L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə39/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   227
Muteherrik ve eylenceli oyunlar

İdman xarakterli oyunlar.
İdman mahiyyətli oyunlara 
basketbol, voleybol, futbol, əl topu və s. daxil olmaqla, orta və yuxarı 
məktəbyaşlıların ayrı-ayrı idman növlərinin texnikasına yiyələnməsi ilə 
əlaqədardır. Şagirdlər oyunda iştirak etməklə hərəki qabiliyyətlərini 
inkişaf etdirir həm də təcrübə də toplayır. Həmin səciyyəli oyunlar 
bəzən mütəhərrik oyunların ən mürəkkəbləşdirilmiş pilləsi hesab 
olunur. Lakin idman xarakterli oyunlar bir çox məziyyətlərinə görə 
əsas və elementar mütəhərrik oyunlardan, fərdi, əyləncəli, aktiv 
istirahət məqsədilə təşkil olunub keçirilən oyunlardan əsaslı surətdə 
fərqlənir. Fərqli tərəflərdən ən başlıcalarından biri onun təşkili və 
keçirilməsi üçün vacib qaydaların olmasıdır.
Oyunçulardan həmin qaydalara ciddi surətdə riayət etmək tələb
olunur. Qaydalara riayət etməyən oyunçular, hakimlər və 
komandaya məsuliyyət daşıyan şəxslər cəzalandırılır, hətta oyundan, 
oyun meydançasında kənarlaşdırılır. Bütövlükdə komanda və onun 
ayrı-ayrı üzvləri də cəzalandırıla və ya rəğbətləndirilə və 
mükafatlandırıla bilər. Göstərmək istərdi ki, oyunun təşkili və 
keçirilməsi üzrə yarış qaydalarına əməl olunması onun səmərəli 
təşkilinə, nəticələrin düzgün qiymətləndirilməsinə imkan verir, oyun 


77 
iştirakçılarının, ona baxan maraqlı tərəflərin, həvəskarların, 
məşqçilərin, komanda nümayəndələrinin davranışlarına, həmçinin 
sanitariya-gigiyena mədəniyyətlərinə müsbət təsir göstərir.
İdman oyunlarının təşkili və keçirilməsinə xüsusi şəraitin 
yaradılması, avropa standartlarına cavab verməsi də onun mütəhərrik 
oyunlarından fərqli cəhətlərindən biridir. Lazımi şəraitin yaradılması 
yarışın səmərəliliyinin yüksəldir, standart nəticə yönümlülüyünü daha 
da artırır. 
İdman oyunları üzrə yarışlarda iştirak edəcək komanda 
heyətlərinin tərkibi əvvəlcədən müəyyənləşdirilir. Hər bir oyun növləri 
üzrə oyunda iştirak edən idmançılarında sayı dəqiq olmalıdır-5, 6, 7, 11 
və s. yəni komandalar arasında gedən yarışda hər iki komandanın 
iştirakçılarının sayı eyni – nə artıq, nədə ki, əskik olmalıdır. 
Müşahidələr göstərir ki, bəzən kiçik və istərsə də böyük miqyaslı 
yarışlar olsun, baxımlı olmur, tamaşaçılar əsəbiləşir və bəzən də oyun 
bitməmiş onu tərk edirlər. Bəzəndə həvəskarlar şuluqluq salır, 
ayaqlarını döşəməyə döyür, xoşagəlməz səslər çıxarır və sözlər 
danışırlar. Buna səbəblər həddən artıqdır. Oyunçuların texniki, taktiki 
və fiziki baxımdan zəif olması həmin səbəblərdən biridir. Yüksək və 
aşağı reytinqli komandalar olmasına baxmayaraq, onlar baxımlı, zövqə 
oxşayan oyun nümayiş etdirmək üçün oyun texnika və taktikasına 
məharətlə, yüksək peşəkarlıqla yiyələnməklə yanaşı, gözəl, baxımlı 
oyun da nümayiş etdirməlidir. Bunun üçün də idmançılar oyun fənd və 
kombinasiyalarını tez-tez dəyişməli, daha inamlı və daha 
mürəkkəbləşdirməlidir. Oyun situasiyalarından sürətlə baş çıxarmalı, 
ani zamanda nəticəyə, qərara gəlməlidir. Müdafiə və hücumda zəruri 
situasiyalarda iştirak etməli, məqsədəuyğun fəaliyyət göstərməlidir. 
Bunun üçün də idmançılar müxtəlif növ mütəhərrik oyunlarla, digər 
idman növləri ilə müntəzəm olaraq məşğul olmalı, fiziki, texniki və 
taktiki hazırlığında olan nöqsanları aradan qaldırmağa çalışmalıdır.
İdman oyunları üzrə çempionatlar, turnir və priz yarışları 
zamanı oyunçular tərəfindən müxtəlif səylər və təşəbbüslər göstərilə 
bilər. Lakin unutmamalı ki, bütün bunlar oyun qaydalarına tam riayət 
etməklə həyata keçirilməlidir. Qaydalar adlı-sanlı və ya böyük titul 
sahibi olmasından asılı olmayaraq yarış iştirakçısı olan bütün 
idmançılara aiddir. Onlar bir mənalı olaraq oyun qaydalarına əməl 
etməlidir. Yerdəyişmələrə dair mövcud qaydalara, qarşıda qoyulmuş 
məqsəd və vəzifələrə uyğun hərəkət etmək, davranış, nizam-intizam 


78 
nümayiş etdirmək əsil idmançıya məxsus xarakter kimi nəzərə alınmalı 
və qiymətləndirilməlidir.
Mahnı və rəqslə əlaqədar oyunlara xalq mahnıları, rəqslər 
daxildir. Bunlar uşaqlara emosional təsir göstərir, hərəkətlərində səlist, 
ritmik və rəvan olmağa kömək edir.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə