L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə41/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   227
Muteherrik ve eylenceli oyunlar

Tonqal üzərində tullanma.
Kütləvi bayram oyunlarından biri 
«Tonqal 
üzərindən 
tullanma» 
oyunudur. 
Yazıçı-etnoqraf 
Y.V.Çəmənzəminli qeyd edir ki, XVI əsrdə «Tonqal üzərində üzərində 
tullanma» oyununu iştirakçılar ayaqyalın icra edirdilər. Gərgin işdən 
sonra kəndlilər kəndin mərkəzində yerləşən böyük meydanda 
toplaşırlar. Oyunun hər bir iştirakçısı özü ilə saxsı qabda taxıl gətirirdi. 
Böyük tonqal yandırılırdı. Oyunun bütün iştirakçıları əllərində saxsı 
qabları tutaraq mahnı deyə-deyə tonqal başında dövrə vururdular: 
Atəşi, atəş, atəşə! 
Gizli, alovlu atəşə! 
Sirli, şəfalı atəşə, 
Yalanlar olsun atəşə! 
Torpağa, suya, atəşə! 
Havaya, suya, atəşə! 
Qollu, budaqlı atəşə
Yalanlar olsun atəşə! 
İştirakçı saxsı qabdakı taxılı dağıtmamaq şərti ilə tonqal 
üzərindən tullanmağa çalışırdı. Kim tullana bilmirdisə, tonqalı 
tapdalayırdısa və yaxud taxıl dənəsini dağıdırdısa, oyundan çıxarılırdı. 
Rəhbər tədricən tonqalın diametrini genişləndirdi. Oyunun sonunda 
qalib müəyyən edilirdi və bütün iştirakçılar taxılını ona verirdilər. Bu 
oyun bizim dövrümüzə qədər gəlib çatmışdır. «Tonqal üzərindən 
tullanma» oyununu Azərbaycan rayonlarında indii də Novruz 
bayramlarında görmək olar. Lakin indi oyun ayaqyalın iştirakçılarla 
keçirilmir. Qalibə saxsı qablarda taxıl əvəzinə rəngli yumurta və 
şirniyyat verilir. 
Çovkan.
Çovkan oyunları at üstündə böyük meydanda 
keçirilirdi. Təşkilatçılardan biri şərfi qaldırır və musiqiçilər şeypur 
çalırdılar. Sonra atlılar musiqi sədaları altında hər birində 3 atlı olan üç 
qrup meydana çıxır və dövrə vururlar. 1-ci qrup ağ, 2-ci qrup boz, 3-cü 
qrup isə qara atlarda çıxış edirdilər. Yarışın baş hakimi meydanın 
kənarına bir neçə köməkçi hakim qoyurdu ki, onların da əsas vəzifəsi 
meydandan çıxan topu götürüb meydana atmaq idi. Meydan xəttinin 


80 
arxasında əllərində çovkan tutmuş oyunçular dururdu. Hakim şərfi 
yelləyir və oyunun başlanmasına icazə verirdi. Atlılar atılmış topa tərəf 
çaparaq topu çovkana götürür və öz cəldliyini, at üstündə topa nəzarət 
etmək bacarığını nümayiş etdirir, meydanda dövrə vurarkən topu 
xəlifənin ayaqları altına atmağı qarşılarına məqsəd qoyurdular. Oyunda 
maraqlı və cəlbedici cəhətlər çox olurdu. Bu oyuna öyrənmiş atlar 
sahibinin sözünə qulaq asır, cəld dönür, sanki top ardınca uçurdular. 
Oyunçular aşağı əyilir, yəhərdən sürüşürdülər, çovkanın zərbələrindən 
isə top gah boz atlıların, gah da ağ atlıların əlinə keçirdi. 
«Dirədöymə», «Atbeli», «Bənövşə», «Dədəboyu», «Gizlənpaç», 
«Xoruzdöyüşü», «Gözübağlıca», «Üzük-üzük», «Yaylıqbağladı», 
«Gecə və gündüz», «Siçan-pişik», «Qıy-qıy» və s. də Azərbaycan xalq 
oyunlarındandır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə