81
vasitəsi kimi
Mütəhərrik oyunlar hər xalqın
milli mədəniyyətinin tərkib
hissəsidir. Buna görə də hər bir xalqın milli mütəhərrik oyunları hər
bir xalqa məxsus hərəkət fəaliyyəti aşılayır, onların fiziki-psixoloji
sahəsinin düzgün inkişaf etməsində, şəxsi
keyfiyyətlərinin tərbiyə
olunmasında böyük rol oynayır. Bu baxımdan milli oyunlar yalnız
orqanizmin artan inkişafını təmin edən vasitə deyil, fiziki tərbiyə və
idmanın əsas vasitələrindəndir.
Həyatın ilk günlərindən bütün uşaqlar uşaqlıq
və gənclik
dövrlərində fiziki tərbiyənin bütün başqa vasitələrindən çox oyunlara
üstünlük verirlər. Hamı oynamaq istəyir. Hamı oynayır, hamı oyunla
böyüyür və dünyanı oyunla dərk edir, başa düşür.
Milli oyunların vacib xüsusiyyətlərindən biri də odur ki, onların
tərkibində müxtəlif fiziki hərəkət növləri vardır. Oyunla məşğul olmaq
fiziki inkişafı artırır və insan psixologiyasına müsbət təsir göstərir.
Daima dəyişən oyun şəraitində iştirak
etmək hərəkətlərin tənzim
olunması və onlara nəzarət prosesi şəxsiyyətin formalaşmasında xüsusi
rol oynayır. Oyun mərkəzi sinir sisteminin gücünü, mütəhərrikliyi, baş-
beyin qabığı və orqanizmin bütün sistemlərinin fəaliyyətini artırır,
onların nizamlama funksiyasını təkmilləşdirir.
Qeyd etmək lazımdır ki, digər hərəkət növlərindən fərqli olaraq
oyun fəaliyyəti mürəkkəb və hərtərəflidir. Oyun zamanı bütün əzələ
qrupları fəaliyyətə başlayır ki, bu da dayaq-hərəkət aparatının
harmonik inkişafına kömək edir.
Oyunların oynama qaydalarının
dəyişkənliyi daima yeni
vəziyyətlərə uyğunlaşmağı tələb edir. Buna görə də hərəkət vərdişləri
çevik və elastik formalaşır. Cəldlik, çeviklik təkmilləşir, əvvəllər
mənimsənilmiş hərəkətlərdən yeni hərəkətlər
yaratmaq qabiliyyəti
inkişaf edir.
Bir çox sadə və mürəkkəb oyunlar yarış xarakteri daşıyır. Bu da
oyunçulardan böyük gərginlik tələb edir. Bu prosesdə oyunçular böyük
həcmdə fiziki iş gördüklərinə görə onların qan dövranı və tənəffüs
sistemi daha da təkmilləşir. Oyunların açıq hava şəraitində keçirilməsi
insan orqanizmi üçün daha faydalıdır. Bu baxımdan turist yürüşlərinin
meşə zolaqlarında, çay kənarında, parklarda təşkili daha faydalıdır.
Unutmaq olmaz ki,
hər bir oyun keçirilərkən, o, xüsusi məqsəd və
təlim-tərbiyə işinə xidmət etməlidir.