L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə32/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   227
Muteherrik ve eylenceli oyunlar

İkinci bölmə 
 
MÜTƏHƏRRİK OYUNLAR 
 
III FƏSİL 


61 
 
Mütəhərrik oyunların pedaqoji mahiyyəti və təşkili yolları 
PLAN 
 
3.1. Mütəhərrik oyunların əhəmiyyəti
3.2. Görkəmli pedaqoqlar oyunlar haqqında 
3.3. Oyunların təşkili yolları
ƏDƏBİYYAT
1.H.H.Ağayev. 
Azərbaycan mütəhərrik oyunları. Bakı, 
Uşaqgəncnəşr, 1958-ci il. 
2.E.F.Acalov. Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişaf 
tarixi. Bakı, «Maarif» nəşriyyatı, 1985-ci il. 
3.R.Y.Rəsulov, R.M.Baxşəliyev. İbtidai siniflərdə mütəhərrik 
oyunları. Bakı, 1985-ci il. 
4.B.S.Quliyev. Fiziki tərbiyənin nəzəri-metodik və praktik 
işlərinin əsasları. Bakı, «ADPU» nəşriyyatı, 2010-cu il. 
5.L.V.Bıleeva, 
İ.M.Korotkov. 
Podvijnıe 
iqrı. 
Moskva, 
«Fizkulğtura i sport», 1982-ci il.
6.Fiziçeskaə kulğtura v şkole metodika urokov v I-III klassax 
(Q.P.Boqdanova -nın ümumi redaktəsi ilə), Moskva, «Prosvehenie» 
nəşriyyatı, 1971-ci il.
III FƏSİL 
 
Mütəhərrik oyunların pedaqoji mahiyyəti və
təşkili yolları 
 
3.1. Mütəhərrik oyunların əhəmiyyəti 
 
Mütəhərrik oyunların sağlamlıq əhəmiyyəti.
Orta əsrlərdə 
yaşamış böyük mütəfəkkir, filosof-alim və şairlərimizdən Xaqani, 


62 
Nizami, Əhvədi, Tusi, Nəsimi, M.Naxçıvani və başqaları, dünyada 
şöhrət qazanmış klassik əsərlərində qəhrəmanlarının əqlən və fiziki 
cəhətdən kamilləşməsi, sağlam düşüncəyə malik olması sahəsində 
qorxmazlıq, cəsurluq, hünər və vətənpərvərlik göstərməsini xüsusi bir 
həvəslə qələmə almışlar. 
Böyük Nizami «bədənin əsasının möhkəm olması»na görə «əldə 
qələmin düzgün işləməsi»ni göstərmiş, fiziki cəhətdən möhkəm və 
sağlam adamların «halldəyişməz», «həvəsi yerində», «damağı çağ» 
olar demişlər. Nizami fiziki möhkəmliyi saf idrakla qoşa görür. Şər 
qüvvələrə qalib gəlməkdə onların vahidliyini təsdiqləyərək yazır: 
Sanki həmcins imiş bu iki qüvvət, 
Nə çıxsa qarşıya, məhv edər əlbət. 
O, fiziki tərbiyəyə dərin fəlsəfi, tibbi məna verir, sağlam bədəndə 
sağlam ruh olar deyirdi: 
Bədən sağlam olsa, saf olar söz də, 
Süst adam süst olar, bədən də, söz də. 
Bədən xəstə olsa, belədir sonu, 
Sərv olsa da, azar yatırar onu. 
Neyləyir özünə özü xəstənin
Xəstə olar, fikri, sözü xəstənin. 
(«Xosrov və Şirin»). 
Uşaqların fiziki tərbiyəsinin tərkib hissəsi olan oyunlar, onların 
sağlamlığını möhkəmləndirir. 
Mütəhərrik oyunlarla məşğul olmaq orqanizmin düzgün 
inkişafına kömək edir, qamətin formalaşmasına zəmin yaradır. 
Bundan 
əlavə, 
mütəhərrik 
oyunlar 
sümük-bağ 
aparatını 
möhkəmləndirir, əzələləri çevikləşdirir, oynaqların mütəhərrikliyini 
artırır, ciyərlərin həyat tutumunu artırır, ürəyin fəaliyyətini yüksəldir. 
Bu oyunlar qan dövranını fəallaşdırır, sinir sistemini tənzim edir, 
maddələr mübadiləsini yaxşılaşdırır, normal yuxunu, asudə vaxtın 
səmərəli keçməsini təmin edir. Bununla belə, anatomik-fizioloji və 
pedaqoji-didaktik prinsiplərə əsaslanmayan, ilk növbədə iştirakçıların 
yaşına və fiziki hazırlığına uyğun olmayan oyunlar xeyirdən çox zərər 
verir. Belə hallarda maraq sönür, əzələ gərginliyi, təngnəfəslik əmələ 


63 
gəlir, ürəyə və ciyərlərə artıq yük düşür, fiziki hərəkətlərin ümumi 
dinamikası pozulur. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə