə yükün artmasına, 
yada azalmasına səbəb olur.
Bunlar isə məsafənin az vaxt içərisində dəf edilməsinə, 
gimnastika hərəkətlərinin tələb olunan səviyyədə yerinə yetirilməsinə 
mənfi təsir göstərir. Buna görə də müəllim dərs və yarış zamanı 
uşaqların artıq fiziki yük sərf etməsinə imkan verməməli, təlim 
prosesində yüklərin mərhələlər üzrə düzgün bölünməsinə çalışmalı və 
lazımi nəzarət etməyi yaddan çıxartmamalıdır. 
Yuxarıda söylənilənlərdən belə qənaətə gəlmək olar: Ümumi 
orta təhsil yaşlı uşaqların fiziki tərbiyəsinin optimallaşdırılmasında 
onların əvvəlcə hərəki fəaliyyət imkanlarını yəni fiziki hazırlıq və 


55 
fiziki 
inkişafını, 
hərəki 
qabiliyyətlərini, 
nəhayət 
psixoloji 
xüsusiyyətlərini nəzərə alınması mühüm şərtdir. Həmin yaşda olan 
uşaqlar hərəki fəaliyyət imkanlarını daha geniş hesab edirlər ki, bu da 
həqiqətə uyğun gəlmir. Uşaqlar bir çox hallarda hərəkətləri yerinə 
yetirərkən ciddi səhvlərə yol verir, təlimdə uğursuzluqlarla qarşılaşır. 
Bütün bunlarda ümumtəlim nəticələrinə öz mənfi təsirini göstərir, 
şagirdlərin fiziki tərbiyə dərslərinə marağını azaldır. Müəllimin 
uşaqlara qarşı düzgün münasibətdə olmaması isə onun özünə və həm 
də tədris etdiyi fənnə laqeyidliyin yaranmasına səbəb olur. Belə olduğu 
halda uşaqların öz qüvvəsini (onun özünün nəyə qadir olmasını) real 
qiymətləndirməsi həlledici əhəmiyyətə malikdir. Bunun üçün də 
müəllim, hər şeydən əvvəl, hərəkət icra olunmazdan qabaq uşaqlarda 
bu hərəkətlər haqqında dəqiq və düzgün təsəvvür yaratmalı və onu 
formalaşdırmalıdır. Bu fiziki tərbiyənin təliminə düşüncəli yanaşmağı 
tərbiyə edir, uşaqlar hərəkət və oyunların nə məqsədlə yerinə 
yetirilməsini anlayırlar. Bundan əlavə, müntəzəm və ardıcıl olaraq 
təlim priyomlarından optimal istifadə etməklə uşaqların fəallığının 
artmasını, dərsə marağının yüksəlməsini, təlim prosesinə məsuliyyətlə 
yanaşmasını təmin etmək mümkündür. Həmin məqsədlə də 
aşağıdakıların nəzərə alınması məqsədəuyğun hesab olunur. 
1. Fiziki hərəkətlər və oyunlar ilk dəfə yerinə yetirilən andan 
etibarən və yaxud bu sahədə kobud səhvlər buraxılan zaman onların 
sözlə izahının daha dəqiq və konkret olmasına xüsusi diqqət 
yetirməlidir. Oyun və hərəkət texnikasının qüsurlu şəkildə vərdiş 
halına keçməsinə imkan verməməli, nöqsanlar tezliklə aradan 
qaldırılmalı; 
2. Əvvəllər öyrədilmiş hərəkət və oyunlar deyil, yalnız yeni 
təlim olunan hərəkət və oyunların yerinə yetirilmə texnikasının 
detallarını hissə-hissə öyrətməli və təhlil etməli; 
3. Hər hansı bir hərəkətin icra olunma texnikasının 
qiymətləndirilməsi və təhlili müəllim və şagirdlər tərəfindən 
aparılmalı, qənaətə gəlmək üçün fəaliyyətlər tənzimlənməli və 
uzlaşdırılmalı; 
4. Fiziki hərəkət və oyunlar təkrar olunarkən bunların öyrədilmiş 
ayrı-ayrı elementləri bir daha izah edilməli və canlı surətdə 
göstərilməli və texniki vasitələrin yaxından köməyi ilə nümayiş 
etdirilməlidir.


56 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə