L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə37/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   227
Muteherrik ve eylenceli oyunlar

 
 
 IV FƏSİL 
 
Mütəhərrik oyunların növləri, xarakteristikası və meydana 
gəlməsi 
 
PLAN 
4.1. Mütəhərrik oyunların növləri 
4.2. Mütəhərrik oyunların pedaqoji xarakteristikası 
4.3. Oyunların ictimai-siyasi hadisə olaraq meydana gəlməsi 
4.4. Oyun fiziki tərbiyənin mühüm vasitəsi kimi 
4.5. Azərbaycan mütəhərrik oyunları milli mədəniyyətimizin 
tərkib hissəsidir 
4.6. Milli mütəhərrik oyunların təsnifatı 
ƏDƏBİYYAT 
1.E.F.Acalov. Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişaf 
tarixi. Bakı, «Maarif» nəşriyyatı, 1985-ci il. 
2.A.M.Nəbiyev. El nəğmələri xalq oyunları. Bakı, Azərbaycan 
Dövlət nəşriyyatı, 1988-ci il.
3.H.H.Ağayev, S.S.Hüseynov. Azərbaycan uşaq mütəhərrik 
oyunlar. Bakı, «Maarif» nəşriyyatı, 1989-cu il. 
4.B.S.Quliyev. Fiziki tərbiyənin nəzəri-metodik və praktik 
işlərinin əsasları. Bakı, «ADPU» nəşriyyatı, 2010-cu il. 
5.Uroki fiziçeskoy kulğturı v IV-VI klassax (Q.P. Boqdanovanın 
ümumi redaktəsi ilə). Moskva, «Prosvehenie» nəşriyyatı, 1979-cu il. 
6. Fiziçeskaə kulğtura v şkole. Metodika urokov v 4-8 klassax 
(Z.İ.Kuznetsovanın redaktəsi ilə), Moskva, «Prosvehenie» nəşriyyatı, 
1972-ci il. 
 
 


72 
IV FƏSİL 
 
Mütəhərrik oyunların növləri, xarakteristikası və meydana 
gəlməsi 
4.1. Mütəhərrik oyunların növləri 
 
Fiziki tərbiyənin mühüm vasitələrindən biri də oyunlardır. Oyun 
uşaqların əqli və fiziki cəhətdən inkişafına, əxlaq və əmək tərbiyəsinə 
müsbət təsir göstərir. Uşaq oyunda necədirsə, böyüyəndə də elə 
olacaqdır. 
Uşaqlar oyun vasitəsilə hərəki fəaliyyətə və müəyyən 
hərəkətlərin icrasına düşüncəli surətdə yiyələnə bilirlər. 
Mütəhərrik oyunlar vəziyyət və şəraitdən asılı olaraq adamın 
vəziyyətdən tezliklə çıxmasına kömək göstərir, cəldliyi, çevikliyi, 
sürəti inkişaf etdirir, fiziki cəhətdən təkmilləşməyə zəmin yaradır 
(Xüsusən o, yarış formasında keçiriləndə). 
Oyun uşaqlara kollektivdə özünü necə aparmaq qaydasını 
öyrədir, öz şəxsi mənafeyini ümumi mənafeyə tabe etdirmək vərdişi 
aşılayır. O, həm də iradəli, hünərli olmağı tərbiyə edir, düzgün və 
müstəqil hərəkət etməni öyrədir. 
Oyunlar uşaqlarda dərketmə qabiliyyətini yüksəldir, onların 
gündəlik əlaqədə olduğu canlılarla tanış edir. 
Oyun həm də tərbiyə vasitəsi olub, nitqin, zehnin inkişafına 
kömək edir, təşəbbüskarlığı yüksəldir, gümrah və çevik olmağa təsir 
göstərir. 
Oyunlar hər bir xalqın tarixi keçmişi ilə, yaşadığı cəmiyyətin 
quruluşu, inkişafı, mahiyyəti, məqsədi və onun qarşısında duran
vəzifələrlə sıx əlaqədar olub böyüməkdə olan nəslin həyat dönəmi, 
hərəkətverici, 
ruhlandırıcı, 
gücü 
və 
qüdrətlidir, 
həm 
də 
şəxsiyyətyönümlü formalaşmasının mənbəyidir. Oyunlar bir mənalı 
deyil, çoxşaxəli səciyyə daşıyır, ictimai-siyasi, sosial, mənəvi məqsəd 
güdməklə, eyni zamanda bütöv bir xalqın, millətın, dövlətin və onları 
özündə cəmləşdirən sivill mədəni hərəki vasitələrdən hesab edilir.
Oyunların çoxmənalılığı tarixi keçmişi əks etdirməsi, döyüş və 
mübarizə səhnələrini təsvir etməsi, güc, cəldlik, çeviklik, dözümlülük 
nümayiş etdirməsi, nəticə, məqsədyönümlü olması və tarixi 


73 
məqamlarla yanaşı, yer adı ilə, göy cisimləri və idman rekordları, 
yüksək idman nəticələri ilə də əlaqədardır. Məsələn, «qədim oyunlar», 
«olimpiya oyunları», «idman oyunları», «qaçışla», «tullanmaqla», 
«atmalarla», «tullamalarla», «maneələri dəf etməklə», «müdafiə 
olunmaqla», «hücum etməklə», «sərrast atıcılıqla» «dırmanmaqla», 
«dırmanıb aşmaqla» oyunlar və s. Qeyd etməliyik ki, oyunların 
çoxmənalığı yalnız söylənilənlərlə tamamlanmır, müstəqil fikir 
söyləməyi və düşünməyi, sərbəst həyat tərzi sürməyi, fəal həyat 
mövqeyi tutmağı aşılayan oyunlarda vardır. Bunlarla bərabər, sərbəst 
yaradıcılıq və tədqiqatçılıq, axtarıcılıq qabiliyyətini inkişaf etdirən, 
təbiətlə, həyatla bağlı olan faktları toplayıb təhlil etmək, 
ümumləşdirmək, sinif yoldaşları və müəllimi ilə ortaq bir məxrəcə 
gəlməyi, nəticə çıxarmağı bacarmağa kömək edən müxtəlif növ, 
rəngarəng, olduqca maraqlı, uşaq və yeniyetmələr tərəfindən sevilən, 
dönə-dönə oynanılan, aktiv istirahəti, gəzintini və səyahəti təmin edən 
oyunlarda mövcuddur.Yadda saxlamaq lazımdır ki, hərəki oyunlarla 
bərabər, şagirdlərin idrak fəallığını artıran, onların zehnini inkişaf 
etdirən, təlimdə mənimsəmənin sürətini artıran, fizika üzrə habelə 
riyazi, memarlıq, inşaatçılıq qabiliyyətlərinin formalaşmasında 
yardımçı olan əyləncəli oyunlara da rast gəlmək mümkündür. Asudə 
vaxtın şən və gümrah keçməsi üçün otaq içində oyunlar, yığma 
fiqurlar, cəlbedici attraksionlar, tapmacalar və yanıltmaclar da vardır 
ki, bütün bunlar bilavasitə olsa da şagirdlərin həyat üçün vacib olan 
qabiliyyətləri (çevikliyi, iradə möhkəmliyini, gücü, cəldliyi, 
davamlılığı və s.) inkişaf etdirir, idrak fəaliyyətinin daha da 
yüksəlməsinə səbəb olur, həyata mübarizliyini artırır. 
Oyunların təhlili nəticəsində belə bir qənaətə gəlmək olur ki, bir 
çoxlarının düşündüyü kimi O sadəcə olaraq oyun deyil, ümumbəşər 
mədəniyyətinin elementini təşkil etməklə insanların həyatının ayrılmaz 
hissəsi kimi onu inkişaf etdirmiş, formalaşdırmış, cəmiyyətin 
mahiyyəti və vəzifələrindən irəli gələn məqsədə istiqamətləndirmişdir. 
Oyunlar həyat dönəmində ictimai quruluşun daimi marağı və mənafeyi 
çərçivəsində olmuşdur. Bu həm siyasi və həm də iqtisadı baxımdan 
özünü təsdiqləmişdir. Oyun vasitəsi ilə cəldlik və çevikliyə, 
dözümlülüyə, ibtidai hərbi-döyüş texnikasına yiyələnir, güc, təcrübə 
toplayıb onların tətbiqinə müvəffəq olmaq məqsədi ilə cəhdlər 
göstərməyi öyrənir, gərgin vuruş səhnəsini yaratmaq ondan baş çıxarıb 
qalib gəlmək, başqalarına əyani nümunə olmaq və s. vətənpərvərlik, 


74 
vətənə bağlılıq, onun uğrunda canından keçmək kimi hazırda çox vacib 
olan hərəki və mənəvi keyfiyyətlər aşılanır və formalaşdırılır. 
Bundan əlavə, oyun bütün yaşlardan olan əhalinin səhhət 
sağlamlığının möhkəmləndirilməsində, vətənin hücum və müdafiə 
qüdrətinin artırılmasında yardımçı vasitələrdən saylır. Oyun zamanı 
ağıl işlətmək, vaxtında, düzgün olaraq və yerli-yerində ani bir cəldlik, 
çeviklik və məharətlə fəndləri yerinə yetirmək, çətin maneələrin qət 
edilməsi məqsədinə çatmaq da mümkündür. Nəzərdən qaçırmaq olmaz 
ki, müvafiq maneələr qoymaqla tədricən onların sayını artırmaqla 
nəinki, oyunun təsirliliyini, məqsədyönlülüyünü daha da artırmaq, 
hətta hərəki bacarıq və vərdişlərin təkmilləşdirilməsinə də tez bir 
müddətdə nail olmaq mümkündür.
Həyat üçün cəlbedici və daha faydalı olan oyun və oyun növləri 
də vardır. Bura gözlənilmədən istiqaməti dəyişməklə yeriş, qaçış və 
hoppanmalar, yerində durmaq, güclə müqavimət göstərmək, ümumi və 
xüsusi inkişafetdirici və müxtəlif ritm və templə icra olunan oyunlar 
daxildir. 
Oyunları təxminən müstəqil 3 növə ayırmaq olar: 1) 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə