L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə44/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   227
Muteherrik ve eylenceli oyunlar

(«Xosrov və Şirin») 
 
deməklə, Şirinin simasında cəsur, hünərli və ağıllı, qeyrətli 
Azərbaycan qadını surəti yaratmışdır. 
Nizami «Yeddi gözəl» poemasında gücün, cəsurluğun və 
sağlamlığın gərgin fiziki məşq edib vərdişlər aşılaması ilə sıx əlaqədar 
olduğunu anlatmışdır. Bəhram şah şücaətini göstərərək, qaçan maralın 
ayağını qulağına yapışdırır və bunu qəhrəmanlıq hesab edirsə, ağıllı 
Fitnə isə bunu idmanla, məşqetmə nəticəsində yaranmış vərdiş kimi 
qiymətləndirir.
Şah bundan bərk qəzəblənib Fitnəni saraydan uzaqlaşdırır. Fitnə isə öz 
dediyinə qərarlıdır. Bunu Bəhram şaha sübut etmək məqsədilə buzovu 
hər gün çiynlərinə götürərək dama qaldırıb və aşağı endirməklə məşq 
edir. 
Nəhayət, bu buzov bir öküz oldu, 
Gəldi altı il düz tamam oldu, 
Hər gün sənət oldu o güləndama 
Çıxarmaq öküzü tövlədən dama, 
Eylədi eləcə bu işdə adət, 
Yükündən görmədi zərrə əziyyət. 
Öküz böyüdükcə, artdıqca əti, 
Qızın da artırdı gücü, qüdrəti. 
Qalxdı pillələri o bir-bir dama, 
Gəldi taxt önündə baxdı Bəhrama. 
Təəccüb eyləyib, heyran qaldı şah». 


86 
Fitnə bir illik öküzü tövlədən dama çıxarmaqla Bəhram şaha 
bunun idman, məşq etmək sayəsində olduğunu sübut edir və kinayə ilə 
deyir: 
«Öküz qaldırmağım bir idman olur, 
Maral vuran isə qəhrəman olur». 
(«Yeddi gözəl») 
N.Tusi «Əxlaqi nasir», H.B.Zərdabi «Gigiyena» əsərlərində təbii 
amillər və fiziki hərəkətlərdən istifadə etməklə fiziki cəhətdən kamil 
olmağı vacib sayır, naxoşluq haqqında nalə çəkməkdənsə, sağlamlığın 
qaydasına qalmağı lazım bilir, təmiz havada gəzməyi tövsiyə edir. 
Rus və Azərbaycanın maarifpərvər alim və şairlərindən 
V.Q.Velinski, P.F.Lesqaft, A.S.Makarenko, S.Ə.Şirvani, A.Səhhət,
M.F.Axundov, Q.Zakir, H.Cavid, S.Vurğun və bir çoxları
fiziki tərbiyənin təmizliklə bərabər, nəciblik, əhval-ruhiyyəni 
yüksəldən, bədən üzvlərini, habelə hərəki keyfiyyətləri 
ahəngdar inkişaf etdirən, qamətin və bədənin bütün hərəkətlərini daha 
incə, daha zərif edən, təlimə şüurlu münasibət yaradan mühüm tərbiyə 
vasitəsi kimi qiymətləndirmiş, bu sahədə millətin qayğısına qalmağı 
tövsiyə etmişlər. 
Yuxarıda deyilənlərdən, məktəb təcrübəsindən və indi 
qarşılaşdığımız həyati faktlardan görünür ki, hazırda gənclərin fiziki 
tərbiyəsinin qayğıya daha böyük ehtiyacı vardır. Onun düzgün təşkili 
üzrə xüsusi tədqiqatlar aparılması olduqca vacibdir. Bu həm də təhsildə 
milli zəminin və bölgə komponentinin gücləndirilməsi, təhsilin 
demokratik-ləşdirilməsi, humanistləşdirilməsi, fərdiləşdirilməsi, və 
differensiallaşdırılması və humanitarlaşdırılması, təhsilin məzmununun 
inteqrasiya edilməsi kimi təhsil prinsipləri ilə sıx əlaqədardır. Həmin 
prinsiplər 
baxımından 
araşdırmalar 
aparılmış, 
araşdırmalar 
məktəblilərin gümragh, sağlam, əməyə və ölkənin müdafiəsinə hazır 
olması üçün nələri və necə öyrətmək istiqamətində olmuşdur. Bu 
mənada fiziki təhsilin məzmunu və təlimi üsulları tədqiq edilmişdir. 
Deməliyik ki, fiziki tərbiyə bütün dövrlərdə aktual olsa da, bəzi 
pedaqoji-psixoloji 
tədqiqatların obyektinə çevrilsə də, insan 
təfəkkürünün daimi axtarışda olduğu kimi bu sahədə də gələcəkdə 
tədqiqatların dərinləşdirilməsinə ehtiyac vardır. 


87 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə