L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs


Mütəhərrik oyunların tərbiyəvi əhəmiyyəti



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə34/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   227
Muteherrik ve eylenceli oyunlar

Mütəhərrik oyunların tərbiyəvi əhəmiyyəti.
Təhsili tərbiyədən 
ayrı təsəvvür etmək olmaz. Bunlar ümumtəhsil məktəblərinin ümdə 
vəzifəsidir. Təhsil və tərbiyə işləri paralel aparılmalıdır. Məktəbdə 
təhsil-tərbiyənin müxtəlif vasitələri vardır. Şagirdlərin fiziki tərbiyəsi, 
o cümlədən oyunlar, idman tərbiyənin mühüm vasitələrindəndir. 
Oyunlar həyatı xarakter daşıyır. Onlar yaşayışımızın bu və ya 
digər hadisələri ilə, ictimai varlıqlarla, məişətlə, əməklə bağlıdır. 
Buradan belə nəticə çıxır ki, düzgün seçilmiş və yaxşı təşkil olunmuş 
oyunlar təhsil və tərbiyənin tam bir kompleks məsələlərini həll edən 
başlıca vasitələrdəndir. 
Oyunun təlim əhəmiyyəti ilə yanaşı təlim üçün çox vacib 
tərbiyəvi faydası da vardır. Təlimdə uşaqların təmkinli, səbirli, 
dözümlü olması onun səmərəli keçməsinə müsbət təsir göstərir. Oyun 
uşaqların iradəsinin möhkəmləndirilməsində əvəzsiz vasitələrdən 
sayılır. Çünki, uşaqlar oyun zamanı qarşıya qoyulmuş məqsədi və
vəzifələri həyata keçirməkdən ötrü ciddi hərəki səylər 
göstərməli, fəaliyyətindən məqsədyönlü maksimum yararlanmalıdır. 
Nəyin bahasına olur- 
olsun bunun üçündə o, topu istənilən yerə düzgün olaraq atmalı, 
lazım gəlsə onu qapıdan keçirməli, «rəqib»in hücumlarının qarşısını 
almaq üçün möhkəm müdafiə qurmalı, bəzən də güclü, sürətli, cəld, 
çevik, gözlənilmədən müvafiq kombinasiyalar quraraq hücuma 
keçməli, qarşı dəstəni məğlub etməli, onlardan xal toplamaqla uğur 
qazanmalıdır. Qalib gəlmək həmlələrin-səylərin nəticəsində baş verə 
bilər. Bütün səyləri toplamaq, məqsədə yönəltmək isə möhkəm 
iradənin və digər hərəki qabiliyyətlərin əlamətidir. 
M.A.Muradxanov təlimdə iradənin və oyunun isə iradənin 
möhkəmləndirilməsində zəruri vasitələrdən hesab edərək göstərmişdi 
ki, … iradə isə təlimdə və eləcə də əməkdəki çətinliklərə qalib gəlmək 
və özünü tərbiyə ilə məşğul olmaqda həlledici rol oynayır. İradi 
gərginlik sərf etmədən, qarşıya çıxan çətinliklərə qalib gəlmək üçün 
səy göstərmədən təlimdə, əməkdə müvəffəqiyyət qazanmaq olmaz. 
Habelə öz xasiyyətindəki qüsurlarla mübarizə etmək üçün möhkəm 
iradəyə malik olmaq lazımdır. Müəllim oyun və eləcə də təlim 
prosesində inkişaf etdirilmiş bu uşaq iradəsinə düzgün istiqamət 
verərsə, təlim-tərbiyə işində böyük müvəffəqiyyət əldə edə bilər.
Oyunun tərbiyəvi əhəmiyyəti deyilənlərlə yanaşı uşaqlarda 
valideynlər və istərsə də müəllim tərəfindən tapşırılmış iş üçün 


65 
məsuliyyət hissini inkişaf etdirmək, oyun zamanı nizam-intizamlı 
olmaq kimi tərbiyəvi keyfiyyətlərin də aşılanmasına yardımçı olur. 
Oyunda hər bir uşaq öz vəzifəsini yerinə yetirməklə bir tərəfdən 
komandasının uğurla çıxış etməsinə kömək edirsə, digər tərəfdən 
tapşırılmış işə məsuliyyətlə yanaşmaqla kollektivin hörmətini qazanır. 
Söylənilənlər, həm də uşaqlarda təlim-tərbiyə tapşırıqlarının lazımi 
səviyyədə yerinə yetirilməsinə zəruri zəmin yaradır. Uşaqlar oyunda 
qoyulmuş qaydalara əməl etməklə də intizamlı olmaq qabiliyyətinə 
yiyələnir və tərbiyə olunurlar.
Şagirdlər oyuna səliqəli və təmiz gəlməyə, oyunun qaydalarına 
düzgün əməl etməyə, müəllimə və yoldaşlarına hörmət etməyə 
çalışırlar. Oyunlar uşaqları zövqlə geyinməyə, qamətini şux saxlamağa, 
düzgün yeriməyə, düzgün durmağa sövq edir. Uşaqlar oyunlar 
vasitəsilə səliqəli və dəqiq olmağı öyrənir, əsil Azərbaycançılıq 
ruhunda böyüyürlər. 
Oyunların əksəriyyəti komandalı oyunlardır. Uşaqlar oyun 
zamanı bir-birini müdafiə edir, biri o öbirinin səhvini düzəldir və bir-
birinə kömək, hörmət edirlər. Bütün bunlar da uşaqlarda bir sıra 
tərbiyəvi keyfiyyətlərin inkişafına səbəb olur.
Sinifdən və məktəbdənkənar tədbirlərdə müxtəlif şəhər və 
rayonlardan gəlmiş uşaqlar da oynayırlar. «Şən startlar»da və digər 
yarışlar zamanı keçirilən oyunlarda bir komandanın tərkibində ayrı-
ayrı məktəblərin, yaxud siniflərin şagirdləri oynayırlar. Bu tədbirlərdə 
onları bir məqsəd birləşdirir, yaxşı, əlbir səy göstərmək, öz kollektivinə 
qələbə qazandırmaq, məktəbinin şərəfini qorumaq. 
Oyunlar bir qayda olaraq, gərgin mübarizə şəraitində gedir. Uşaq 
qovur, qaçır, tullanır, hoppanır, sürünür, axtarır. Bu zaman onlarda 
diqqət, qavrama, eşitmə, görmə, cəldlik, çeviklik, dözümlülük, 
qətiyyət, mətanət və s. keyfiyyətlər aşılanır. Vaxt keçdikcə bu 
keyfiyyətlər inkişaf edir, təkmilləşir. Bu da uşaqlarda fəal xarakterin 
formalaşmasına zəmin yaradır. Həmin iradi keyfiyyətlər uşaqlarda, 
yarışlarda, təhsildə, əməkdə və hərbi xidmətdə lazım olur. «Qalanın 
müdafiəsi», «Qalanın alınması», «Sərhədçilər», «Partizanlar», «Hədəfə 
vurma» oyunlarında isə uşaqlar dəqiq hərəkət edir, rəqibinə qalib 
gəlməyə çalışırlar. Bu cür oyunlar uşaqlarda Vətənə, xalqa, orduya 
məhəbbət hissləri aşılayır. Eyni zamanda onları şəhidlik zirvəsinə və 
torpaqlarımızın bütövlüyü, bölünməzliyi uğrunda gedən mübarizəyə 
səsləyir, işğal olunmuş kənd, şəhər və rayonlarımızın düşmən 


66 
tapdağından azad olmasına ruhlandırır. Bundan əlavə, hərbi xarakterli 
oyunlar uşaqlarda özünə inamı artırır, onları ibtidai hərbi bilik, bacarıq 
və vərdişlərlə silahlandırır, gələcək döyüşçü kimi formalaşdırır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə