L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə35/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   227
Muteherrik ve eylenceli oyunlar

 
 
3.2. Görkəmli pedaqoqlar oyunlar haqqında 
 
Azərbaycan fiziki tərbiyə sistemi müxtəlif vasitələrdən istifadə 
olunmaqla inkişaf etdirilir. Buna fiziki hərəkətlər, gimnastika (əsas, 
gigiyenik, idman, bədii, köməkçi gimnastika), turizm, təbii amillər 
(hava, su, günəş) və gigiyenik tədbirlər daxildir. Həmin tədbirlərlə 
yanaşı, müxtəlif oyunlarda şagirdlərin fiziki tərbiyəsinin inkişafında 
mühüm yer tutur. 
Oyunlar məktəbəqədər və kiçik məktəbyaşlı uşaqların həyatına 
dərin nüfuz edir. Məşhur pedaqoq alimlər haqlı olaraq həmin yaş 
dövrlərini çox vaxt «oyun dövrü» adlandırırlar. Görkəmli pedaqoqlar 
oyunların uşaqların həyatında böyük rol oynadığını dəfələrlə qeyd 
etmişlər.
Uşaq oyunlarının mahiyyəti və əhəmiyyətini xarakterizə edərək 
yazmışlar ki, oyunun məktəbəqədər yaşlı uşaqlar üçün müstəsna 
dərəcədə əhəmiyyəti vardır, oyun onlar üçün təlimdir, oyun onlar üçün 
tərbiyənin ciddi bir şəklidir. Oyun böyüməkdə olan orqanizmin 
tələbidir. Gözəl deyilmiş həmin sözləri nəinki ibtidai məktəb yaşı 
dövrünə, hətta yuxarı yaş dövrünə də aid etmək olar. 
Dahi proletar yazıçısı M.Qorki oyunun uşaq həyatı üçün 
zəruriliyini yüksək qiymətləndirərək yazırdı ki, uşaq on yaşına qədər 
əyləncələr tələb edir və onun tələbi bioloji cəhətdən qanunidir. O, 
oynamaq istəyir, o, bütün şeylərlə oynayır, onu əhatə edən dünyanı hər 
şeydən əvvəl və hər yeşdən asan oyunda, oyunla dərk edir. 
Qeyd etməliyik ki, uşaqlar həyatda təkcə müşahidəçi 
olmurlar. Onlar həyatın qanun və qanunauyğunluqları ilə, çətin və 
mürəkkəb olan həyatın özü ilə ömrü boyu qarşılaşmalı, mübarizə
aparmalı və fəaliyyət göstərməli olurlar. Buna görə də uşaqlar lap kiçik 
yaşlardan başlayaraq həyatda fəal və müstəqil olaraq iştirak etməli, 
həyat üçün vacib olan bacarıq və vərdişlərə yiyələnməlidirlər. Bütün 
bunlara malik olmaqla oyunlar əvəzedilməz vasitələrdən biridir. 
K.D.Uşinski uşağın oyun fəaliyyətini belə şərh edir: «Uşaq üçün həqiqi 
həyat çox mürəkkəbdir, o, burada heç bir müstəqilliyə malik deyildir. 


67 
Oyunda isə o, öz qüvvəsini tətbiq edir, yoxlayır. O, öz yaratdığı 
üzərində müstəqil olaraq hakimlik edir». 
Məlumdur ki, kiçik məktəbyaşlı məktəblilər fiziki cəhətdən o 
qədər də möhkəm olmurlar. Onların ürək-damar və sinir sistemi, dayaq 
hərəkət apparatı, tənəffüs, görmə və eşitmə üzvləri formalaşmış olmur. 
Ona görə də kiçik yaşdan başlayaraq həmin üzvlərin, sistemlərin 
inkişaf etdirilməsində, onların funksional fəaliyyətinin artırılmasına 
xüsusi ehtiyac vardır. Oyun isə uşağın sağlamlığını, fiziki hazırlığını, 
inkişafını təmin edən, orqanizmin həyat fəaliyyətini artıran mühüm 
vasitələrdəndir. Oyun yalnız uşaqların fiziki hazırlığına deyil, o, həm 
də estetik zövrün yaranmasına, hisslərin inkişafına kömək edir ki, bu 
da baş beynin ali hisslərinin fəaliyyətini gücləndirir. Oyun uşaqların 
əhvali-ruhiyyəsini yaxşılaşdırır, emosionallığını artırır. Bütün bunlar 
isə fiziki hərəkətlərin düzgün icrasına, verilən tapşırıqların yerinə 
yetirilməsinə musbət təsir göstərir. M.Qorki oyunu düşüncə və iradənin 
birinci məktəbi adlandırmışdır. 
Görkəmli pedaqoq A.S.Makarenko «Tərbiyə haqqında 
mühazirələr» kitabında oyunun uşağın həyatındakı mövqeyini belə 
qiymətləndirir. O, yazır: «Yaşlı adamın həyatında iş, fəaliyyət, qulluq 
kimi əhəmiyyətə malikdirsə, uşağın da həyatında oyun o qədər 
vacib və əhəmiyyətlidir. Uşaq oyunda necədirsə, böyüyəndən sonra 
işdə də bir çox cəhətdən elə olacaqdır. Ona görə də gələcək xadimin 
tərbiyəsi hər şeydən əvvəl oyun prosesində keçir»
1
.
A.S.Makarenko oyunla işin arasında o qədər də fərq olmadığını 
göstərir: «Yaxşı oyun yazşı işə bənzəyir, pis oyun pis işə bənzəyir. Bu 
bənzəyiş çox böyükdür: cəsarətlə demək olar ki, pis iş yaxşı işdən daha 
artıq pis oyuna oxşayır»
2
. O, uşaqlıq illəri üçün oynamağı normal 
hesab edərək, uşaqlarda oyuna olan həvəsi təmin etmək vacib 
olduğunu həmişə vurğulayırdı. O, qeyd edirdi: uşağa «…nəinki 
oynamaq üçün vaxt vermək, hətta oyunu onun bütün həyatına nüfuz 
etdirmək lazımdır».
1
А.С.Макаренко. Сечилмиш педагожи ясярляри. «Азярбайъан 
мяктяби» журналынын няшри, сящ.376. 
 
2
А.С.Макаренко. Сечилмиш педагожи ясярляри. «Азярбайъан 
мяктяби» журналынын няшри, сящ.376. 


68 
Bundan 
əlavə, 
oyun 
uşaqda 
kollektivçilik, 
dostluq, 
təşəbbüskarlıq, qoçaqlıq, dözümlülük və vətənpərvərlik kimi ən yüksək 
əxlaqi keyfiyyətləri aşılayır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə