L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs


 Oyun təlimində müvafiqlik prinsipi



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə52/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   227
Muteherrik ve eylenceli oyunlar

5.4. Oyun təlimində müvafiqlik prinsipi 
Oyunda təlimin səviyyəsinin yüksəldilməsi şagirdlərin ümumi 
inkişafından, bilikləri nə dərəcədə qavramasından bacarıq və vərdişlərə 
sahib olmasından mühüm dərəcədə asılıdır. Həmin baxımdan 
müvafiqlik prinsipi təlim zamanı şagirdlərin qavrama və bilik 
səviyyəsini, onların qabiliyyətlərinin nəzərə alınmasını zəruri hesab 
edir. Oyun təlimində bu prinsipin əsas götürülməsi nəticəsində 
şagirdlər mənimsənilməsi vacib olan bilikləri, öyrədilməli bacarıqları, 
və aşılanması faydalı olan hərəki vərdişlərin mahiyyətini lazımınca 
başa düşür, söylənilənləri şüurlu surətdə anlayırlar. Bu isə öyrədənin və 


97 
öyrənənlərin təhsil sahəsindəki istəklərinə müvəffəq olmaqda 
əhəmiyyətli 
şərtlərdən 
birinə 
çevrilir, 
görüləsi 
işlərin 
məqsədyönlülüyünü artırır. 
Müvafiqlik prinsipi eyni zamanda tələb edir ki, oyun təliminin 
məzmunu, vasitələri, formaları və metodları şagirdlərin dərk etmə 
qabiliyyətinə və fiziki imkanlarına uyğun olaraq həyata keçirilsin. 
Müvafiqlik prinsipi müəllim və şagirdlərdən təlim metodlarını və 
vasitələrini tədris prosesində tətbiqini də tələb edir. Bir cəhəti də 
unutmamalıyıq ki, ümumtəlimin yaxşı nəticələnməsində mənimsəmə 
prosesinə diqqəti toplamağın və təlimə maraq göstərməyin 
əhəmiyyətinin böyük olduğunu izah yolu ilə dərk edilməsi mühüm 
zərurət kəsb edir. Oyun təlimində məlum oyundan tanış olmayan 
oyunlara asan oyundan nisbətən çətin oyunlara sadə oyunlardan 
mürəkkəb oyunlara keçilməsində, habelə ümumi prinsipdən xüsusi 
prinsipə əsaslanaraq oyunların təşkilində də məqsədəuyğunluq yəni 
müvafiqlik prinsipi gözlənilməli, onun reallaşdırılmasına səy 
göstərilməlidir. 
5.5. Oyun təlimində fərdi yanaşma prinsipi
Təcrübədən məlumdur ki, təlimdə yanaşmanı əsasən 2 formada 
aparmaq olar. Bunlardan birincisi ümumilikdə sinifə, potoka, qrupa və 
s. yanaşma, digər yanaşma isə hər bir şagirdə və tələbəyə ayrılıqda 
fərdi olaraq yanaşmadır. Çünki, sinifdə və yaxud qrupda şagirdlər və 
istərsə də tələbələr bacarıq, bilik, fiziki hazırlıq və fiziki imkanlarına 
görə qüvvətli, orta fəaliyyətli və zəif olurlar. Lakin ümumtəhsil və ali 
məktəblərin bədən tərbiyəsi proqramları vahiddir. Tədris materialları 
sinifin və ali məktəbin şagird və tələbələrinin orta səviyyələrinə uyğun 
olaraq tərtib olunmuşdur. Bütün bunlara baxmayaraq bədən tərbiyəsi 
müəllimi onların məşqçisi yeri gəldikdə imkan daxilində hər bir 
şagirdin, tələbənin fərdi fiziki göstəricisini, qavrama, dərketmə, 
səviyyəsini və hərəki qabiliyyətlərini inkişaf etdirməyə səy 
göstərməlidir. Bunun üçün də şərait olduqda şagird və tələbələrə fərdi 
yanaşmalı, onların fərdi inkişaf xüsusiyyətləri nəzərə alınaraq müxtəlif 
növ xüsusi fiziki hərəkətləri icra etdirməli və maraqlı mütəhərrik 
oyunlar təşkil etməlidir. Tədris işinin müvəffəqiyyətlə keçməsi 
məqsədilə bütün imkanları cəlb etməklə şəraitin yaradılması zəruridir. 


98 
Burada olduqca bir vacib məsələyə də aydınlıq gətirməyə ehtiyac 
duyulur. İstər ümumtəhsil və istərsədə ali məktəblər olsun şagird və 
tələbələr səhhət-sağlamlığına görə 3 qrupa bölünürlər: 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə