L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə47/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   227
Muteherrik ve eylenceli oyunlar

5.3. Oyunların keçirilməsi formaları 
 
Oyunlar 3 əsas formada təşkil olunur. Onun dərs, dərsdənxaric 
və məktəbdənkənar formaları vardır. 
Mütəhərrik oyunlar dərs zamanı, bir çox hallarda isə proqram 
materiallarının öyrənilməsi nəticəsində orqanizmə verilmiş fiziki 
gərginliyi aradan qaldırmaq və uşaqların emosionallığını bərpa etmək 
məqsədilə dərsin axırında təşkil olunur, keçirilir. 
İbtidai siniflərdə bədən tərbiyəsi dərsinin təxminən yarısını 
mütəhərrik oyunlar təşkil edir ki, bu da 2 cəhətdən müsbət nəticə verir. 
1-cisi, dərsin oyunlara görə qarşıya qoyduğu məqsədə tamlıqla nail 
olunur. 2-cisi bu forma kiçik məktəbyaşlı uşaqların oyuna olan 
tələbatını ödəyir. 
Mütəhərrik oyunların dərs forması onunla xarakterikdir ki, bu 
zaman oyuna bilavasitə müəllim rəhbərlik edir. Bu da sinfin yaxşı 
təşkil olunmasını təmin edir. Digər tərəfdən oyunların dərs forması 
məqsəd etibarı ilə onu başqa, məsələn, dərsdənkənar və 
məktəbdənxaric formalardan fərqləndirir. Oyunların təşkil olunmasının 
2-ci forması sinifdənkənar formadır. Bu forma çoxcəhətlidir. 
Oyunlardan 
tənəffüslərdə, 
növbələrarası 
vaxtlarda, 
idman 
bayramlarında, bölmələrdə, idman-sağlamlıq tədbirlərində istifadə 
olunur. 
Mütəhərrik oyunların daha geniş tətbiq olunan 3-cü forması 
məktəbdənkənar formadır. Mütəhərrik oyunların bu forması əslində 
əsas 2 məqsədə xidmət edir. Bunlardan biri sağlamlıq, ikincisi 
əyləncədir. Bununla belə, bölmələrdə keçirilən milli oyunlar böyük 
tərbiyəvi və təhsil əhəmiyyəti kəsb edir.
Oyunların 
bu 
formasından 
şəhər 
və 
şəhərdənkənar 
sanatoriyalarda, idman-sağlamlıq düşərgələrində, yaşayış yerlərində 
istifadə olunur. Həmin oyunları uşaqlar bir-birini tanımaq üçün 


91 
oynayırlar. Buna görə də bu cür oyunlar mühüm tərbiyəvi əhəmiyyət 
kəsb edir. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə